Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə97/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   ...   93   94   95   96   97   98   99   100   ...   105
7. Müharibə və inqilab  

 

 




454 

 

1917-ci ildən total müharibə Avropanın bütün döyüşən dövlətlərində ciddi daxili 



qarışıqlıq, sarsıntı yaratdı. Ölkələrin əksəriyyəti öz rejimlərini saxlamağa və xalqları 

daha bir il də müharibəni davam etdirməyə inandırmağa qadir idi, digərləri isə süquta 

yaxınlaşmışdılar. Misal üçün, Avstriyada hökumət naziri ehtiyat edirdi ki, “əgər 

Mərkəzi Dövlətlərin monarxiyaları üzümüzə gələn ay sülhü bərqərar edə bilməsələr, 

bunu onların əvəzinə öz xalqları edəcəkdir”. Ancaq Rusiya yeganə vuruşan dövlət idi 

ki, faktiki olaraq 1917-ci ildə tamamilə süqut etdi və bütün Avropada bunun baş 

verəcəyi ehtimalını meydana çıxardı. Bu süqutdan Rusiya inqilabı meydana gəldi, 

gələcək onilliklərdə onun təsiri Avropada geniş hiss olunacaqdı. Martın 15-də çar taxt-

tacdan əl çəkdi və müvəqqəti hökumət quruldu.  

Leninin istiqamətləndirdiyi kimi, bolşeviklər kapitalist sistemini məhv edərək 

zorakı inqilaba özünü həsr edən bir partiyaya çevrildi. 3 apreldə İsveçrədəki 

mühacirətdən vətənə dönən Lenin Rusiya inqilabının yeni səhnəsini açmışdı. Özünün 

«Aprel tezisləri»ndə Lenin Makrsizm nəzəriyyəsinə əlavə elmi bir versiyaya əsaslanan 

inqilabi hərəkatın konturunu təqdim etdi. Rusiya hansısa əlavə mərhələni keçmədən 

birbaşa sosializmə hərəkət edə bilərdi. İyunda Lenin və bolşeviklər Müvəqqəti 

hökuməti devirməyə cəhd etdilər və Lenin təqiblərdən gizlənmək üçün Razlivə qaçmalı 

oldu. Lakin Müvəqqəti hökumətin ömrü qısalırdı, günləri sayılırdı.  

Oktyabrda bolşeviklər Petroqrad və Moskva Sovetlərində azacıq üstünlüyə 

malik oldular, partiya üzvlərinin sayı 50 mindən 240 minə çatdı. Qarışıqlıq haqqında 

məlumatlar Lenini inandırdı ki, «biz dünya proletar inqilabının astanasındayıq» və o, 

öz silahdaşlarını inandırmağa çalışdı ki, Müvəqqəti hökuməti devirmək üçün vaxt 

yetişmişdir. 6 noyabr gecəsində Sovet və bolşevikyönlü qüvvələr Petroqradda nəzarəti 

«Bütün hakimiyyət Sovetlərə!» şüarı ilə ələ keçirdilər. Müvəqqəti hökumət azacıq qan 

axıdılması ilə süqut etdi. 8 noyabr gecəsi Rusiya Sovetlər Qurultayının ikinci 

sessiyasında Lenin yeni Sovet hökumətinin – Xalq Komissarları Sovetinin qurulduğunu 

elan etdi, özü isə həmin hökumətə başçılıq etdi. 

Yeni bolşevik rejiminə böyük müxalifət var idi, özü də təkcə çara loyal olan 

qruplar tərəfindən deyil, həm də burjuaziya və kübar liberallar, menşeviklər və eserlər 

daxil olmaqla anti-leninçi sosialistlər tərəfindən də. Üstəlik, Müttəfiq qoşunlardan 

minlərlə əsgər Rusiyanı geri, Böyük Müharibəyə qaytarmaq üçün ölkənin müxtəlif 

hissələrinə göndərilirdi.  

1918-ci illə 1921-ci il arasında Bolşevik ordusu (Qızıl ordu) çox sayda cəbhələrdə 

vuruşmağa məcbur edildi. Bolşeviklərə ilk ciddi təhlükə Sibirdən gəldi, orada admiral 

Aleksandr Korçakın başçılığı altında Ağların (anti-bolşeviklər) qüvvəsi qərbə tərəf 

atıldılar və dayandırıldıqdan qabaq, demək olar ki, Volqa çayına qədər irəlilədilər. 

Hücumlar həmçinin cənubi-şərqdə ukraynalılardan və Baltik regionlarından gəldi. 

1919-cu ilin ortalarında Ağlar general Anton Denikinin başçılığı altında o, yəqin ki, ən 

səmərəli vuruşan Ağ generalı idi, bütün Ukraynanı ötüb keçdi və demək olar ki, 

Moskvaya doğru irəlilədi. Sonrakı ili Kommunist rejimi Qafqazlarda Gürcüstan, 

Azərbaycan və Ermənistanda müstəqil millətçi hökumətlərə nəzarətə sahib oldular.  

Çar ailəsi vətəndaş müharibəsinin digər bir qurbanı oldu. Çar taxt-tacdan imtina 

etdikdən sonra arvadı və beş uşağı isə mühafizə altına götürüldü. 1918-ci il iyulun 16-




455 

 

da Yekaterinburqda yerli Sovetin üzvləri onları öldürdülər və meyitlərini mədən 



şaxtasına atdılar.  

Kommunistlər əvvəllər «hərbi kommunizm» siyasəti aparırdılar. Bundan 

məqsəd Qızıl Ordunu ehtiyatla müntəzəm təmin etmək idi. «Hərbi kommunizm»ə  

bankların və əksər sənaye müəssisələrinin milliləşdirilməsi daxil idi. Digər bolşevik 

aləti «inqilabi terror» idi. Çeka («Fövqəladə komissiya» və ya “Təhlükəsizlik komitəsi”) 

adlanan gizli qırmızı polis yaradıldı. Qırmızı terror Çekanın köməyi ilə icra olunurdu, 

yeni rejimin əleyhdarları məhv edilirdi. Çeka terroru bütün siniflərdən olan adamlara 

qarşı həyata keçirildi. Minlərlə adam edam edilmişdi. Qırmızı terror bunu bolşevik 

rejimindən qorxunun bir elementi kimi əlavə etdi. 

Nəticədə əcnəbi orduların müdaxiləsi kommunistləri rus patriotizmi kimi böyük 

gücə müraciət etməyə qabil etdi. Müttəfiq dövlətlərin əvvəlcədən rusları müharibədə 

saxlamaqdan ötəri həvəsləndirmək üçün Rusiyaya müdaxilə etmələrinə baxmayaraq, 

11 noyabr 1918-ci ildə müharibənin başa çatması bu niyyəti nəticəsiz qoydu. Müttəfiq 

ölkələr özlərinin antibolşevik hisslərini gizlətmirdilər. Bu nöqteyi-nəzərdən Britaniya, 

ABŞ, Fransa və (Sibirdə) Yaponiya qüvvələri Rusiyə torpağında yerləşmişdilər. Bu 

qüvvələr nadir hallarda həlledici döyüşə girirdilər, çünki əlaqələrə, həm də ümumi 

strategiyaya malik deyildilər, baxmayaraq ki, anti-bolşevik qüvvələrə materiallarla 

kömək göstərirdilər. Müttəfiqlərin müdaxiləsi heç vaxt vətəndaş müharibəsində elə bir 

fərq əmələ gətirmədi. Lakin o, birbaşa olmasa da, bolşeviklərə xeyir verdi. Vətəndaş 

müharibəsi gedəndə bolşevik rejimi həmçinin Rusiyanı bir sadə partiyanın ağalıq etdiyi 

mərkəzləşmiş bürokratik dövlətə çevirdi.  

Bəzi tarixçilərə görə, I Dünya müharibəsi kimi total müharibə olmasaydı, rus 

inqilabı təsəvvür edilə bilməzdi. Yalnız çar Rusiyasının süqutu bolşeviklər kimi radikal 

azlığa hakimiyyəti almaq üçün imkan yaratdı. Əvəzində, əlbəttə ki, Rusiya inqilabı I 

Dünya müharibəsinin gedişinə öz təsirini göstərdi.  

 

 




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin