Həyatının erkən dövrü və mənəvi axtarış illəri
Balıqçı ailəsində dünyaya gələn Niçiren 11 yaşında yaşadığı Kominatoda yerləşən Kiyosumi-dera monastrında dini təhsil almağa başlayır. Kiyosumi-dera monastrı Tenday məktəbinə məxsus olsa da, öyrətdiyi dini müddəalar olduqca mürəkkəb və dolaşıq idi. Bu hal həmin dövrün bütün buddist sektalarına xas bir hal idi. Bu əksinə isə həmin monastrlar təşkilatlanma cəhəddən olduqca inkişaf etmişdilər. Gənc Niçireni də düşündürən bu sektaların dolaşıq və mürəkkəbliyi idi. O hesab edirdi ki, heç bir dini sekta Buddanın həqiqətlərini düzgün şəkildə yansıtmır.
Niçiren əvəvlcə, 1233-cü ildə Kamakuraya gələrək Amidizmi öyrənməyə qərar verir. Ardınca Zen Buddizmilə məşğul olan Zenniçi bir müddət sonra Kyotoya gedərək Hiei dağındakı monastrda öz dini biliklərini daha da artırır və burada Tenday məktəbini daha da dərində araşdırmağa başlayır. Daha sonra isə Koya dağında ezoterik buddizmi öyrənir və Narada Ritsu sektasını tədqiqi edir. Bütün bu dini axtarışlar Niçirenin biliklərini müstəsna dərəcədə artırır.
20 illik dini axtarışların ardınca, 1253-cü ildə doğulduğu yerə qayıdan Niçiren artıq həqiqəti tapdığına inanırdı. Niçirenə görən Buddizmin həqiqətlərini Lotus Sutrada tapmaq mümkündür. Digər bütün sektalar isə Budda tərəfindən pedaqoji vasitə olaraq Buddizmin yayılması üçün istifadə edilmiş və nəticə etibarı ilə, Lotus Sutrada bəyan edilən həqiqətlərin öyrədilməsinə xidmət etmişdir. Bundan əlavə isə, Budda bu doktrinanın mappo (sonuncu qanun) dövründə - onun ölümündən sonrakı dövr, yəni müasir dövr – insanlara öyrədiləcəkdi və bunun üçün bir müəllim zühur edib bu missiyanı tamamlayacaqdı.
Dostları ilə paylaş: |