Həyatının erkən dövrü və mənəvi axtarış illəri



Yüklə 31,02 Kb.
səhifə3/4
tarix02.01.2022
ölçüsü31,02 Kb.
#34848
1   2   3   4
Niçiren Buddizmi.tercume

Niçirenin doktrinası

1253-cü ildə Kinamotoya qayıdan Niçiren Kiyasumi-dera monastrına gedərək öz dini inancını keçmiş rahibləri qarşısında bəyan edir və bildirir ki, bütün dini sektalar qadağan edilməlidir, çünki onlar yalandan ibarətdir və insanlar yanlış yönləndirir. Nə Kiyosumi-dera rahibləri, nə də yerli feodallar Niçirenin bəyanlarını qəbul etmirlər, nəticədə, ona qarşı güclü qəzəb və kin meydana gəldi. Bütün bunlardan xilas olub həyatını qurtarmaq üçün Nİçireni Kinamotonu tərk edir.

Öz monastrından qovulduqdan sonra bir müddət Kamakurada yaşan Niçiren burada da öz dinini yaymağa davam edir. Bütün buddist sektalarına qarşı açıq şəkildə tənqidlər və ittiham irəli sürməsi nəhayətində Buddist monastrlarından və hakim elitadan sərt müxalifətin meydana gəlməsinə səbəb oldu. Həmin dövrdə ölkə epidemiyalarla mübarizə aparır, zəlzələlər və daxili münaqişələr əhalini gücdən salırdı. Bu kədərli vəziyyətdən təsirlənərək, Niçiren bütün Buddist mətnləri təkrar gözdən keçirir və 1260-ci ildə Rişşo ankoku ron (Həqiqətin bərqərar edilməsi və ölkənin sabitləşdirilməsi) adlı kiçik traktat yazır. Bu tarktatında bird aha bəyan edir ki, ölkənin içində olduğu bu acınacaqlı durum xalqın hələ də, yanlış yolda olması və həqiqi Buddizmin arxasınca getməməsinin təzahürüdür. Beləki, yalançı sektalar xalqı həqiqət yolundan sapdırmışdır. Xalqın və hakimiyyətin xilası Niçirenin dinin qəbul edilməsi və ölkədə mövcud olan bütün dini dini sektaların qadağan edilməsilə mümkün ola bilərdi. Eyni zamanda, Niçiren öz dininin Yaponiyanın dövlət dini olmasını tələb edirdi. Əksi olduğu təqdirdə isə, Yaponiya da faciəli duruma düşəcəkdi və ölkə xarici işğalçı qüvvələr tərəfində zəb t olunacaqdı. Bunun əvəzində isə Kamakuradakı hərbi rejim rahibi 1261-ci iləd İzu-hantoda yerləşən bir səhraya sürgün edir. 1263-cü ildə əhv edildilən Niçiren, Kamakuraya qayıtdıqdan sonra yeni sərt hücumlara məruz qalır.

Çini işğal edən Monqollar 1268-ci ildə Yaponiya elçilər göndərərək ölkəninin təslim olmasını və monqol sülaləsinə xərac verməsini tələb edir. BU hadisə ilə, Niçiren 1260-cı ildə dediklərinin gerçəkləşməsi kimi görürdü. Bu hadisədən sonra Rişşo ankoku ron əsərini yenidən hakimiyyət sarayına və buddist məbədlərinə göndərir və öz doktrinasının rəsmi qəbul edilməsində təkid edir.


Sürgün

Niçirenin bu addımı hakimiyyət mənbələrində yenidən dərin qıcıq oyandırır və 1271-ci ildə narahatlıq yaradan rahibin ölüm fərmanı imzalanır. Həbs edilən Niçiren bir müddət sonra ölümlə deyilən təkrardan sürgünlə cəzalandırılır. Bu dəfə Yapon dənizində yerləşən Sado adasına sürgün edilən rahib orada özünün ilk sistematik əsəri olan Kaimokuşo`nu (Gözlərin açılması) yazır.

Niçirenə və ardıcıllarına görə Niçiren ölüm hökmündən fövqəltəbii qüvvələrin yardımı ilə xilas edilmişdir. Rahibin sürgündə olduğu illərdə monqollar ikinci və üçüncü elçilərini Yaponiyaya göndərərək ölkənin təslim olmasını tələb edirdilər. Niçirenin dediklərinin təsdiqini tapması və onun Kamakurada olan dostlarının yardımı ilə mərkəzi hakimiyyət üzrxahlıq məktubu göndərərək Niçirenin azad olmasını rəsmiləşdirirlər. 1274-cü ildə yenidən Kamakuraya qayıdan Niçiren hökumət rəsmiləri tərəfində dərin hörmət və ciddiyyətlə qarşılanır. Ancaq hələ də Kamakuradakı hərbi rejim Niçirenin dediklərini qəbul etməkdə tərəddüd edirdi.

Olanlardan narazı qalan Niçiren bir neçə müridil bərabər indiki Yamanaşi prefekturasında yerləşən Minobu dağına çəkilir. Burada həyatının son illərini keçirən Niçiren öz müridlərinə yeni dinini tədrisini davam etdirirdi. Eyni zamanda bu dövrdə bir sıra dini əsərlər də yazmağa müvvəffəq olan Niçiren 1282-ci ildə uzun müddət davam edən mübarizənin və xəstəliklərin sonucunda Minobu dağında vəfat etdi.



Yüklə 31,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin