ELM VƏ MATERİALİZMİ BİR-BİRİNDƏN FƏRQLƏNDİRMƏK
Bütün bu kitab boyu təhlil etdiyimiz məlumatlar bizə təkamül nəzəriyyəsinin heç bir elmi əsası olmadığını, əksinə, təkamülün iddialarının elmi kəşflərlə açıq şəkildə ziddiyyət təşkil etdiyini göstərir. Yəni təkamülü himayə edən güc elm deyil. Təkamül bəzi “elm adamları” tərəfindən müdafiə edilə bilər, amma bunun kökündə başqa “səbəb” durur.
Həmin “başqa səbəb” materialist fəlsəfədir. Təkamül nəzəriyyəsi materialist fəlsəfənin təbiətə tətbiq olunmuş formasıdır və bu fəlsəfənin tərəfdarları tərəfindən elmə zidd olmasına baxmayaraq, müdafiə edilir.
Təkamül nəzəriyyəsi ilə materializm arasındakı əlaqə bu anlayışların “nüfuz”ları tərəfindən də qəbul edilir. Məsələn, Leon Trotski: “Darvinin kəşfi bütün üzvi maddə sahəsində dialektikanın (dialektik materializmin) ən böyük zəfəri oldu”, -deyə şərh vermişdir.388 Təkamülçü bioloq Duqlas Futuyma: “Marksın bəşəriyyət tarixini açıqlayan materialist nəzəriyyəsi ilə birlikdə Darvinin təkamül nəzəriyyəsi materializm üçün böyük pillə idi”, -deyə yazır.389 Təkamülçü paleontoloq Stefen C.Quld isə: “Darvin təbiətin mənşəyini izah edərkən çox əsaslı şəkildə materialist fəlsəfədən istifadə etdi”, -deyir.390
Materialist fəlsəfə tarixin ən qədim düşüncə tərzlərindən biridir və əsas xüsusiyyəti maddəni mütləq varlıq hesab etməsidir. Bu tərifə görə, maddə sonsuzdan bəri mövcuddur və mövcud olan hər şey də maddədən ibarətdir. Materializm Yaradanın varlığını inkar edir.
Nə üçün materializm doğru düşüncə tərzi deyil? Bir fəlsəfi fikrin doğruluğunu və ya yanlışlığını yoxlamaq metodu o fəlsəfi fikrin elmlə əlaqədar iddialarını elmi metodlarla araşdırmaqdır. Məsələn, X əsrdə hər hansı bir filosof ortaya çıxıb Ayın səthində sehirli ağac olduğunu, bütün canlıların əslində o nəhəng ağacın budaqlarında meyvə kimi yetişdiklərini və oradan Yerə düşdüklərini irəli sürə bilər. Bəzi insanlar da bu fəlsəfi fikrə maraq göstərib, onu mənimsəyə bilərlər. Ancaq XX əsrdə Aya səyahət etdikdə artıq bu cür fəlsəfi fikir irəli sürməyin mənası olmur. Çünki orada elə bir ağacın olub-olmadığı elmi metodla, yəni müşahidə və təcrübə ilə aşkar edilir.
Materializmin iddiasını da elmi metodla yoxlaya bilərik. Maddənin sonsuzluqdan bəri mövcud olub-olmadığını, maddənin onun fövqündə olan bir Yaradan olmadan özünü nizamlayıb-nizamlaya bilmədiyini və canlıları əmələ gətirib-gətirə bilmədiyini araşdıra bilərik. Bunu etdikcə görərik ki, materializm əslində çökmüşdür. Çünki maddənin sonsuzluqdan bəri mövcud olduğu fikri kainatın yoxdan var edildiyini sübut edən “Big bang” nəzəriyyəsi ilə məhv edilmişdir. Maddənin öz-özünü nizamladığı və canlıları meydana gətirdiyi iddiası isə “təkamül nəzəriyyəsi” adlanan iddiadır və kitabın əvvəlindən bəri təhlil etdiyimiz kimi, bu iddianın da əsassız olduğu sübut edilmişdir.
