Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə98/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   ...   94   95   96   97   98   99   100   101   ...   105
8. Müharibənin son ili 

 

1918-ci ilin martında Rusiyanın müharibədən geri çəkilməsi, nəticənin 



Almaniayanın öz xeyrinə olacağı barədəki ümidini təzələdi. Rusiya üzərində qələbə 

Lyudendorfu və əksər alman liderlərini inandırdı ki, bir son hərbi oyun keçirmək – 

hərbi pat vəziyyətinə son qoymaq üçün Qərbdə böyük bir hücum təşkil etmək lazımdır. 

Alman hücumu martda başladı və iyul ayına qədər davam etdi. Alman qüvvələri 

yenidən Marna çayına tərəf 40 mil irəliləməkdə uğur qazandı, artıq Parisə 35 mil 

məsafə qalırdı. Lakin Müttəfiqlər fransız generalı Ferdinand Foşun başçılığı altında və 

gəlib çatmış 140 min nəfərlik təzə amerikan qoşunlarının köməyi ilə əks-hücuma 

keçdilər, almanları 18 iyulda Marna üzərindəki İkinci döyüşdə məğlub etdilər. 

Lyudendorfun oyunu uğursuz oldu. Öz ehtiyatlarından istifadə etməklə Lyudendorf 

başa düşdü ki, məğlubiyyət labüddür. Qitəyə bir milyondan artıq tərkibdə amerikan 

qoşunun gəlməsi ilə Müttəfiq qüvvələri Almaniyaya tərəf cəsarətlə irəliləməyə 

başladılar.  




456 

 

29 sentyabr 1918-ci ildə general Lyudendorf alman liderlərinə məlumat verdi ki



müharibə uduzulmuşdur. Məğlubiyyətin yükünü ordunun üzərinə qoymamaq üçün 

Lyüdendorf tələb etdi ki, hökumət ləngimədən sülh xahiş etsin. Alman rəsmiləri 

biləndə ki, Müttəfiqlər sülh bağlamağı istəmirlər, onlar islahatlara başladılar ki, liberal 

hökumət qursunlar. Lakin bu islahatlar taqətdən düşmüş və qəzəblənmiş alman xalqı 

üçün çox gec gəlmişdi. 3 noyabrda Kildəki hərbi-dəniz birləşmələri qiyam qaldırdı və 

bir neçə gün ərzində Rusiya sovetlərinin alman versiyası kimi fəhlə və əsgər şuraları 

bütün Şimali Almaniyada yaradıldı. Onlar mülki və hərbi inzibatçılığa nəzarəti ələ 

keçirdi. II Vilhelm ictimai təzyiqə təslim oldu və 9 noyabrda ölkəni tərk etdi. Bu vaxt 

sosialistlər Fridrix Ebertin başçılığı altında respublikanın qurulduğunu elan etdilər. İki 

gün sonra, 11 noyabr 1918-ci ildə yeni alman hökuməti ilə bağlanan barışıq qüvvəyə 

mindi. Müharibə başa çatdı, lakin müharibənin hərəkətə gətirdiyi inqilabi qüvvələr hələ 

taqətdən düşməmişdi.  

 


Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin