Niçiren Buddizmi
XIII əsrdə meydana gələn Niçiren Buddizmi Yaponiyanın ən böyük buddist sektalarından biridir.
Niçirenin doktrinasının əsasında üç həqiqət durur. Bunlar:
1) Honzon – Niçiren məbədlərində əsas ibadət obyektidir. Dİni rituallar zamanı xüsusi istifadə edilən bu təsvirdə mərkəzdə Lotus Sutra yazısı ətrafında isə bu dini kitabda adı keçən bütün müqqqədəslərin adı yazılıb.
2) Daimoku – mistik dini ifadə; Niçiren inanırdı ki, buddistlər “Namu myouhou renge kyou” (Mən özümü Lotus Sutraya həsr edirəm! Yaşasın Lotus Sutra!) cümləsini zikr etməklə Lotus Sutraya olan dini bağlılıqlaırnı göstərmiş olacaqdırlar.
3) Kaidan – Məbədlərdə Lotus Sutraya ayrılan və ən müqəddəs hesab edilən yer.
Niçirenin ölümündən sonra onun məktəbi iki qola ayrıldı: Niçiren-şuu və Niçiren-şou-şuu. Niçiren-şou-şuu qolunun inkişafı Souka-gakkai təşkilatının yaranması ilə daha da geniş vüsət aldı. Bu qolun ardıcılları hətta Niçireni Buddadan üstün bir dini lider olaraq qəbul edirlər.
Dostları ilə paylaş: |