Əgər bir insan materializmə inanmaqda qərarlıdırsa, materialist fəlsəfəyə olan bağlılığını hər şeydən üstün tutursa, onda belə davranmır. “Əvvəl materialist, sonra elm adamı”dırsa, təkamülün elm tərəfindən təkzib edildiyini gördükdə materializmdən əl çəkməz. Əksinə, təkamülü necə olursa-olsun dəstəkləməyə çalışıb materializmi xilas etməyə, ayaqda tutmağa çalışar. Bu gün təkamül nəzəriyyəsini müdafiə edən elm adamlarının vəziyyəti məhz bu cürdür.
Maraqlıdır, bunu bəzən özləri də etiraf edirlər. Harvard Universitetindən məşhur genetik və səmimi təkamülçü olan Riçard Levontin “əvvəll materialist, sonra elm adamı” olduğunu belə etiraf edir:
Bizim materializmə inancımız var, bu, “a priori” (əvvəlcədən qəbul edilmiş, doğru olduğu fərz edilmiş) inancdır. Bizi dünyanı materialist cəhətdən açıqlamağı vadar edən şey elmi metodlar və qanunlar deyil. Əksinə, materializmə olan “a priori” bağlılığımız səbəbi ilə dünyanı materialist düşüncə tərzinə görə açıqlayan tədqiqat metodlarını və məfhumlarını uydururuq. Materializm mütləq doğru olduğuna görə, ilahi açıqlamanın araya girməsinə izn verə bilmərik.391
Levontinin işlətdiyi “a priori” termini çox önəmlidir. Bu fəlsəfi termin heç bir təcrübi məlumata əsaslanmayan, əvvəlcədən qəbul edilmiş fərziyyə deməkdir. Bir düşüncənin doğruluğuna dair hər hansı bir məlumat yox ikən onu doğru fərz edir və elə qəbul edirsinizsə, bu “a priori” düşüncədir. Təkamülçü Levontinin səmimi şəkildə ifadə etdiyi kimi, materializm də təkamülçülər üçün “a priori” qəbuldur və elmi bu qəbula uyğunlaşdırmağa çalışırlar. Materializm Yaradanın varlığını qəti şəkildə inkar etməyə vadar etdiyi üçün əllərindəki yeganə alternativ olan təkamül nəzəriyyəsinə sarılırlar. Təkamül elmi faktlar tərəfindən nə qədər təkzib edilsə də, fərqi yoxdur, sözügedən elm adamları onu bir dəfə “a priori doğru” şəklində qəbul etmişdir.
Bu ön mühakiməli münasibət təkamülçüləri “şüursuz maddənin öz-özünü nizamladığına inanmaq” kimi elmə və ağıla zidd inanca aparır. Əvvəlki bölmələrdə təhlil etdiyimiz “maddənin özünütəşkiletməsi” məfhumu bunun bir ifadəsidir.
Dünya səviyyəsindəki təkamülçü təbliğatın əsasında bu materialist doqma durur. Qərbin qabaqcıl media orqanlarında, məşhur və tanınmış elmi jurnallarında daima qarşılaşdığımız təkamül təbliğatı bu cür ideoloji və fəlsəfi inancın nəticəsidir. Təkamül ideoloji baxımdan labüd olduğu üçün elmin standardlarını müəyyən edən materialist təbəqələr tərəfindən mübahisəsiz tabuya çevrilmişdir.
Digər elm adamları isə öz karyeralarını davam etdirmək üçün bu zorakı nəzəriyyəni müdafiə etmək və ya səslərini çıxarmamaq məcburiyyətindədirlər. Qərb ölkələrindəki akademiklər “dosent”, “professor” ünvanlarını almaq və bu elmi dərəcələrini qorumaq üçün hər il müəyyən elmi jurnallarda məqalə dərc etdirməyə məcburdurlar. Biologiya ilə məşğul olan bu jurnalların hamısını materialist təkamülçülər idarə edir. Bu şəxslər təkamül əleyhinə məqalənin dərc olunmasına izn verməzlər. Ona görə hər bioloq bu hegemon inanca bağlı şəkildə elmi fəaliyyət göstərmək məcburiyyətindədir. Çünki onlar da təkamülü ideoloji tələbat kimi görən materialist quruluşun bir hissəsidir. Buna görə kitab boyu təhlil etdiyimiz bütün “qeyri-mümkün təsadüfləri” gözübağlı müdafiə edirlər.
Dostları ilə paylaş: |