Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə68/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   ...   64   65   66   67   68   69   70   71   ...   105
 

3. Karolinq imperiyası 

 

768-ci ildə atası Pipin öldükdən sonra frankların çarlığının taxt-tacına Böyük Karl 



və ya Şarleman çıxdı. O, qətiyyətli, bacarıqlı və inadkar bir adam idi. Fərasətli döyüşçü 

olmaqla yanaşı, həm də savadlı dövlət xadimlərinin müdrik bir ağası idi. O, özünün 

uzun hökmranlığı dövründə Karolinq imperiyasının ərazisini xeyli genişləndirmişdi.  

773-cü ildə o, öz ordusunu İtaliya ərazisinə gətirdi, lombardları tarmar etdi və 

Lombardiya dövlətini öz nəzarətinə götürdü. Oğlu İtaliyanın kralı kimi tanınsa da, 

hökmdarlığı onun özü edirdi. İtaliyanı tabe etdikdən dörd il sonra İspaniyanın şimalına 

doğru irəlilədi. Lakin bu kampaniya onun ümidlərini doğrultmadı, vətənə dönəndə 

Pireneyi keçərkən basklar onun ordusunun aryerqardını tələyə salıb, məhv etdilər. 

Şarleman Almaniyanın şərqində saksonlarla vuruşurdu, onları xristianlığa 

çevirməyə cəhd edirdi. Nəhayət, 804cü ildə on bir kampaniyadan sora Saksoniya 

sakitləşdi və Karolinq əraziləri üzərinə əlavə edildi.  

Şarlemanın imperiyası qərbi və mərkəzi Avropanın əksər ərazisini tuturdu, XIX 

əsrdə Napoleona qədər Avropada heç bir imperiya bu ölçünü görməmişdi. Onun gücü 

böyüdükcə, bir ən qüdrətli xristian hökmdarı kimi nüfuzu da artırdı. Bir rahib onun 

imperiyasının «Avropa səltənəti» adlandırmışdı. Şarleman 800-cü ildə romalıların 

imperatoru kimi yeni titulu qəbul etdi və həmin ili Papa Leo tacı Şarlemanın başına 




402 

 

qoyub, onu romalıların imperatoru adlandırdı. Bu hadisə üç yüz il sonra da Roma 



imperiyasının konsepsiyasının dözə bilən möhkəmliyini nümayiş etdirirdi. Ən 

əhəmiyyətlisi isə o idi ki, bu roman xristian və alman elementlərinin qarışığını 

rəmzləndirirdi. Bu, Avropa sivilizasiyasının bünövrəsini təşkil edirdi.  

Şarleman şimalda Şimal dənizindən cənubda İtaliyaya qədər və Avropanın 

qərbində Fransadan mərkəzi Avropada Vyanaya qədər uzanırdı. Bu imperiya Aralıq 

dənizi dünyasını əhatə edən Roma imperiyasından da əhəmiyyətli dərəcədə fərqlənirdi. 

Yeni sivilizasiya meydana çıxmışdı və Şarlemanın sonrakı bioqrafiyasını yazanlardan 

birinin adlandırdığı kimi o, «Avropanın atası» kimi görünürdü.  

Şarlemanın 814-cü ildəki ölümündən sonra tezliklə Karolinq imperiyasının 

parçalanması başlandı. Oğlu Mömin Lui  ona varislik etmişdi. Güclü hökmdar 

olmadığından onun özünün dörd oğlu daim bir-birilə vuruşurdu.  

Atalarının 843-cü ildəki ölümündən sonra sağ qalan üç oğul Verden 

müqaviləsini imzaladılar. Bu saziş Karolinq imperiyasını üç başlıca bölməyə parçaladı. 

Qərbi Frank torpaqları sonra Fransa krallığının özəyini təşkil etdi. Şərqi ərazilər 

Almaniyaya çevrildi, «Kiçik çarlıq» isə Şimal dənizindən Aralıq dənizinə qədər 

uzanmaqla Niderlandı, Reynlandı və Şimali İtaliyanı əhatə edirdi.  

 


Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin