Opera və Balet Teatrı, 21 sentyabr 1997-ci il
www.aliyevheritage.org
XOCALI - 1992
20
■
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevin Xocalı soyqırımının altıncı
ildönümü ilə əlaqədar Azərbaycan xalqına
müraciətindən – Bakı şəhəri, 23 fevral 1998-ci il
...Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı
soyqırımı ağlasığmaz qəddarlığı və qeyri-insani cəza
üsulları ilə tayı-bərabəri olmayan vəhşilik aktı, insanlı-
ğa qarşı tarixi bir cinayətdir...
...Bir qrup erməni millətçi-separatçı qüvvələrin
1988-ci ildə Dağlıq Qarabağda başladığı avantürist
hərəkat təkcə Xocalı soyqırımına deyil, eyni zamanda
Azərbaycan və erməni xalqları arasında on ildən ar-
tıq davam edən qanlı münaqişəyə, Qafqaz bölgəsində
etnik konfliktlərə və digər ağır nəticələrə gətirib çıxar-
mışdır. İndi beynəlxalq ictimaiyyət separatist hərəkət-
lərin təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün
böyük təhlükə olduğunu anlayır və buna qarşı ciddi
etiraz səsini qaldırır. Hazırda beynəlxalq və regional
tədbirlərdə bu hərəkətlər pislənir və müvafiq siya-
si-hüquqi qiymətini alır...
...Nahaq qan yerdə qalmır. Xocalı müsibətinin də
beynəlxalq aləmdə öz qiymətini alacağı və günahkar-
ların gec-tez öz layiqli cəzalarına çatacağı labüddür...
■
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevin 1 iyun - Uşaqları
Beynəlxalq Müdafiə günü münasibətilə
çıxışından – 1 iyun 1998-ci il
...Ermənistan-Azərbaycan münaqişəsinin başlan-
yan qaçqınların 400 mini uşaqlardır. Bu, dəhşətli bir
mənzərədir...
www.aliyevheritage.org
21
XOCALI - 1992
■
Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı
Heydər Əliyevin Xocalının düşməndən
müdafiəsində iştirak etmiş, şəhid olmuş milli
qəhrəmanların, döyüşçülərin valideynlərinə,
ailə üzvlərinə və fərqlənənlərə “Qızıl
Ulduz” medalları, “Azərbaycan Bayrağı”
ordenlərinin təqdim edilmə mərasimində
nitqindən – 26 fevral 1999-cu il
...XX əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına
qarşı dəfələrlə təcavüz edilibdir, soyqırımı törədilibdir.
Onlardan ən dəhşətlisi Xocalı faciəsi, soyqırımıdır...
ması, Ermənistanın Azərbaycana təcavüz etməsi ilə
əlaqədar döyüşlər gedibdir, insanlarımız həlak olub-
dur, şəhid olubdur, qurbanlar vermişik. Təəssüf ki,
hələ böyüməmiş, dünyanı görə bilməmiş uşaqlar da
həlak olublar, bu faciənin qurbanları olublar. Uşaqlar
1990-cı il 20 yanvar faciəsinin də qurbanları olublar.
Ermənilər tərəfindən Azərbaycan xalqına qarşı edilmiş
Xocalı soyqırımında da uşaqlar həlak olublar, uşaqlar
qurban gediblər. Bunlar hamısı bizi kədərləndirir, cə-
miyyətimizin, həyatımızın yaralı yerləridir və bütün
bu döyüşlər, münaqişə, Ermənistanın torpaqlarımızı
işğal etməsi nəticəsində əhalimizin böyük bir qismi ye-
rindən-yurdundan didərgin düşmüşdür, onların əksə-
riyyəti çadırlarda yaşayır və bizim körpələr, uşaqlar,
balalarımız artıq bir neçə ildir ki, çadırlarda yaşamaq
məcburiyyətindədirlər. Onlar çadırda yaşayırlar, ça-
dırda böyüyürlər, çadırda təhsil alırlar. Bizim həyatı-
mızın bu cür narahatedici, sıxıntılı cəhətləri də vardır...
www.aliyevheritage.org
XOCALI - 1992
22
...O müdhiş fevral gecəsi Ermənistan silahlı qüv-
vələri Sovet İttifaqı ordusunun 366-cı alayının köməyi
və iştirakı ilə, Azərbaycanın gözəl bir diyarı olan Xo-
calının sakinlərinə qarşı dəhşətli soyqırımı etmişlər.
Böyük, misli görünməmiş vəhşiliklə həyata keçirilən
bu soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir.
Dinc, silahsız xocalılara bir gecənin içində böyük zər-
bələr vurulmuşdur. Soyqırımı nəticəsində yüzlərlə xo-
calılı qadın, kişi, yaşlı, gənc, körpə, uşaq həlak olmuş-
dur. Yüzlərlə xocalılı yaralanmış, xəsarət almış, şikəst
olmuşdur. Yüzlərlə insan əsir düşmüşdür...
...Bu faciə Azərbaycan xalqına qarşı Ermənis-
tan-Azərbaycan müharibəsi dövründə vurulmuş ən
ağır zərbədir. Xocalılar bu faciəni mərdliklə, qəhrə-
manlıqla qarşılamışlar. Öz evini, şəhərini, ailəsini qəh-
rəmancasına müdafiə edənlər həlak olmuşlar, şəhid
olmuşlar. Vəhşi ermənilər tərəfindən açılan atəşlərin
nəticəsində Xocalı ərazisi qana bulaşmışdır...
...Bu faciə bütün Azərbaycan xalqını sarsıtmış, xo-
calılara ağır bir mənəvi zərbə olmuşdur. Ancaq xoca-
lıların iradəsi sınmamış, insanlar qəhrəmanlıqla, mərd-
liklə şəhid olmuşlar. Xocalılar bu ağır faciəni mərdliklə
yaşamışlar...
...Xocalı faciəsi təkcə xocalıların yox, bütün Azər-
baycan xalqının dərdi, qəmidir. Ona görə də bu gün
bütün ölkəmizdə kədər günü, hüzn günüdür, matəm
günüdür. Mən bütün həlak olanlara bir daha Allahdan
rəhmət diləyir və xocalılara, bütün Azərbaycan xalqına
başsağlığı verirəm. Çünki həlak olmuş hər bir soydaşı-
mız öz ailəsi ilə bərabər Azərbaycanın övladıdır və bu,
Azərbaycan xalqının matəmidir...
www.aliyevheritage.org
23
XOCALI - 1992
■
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevin 31 mart - Azərbaycanlıların
Soyqırımı günü münasibətilə Azərbaycan
xalqına müraciətindən – Bakı şəhəri, 29 mart
2000-ci il
...1992-ci ilin fevralında keçmiş sovet qoşunlarının
yaxından köməyi ilə erməni hərbi birləşmələri müa-
sir tarixdə analoqu olmayan müdhiş faciə törətdilər.
Azərbaycan şəhəri Xocalının minlərlə müdafiəçisi və
dinc sakini öldürüldü, əsir alındı, şəhər yerlə yeksan
edildi. Bu misilsiz vandalizm və soyqırımı aktların-
dan məqsəd xalqımızı qorxutmaq, onun mübarizə əz-
mini qırmaq idi...
■
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevin Xocalı soyqırımının
ildönümü ilə əlaqədar Azərbaycan xalqına
müraciətindən – 24 fevral 2001-ci il
...1992-ci il fevralın 26-da ən müasir silahlar və tex-
nika ilə təchiz olunmuş Ermənistan hərbi birləşmələ-
ri keçmiş sovet ordusunun 366-cı alayının bilavasitə
iştirakı ilə Azərbaycanın Xocalı şəhərini yerlə yeksan
etdilər, yüzlərlə günahsız mülki əhaliyə - qadınlara,
qocalara, uşaqlara amansızcasına divan tutdular. Xü-
susi qəddarlığı ilə seçilən bu təcavüz aktı təkcə Xocalı
əhalisinə deyil, bütövlükdə insanlığa qarşı misli gö-
rünməmiş cinayət idi. Əsrin əvvəllərindən başlayaraq
təcavüzkar erməni millətçiləri tərəfindən azərbaycan-
lılara qarşı dəfələrlə soyqırımı aksiyaları törədilmiş-
dir. Amma Xocalı soyqırımı bunların ən dəhşətlisi
olmuşdur...
www.aliyevheritage.org
XOCALI - 1992
24
...Xocalı soyqırımının qurbanlarının xatirəsini yad
edərkən onların qarşısında hər birimizin vicdan və
vətəndaşlıq borcu haqqında düşünürük. Bu borcu
ödəməyin ən yaxşı yolu Xocalı qəhrəmanlarının uğ-
runda öz həyatlarını qurban verdikləri idealları yaşat-
maq, müstəqil Azərbaycan dövlətini qorumaq, onun
sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü
təmin etməkdir...
■
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevin Avropa Şurası Parlament
Assambleyasının sədri Lord Rassel Constonla
görüşdə söhbətindən – 15 sentyabr 2001-ci il
...1988-ci ildən indiyə qədər Ermənistan-Azər-
baycan münasibətlərində baş vermiş hadisələr - in-
sanların qətlə yetirilməsi, Xocalı faciəsi, yaxud işğal
olunmuş torpaqlarda kütləvi formada aparılan etnik
təmizləmə, - yenə də deyirəm, bunun nəticəsində in-
sanların qətlə yetirilməsi, - bunların özü də terrorun
bir formasıdır...
■
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevin Xocalı soyqırımının onuncu
ildönümü ilə əlaqədar Azərbaycan xalqına
müraciətindən – 25 fevral 2002-ci il
...Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə er-
məni şovinist-millətçiləri tərəfindən azərbay-canlıla-
ra qarşı müntəzəm olaraq həyata keçirilən etnik tə-
mizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı
səhifəsidir. Bir sıra dövlətlərin hakim dairələri tərə-
findən himayə olunan bu mənfur siyasət çar Rusiyası
və Sovet hakimiyyəti dövründə ardıcıl davam etdi-
www.aliyevheritage.org
25
XOCALI - 1992
rilmiş, SSRİ-nin süqutundan sonra xalqımızın doğ-
ma torpaqlarından qovulması, qaçqın və köçkünə
çevrilməsi kütləvi qırğınlarla müşayiət olunmuşdur.
Təcavüzkar erməni millətçilərinin və sərsəm “Bö-
yük Ermənistan” ideoloqlarının etnik təmizləmə və
soyqırımı siyasətinin nəticələrini bütövlükdə iki mil-
yon azərbaycanlı müxtəlif vaxtlarda öz üzərində hiss
etmişdir...
...Öz miqyasına və dəhşətlərinə görə dünya ta-
rixində analoqu az olan Xocalı soyqırımını törətmək-
də erməni şovinistləri və ideoloqları uzağa gedən
məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağı və
digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqı-
mızın müstəqillik və ərazi bütövlüyü uğrunda mü-
barizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz
niyyətlərinə çata bilmədi. Doğrudur, faciə bütün
Azərbaycanı sarsıtmış, Xocalı sakinlərinə sağalmaz
yaralar, mənəvi zərbələr vurmuşdur. Lakin xocalı-
lar hətta amansız soyqırım günündə də özlərini əsl
qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləş-
mələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vu-
ruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın
qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar...
...Bu gün Azərbaycan hökuməti və xalqı qarşı-
sında Xocalı soyqırımı və bütövlükdə ermənilərin
Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında
həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşət-
ləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş
ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırı-
mı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur.
Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətən-
www.aliyevheritage.org
XOCALI - 1992
26
■
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevin Azərbaycanın yəhudi
icmasına müraciətindən – Prezident sarayı,
8 aprel 2002-ci il
...Son on dörd ildə Ermənistanın Azərbaycana
hərbi təcavüzü, xalqımıza qarşı həyata keçirilən de-
portasiya və soyqırımı siyasəti, misli görünməmiş
Xocalı müsibəti XX əsrdə dünyanın ən böyük milli
fəlakətlərindəndir...
■
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevin Xocalı soyqırımının
ildönümü ilə əlaqədar Azərbaycan xalqına
müraciətindən – Bakı şəhəri, 25 fevral 2003-
cü il
...Xocalı faciəsi iki yüz ildən çox müddətdə da-
vakar erməni millətçiləri tərəfindən xalqımıza qarşı
aparılan etnik təmizləmə və soyqırımı siyasətinin
qanlı səhifəsidir. Müxtəlif vaxtlarda fərqli şəkildə,
xüsusi incəliklə yeridilən bu mənfur siyasət və düş-
mənçilik heç zaman dayanmamış, gah açıq qarşı-
durma və qanlı toqquşmalar şəklini almış, gah da
dövrün tələblərinə uyğun ideoloji forma ilə pər-
dələnmişdir...
...15 il əvvəl təcavüzkar erməni şovinistlərinin
daşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, fa-
ciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması,
onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının
layiqincə cəzalandırılması bütövlükdə insanlığa qar-
şı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlan-
maması üçün mühüm şərtdir...
www.aliyevheritage.org
27
XOCALI - 1992
irəli sürdükləri ərazi iddiaları azərbaycanlıların
qədim torpaqlarından kütləvi deportasiyasına, çox-
saylı terror aktlarına və tammiqyaslı amansız mü-
haribəyə səbəb oldu. Nəticədə on minlərlə insan
həlak oldu, əlil vəziyyətinə düşdü, yüz minlərlə
soydaşımız qaçqın və məcburi köçkünə çevrildi.
Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayonu-
muz erməni hərbi birləşmələri tərəfindən işğal
edildi. Lakin 1992-ci il fevralın 26-da qədim Xocalı
şəhərinin misli görünməmiş qəddarlıqla məhv edil-
məsi bu faciələrin ən dəhşətlisi oldu. Erməni hərbi
birləşmələri 366-cı sovet alayı ilə birlikdə qadınlara,
uşaqlara, qocalara aman vermədən yüzlərlə insanı
xüsusi vəhşiliklə qətlə yetirdi, onları hərb tarixin-
də analoqu olmayan işgəncə verməklə öldürdü,
təhqirlərə məruz qoydu. Öz amansızlığına, vəhşili-
yinə, kütləviliyinə və törədilən cinayətlərin ağırlığı-
na görə Xocalı faciəsi insanlığın tarixində qara ləkə
kimi qalacaqdır...
...Xocalı soyqırımını törətməkdə erməni şovinist-
lərinin məqsədi xalqımızı qorxutmaq, vahimə için-
də saxlamaq, onun mübarizə əzmini qırmaq, işğal
faktı ilə barışmasına nail olmaq idi. Lakin düşmən
öz məkrli niyyətlərinə çata bilmədi. Xocalı müda-
fiəçiləri təpədən dırnağa qədər müasir silahlarla
təchiz olunmuş düşmən qarşısında özünü itirmə-
di, əyilmədi, qəhrəmanlıq və rəşadət nümunələri
göstərdi. Onlar qeyri-bərabər döyüşdə igidliklə vu-
ruşaraq, əsl fədakarlıq və vətənpərvərlik nümayiş
etdirdilər...
www.aliyevheritage.org
XOCALI - 1992
28
■
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevin 31 mart Azərbaycanlıların
Soyqırımı Günü münasibəti ilə Azərbaycan
xalqına müraciətindən – Bakı şəhəri, 27 mart
2003-cü il
...1992-ci ilin fevralında törədilmiş Xocalı faciə-
si isə insanlığa qarşı çevrilmiş, öz qəddarlığına və
amansızlığına görə misli görünməmiş genosid aktı
kimi tarixdə qalacaqdır. Davakar erməni millətçilə-
rinin və onların ideoloqlarının xalqımıza qarşı ci-
nayətlərinin tam olmayan siyahısı belədir: Yüzillər
boyu davam edən bu şovinist və davakar siyasət
nəticəsində əzəli Azərbaycan torpaqları təcavüz-
kar qonşular tərəfindən qəsb olunmuş, on minlər-
lə soydaşımız vəhşicəsinə öldürülmüş, minlərlə
maddi və mənəvi mədəniyyət abidələri vandallıqla
dağıdılmışdır. Keçən dövrdə mütəmadi olaraq er-
məni xalqının geniş dairələri azərbaycanlılara qarşı
nifrət ruhunda tərbiyə olunmuş, kütlənin şüurunda
“türk-azərbaycanlı” düşmən obrazı yaradılmış, bu
məqsədə xidmət edən “mədəni-milli cəmiyyətlər”,
terrorçu təşkilatlar şəbəkəsi qurulmuşdur...
■
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevin Azərbaycanın yəhudi
icmasına məktubundan – Bakı şəhəri, 27
aprel 2003-cü il
...Azərbaycan xalqı da öz tarixi boyu dəfələrlə
belə milli müsibətlərlə üzləşməli olmuşdur. Xü-
susən 1988-ci ildən başlayan növbəti erməni hər-
bi təcavüzü nəticəsində xalqımızın məruz qaldığı
www.aliyevheritage.org
29
XOCALI - 1992
soyqırımı və deportasiya, kütləvi qətl və qırğın-
lar, zəbt olunmuş torpaqlarımızda dəhşətli erməni
vandalizmi, nəhayət Xocalı müsibəti kimi ağır ci-
nayətlər dünyanın gözü qarşısında baş vermiş, la-
kin təəssüf ki, hələ də beynəlxalq birlik tərəfindən
hüquqi-siyasi qiymətini almamışdır...
www.aliyevheritage.org
XOCALI - 1992
30
Azərbaycan Respublikasının Prezidenti
Ilham Əliyev Xocalı soyqırımı haqqında
■
Azərbaycan Respublikasının Prezidenti
Ilham Əliyevin Xocalı soyqırımının
ildönümü ilə əlaqədar Azərbaycan xalqına
müraciətindən – Bakı şəhəri, 24 fevral
2004-cü il
...1992-ci il fevralın 26-da xalqımız öz taleyinin
ən ağır və acılı anlarından birini yaşadı. Həmin gün
qədim Azərbaycan şəhəri Xocalı erməni hərbi birləş-
mələri tərəfindən yer üzündən silindi. Heç bir hərbi
zərurət olmadan yüzlərlə dinc sakin tarixdə analoqu
olmayan işgəncələrlə öldürüldü, meyitləri təhqir
olundu. Uşaqlar, qadınlar, qocalar, bütöv ailələr
məhv edildi. XX əsrin sonunda təkcə Azərbaycan
xalqına qarşı deyil, bütün insanlığa qarşı ən ağır ci-
nayətlərdən biri baş verdi. Xocalı faciəsi öz ağırlığına,
vəhşiliyinə və amansızlığına görə bəşəriyyətə qarşı
törədilmiş cinayətlər sırasında xüsusi yer tutur...
...Xocalı faciəsi təsadüfi hadisə deyildi. Bu, iki yüz
ildən artıq müddətdə davakar erməni millətçilərinin
Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və et-
nik təmizləmə siyasətinin tərkib hissəsi idi...
...Xocalı faciəsi öz qəddarlığına, kütləviliyinə və
törədilən cinayətlərin ağırlığına görə bəşəriyyətə
qarşı ağır cinayətlər sırasına daxil olmuşdur...
■
Azərbaycan Respublikasının Prezidenti
Ilham Əliyevin Xocalı soyqırımının 15-ci
ildönümü münasibətilə Azərbaycan xalqına
www.aliyevheritage.org
31
XOCALI - 1992
■
Azərbaycan Respublikasının Prezidenti
Ilham Əliyevin Dünya Azərbaycan və
Türk Diaspor Təşkilatları Rəhbərlərinin I
forumunun təntənəli açılış mərasimindəki
nitqindən – Bakı şəhəri, 9 mart 2007-ci il
...Xocalı soyqırımını törədən vəhşilər bizi soyqı-
...1992-ci il fevralın 26-da qədim Azərbaycan
şəhəri Xocalı erməni hərbi birləşmələri tərəfindən
vəhşicəsinə dağıdıldı, onun müdafiəçilərinə və sa-
kinlərinə amansız divan tutuldu. Yüzlərlə dinc sakin
görünməmiş işgəncələrlə öldürüldü, uşaqlar, qadın-
lar, qocalar, bütöv ailələr məhv edildi, onların meyit-
ləri təhqir olundu. XX əsrin sonunda dünyanın gözü
qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz
amansızlığına və qəddarlığına görə təkcə Azərbay-
can xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və
insanlığa qarşı törədilmiş cinayət idi...
...Bu gün artıq heç kimə sirr deyil ki, Xocalı faciəsi
davakar erməni millətçilərinin yüzilliklər boyu türk
və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və
etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi...
...Xocalı qırğınını törətməklə erməni millətçilə-
ri hiyləgər siyasi və taktiki məqsədlər güdürdülər.
Onlar bununla xalqımızın mübarizə əzmini qırmaq,
onu tarixi torpaqlarımızın işğalı faktı ilə barışmağa
məcbur etmək istəyirdilər. Lakin düşmənin niyyətlə-
ri baş tutmadı, xalqımız öz dövlətinin suverenliyi və
ərazi bütövlüyü uğrunda mübarizədə yüksək iradə
və qəhrəmanlıq nümunəsi göstərdi...
müraciətindən – Bakı şəhəri, 23 fevral 2007-ci il
www.aliyevheritage.org
XOCALI - 1992
32
■
Azərbaycan Respublikasının Prezidenti
Ilham Əliyevin 31 Mart Azərbaycanlıların
Soyqırımı Günü münasibətilə Azərbaycan
xalqına müraciətindən – Bakı şəhəri, 29 mart
2007-ci il
...1905-ci və 1918-ci illərdə erməni hərbi dəstələri-
nin Qafqazın müxtəlif bölgələrində həyata keçirdiyi
kütləvi qətllər və talanlar, 1948-1953-cü illərdə soy-
daşlarımızın Ermənistan Respublikası ərazisindəki
ata-baba yurdlarından deportasiya edilməsi, 1988-ci
ildən başlayaraq Dağlıq Qarabağı Azərbaycandan
qoparmaq məqsədi güdən genişmiqyaslı müharibə
və onun bu gün də davam edən acı nəticələri, 1992-ci
ilin Xocalı faciəsi - bunlar təcavüzkar erməni millət-
çilərinin azərbaycanlılara qarşı planlı surətdə həyata
keçirdiyi soyqırımı siyasətinin qanlı səhifələridir...
■
Azərbaycan Respublikasının Prezidenti
Ilham Əliyevin Türk Dövlət və
Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və
Əməkdaşlıq Qurultayında nitqindən – 17
noyabr 2007-ci il
...Ermənilər həmişə türklərə, azərbaycanlılara
qarşı soyqırımı siyasəti aparmışlar. Keçmiş tarixdə
də belə olub, yaxın tarixdə də belə olubdur və Xocalı
soyqırımı bunun bariz nümunəsidir. Günahsız in-
sanları, uşaqları, yaşlı qadınları qətlə yetirmək soyqı-
rım deyil, bəs nədir?..
rımda ittiham edirlər və bəzi hallarda onların yalan
təbliğatı uğurlar gətirir...
www.aliyevheritage.org
33
XOCALI - 1992
■
Azərbaycan Respublikasının Prezidenti
Ilham Əliyevin Polşaya rəsmi səfərinə dair
birgə mətbuat konfransında bəyanatından
– 26 fevral 2008-ci il
...1992-ci il fevralın 26-da Ermənistanın Azərbayca-
na qarşı etnik təmizləmə siyasəti aparması qeydə alın-
mışdır. Məhz o gün Azərbaycan şəhəri Xocalı Ermə-
nistanın təcavüzünə məruz qalmışdır və azərbaycan-
lılara qarşı soyqırımı törədilmişdir. O gecə 600-dən
çox dinc insan qətlə yetirilmişdir. Onlardan 63-ü uşaq,
106-sı isə qadın olmuşdur. Bu, çox böyük cinayətdir...
■
Azərbaycan Respublikasının Prezidenti
Ilham Əliyevin 31 mart Azərbaycanlıların
Soyqırımı Günü münasibətilə Azərbaycan
xalqına müraciətindən – Bakı şəhəri, 29 mart
2008-ci il
...1992-ci ilin fevralında erməni hərbi birləşmələri-
nin törətdiyi Xocalı faciəsi öz qəddarlığına və aman-
sızlığına görə misli görünməmiş soyqırımı aktı, insan-
lığın tarixində qara ləkə kimi qalacaqdır...
■
Azərbaycan Respublikasının Prezidenti
Ilham Əliyevin Azərbaycanın yəhudi
icmasına müraciətindən – Bakı şəhəri, 20
aprel 2009-cu il
...Son iyirmi ildə Ermənistanın Azərbaycana hərbi
təcavüzü, xalqımıza qarşı həyata keçirilmiş deporta-
siya və etnik təmizləmə siyasəti, kütləvi qətl və terror
aksiyaları, nəhayət Xocalıda azərbaycanlıların dəşhət-
li qətliamı zəmanəmizin acı gerçəkliyidir...
www.aliyevheritage.org
Dostları ilə paylaş: |