ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV VƏ
AZƏRBAYCAN ƏDƏBİYYATI KLASSİKLƏRİ
N
axçıvan Dövlət Universite tində
Magistrantların yeddinci regio-
nal elmi konfransı keçirilib.
Konfrans magistraturanın
fəaliyyətini əks etdirən “Elmin baş-
lanğıc yolu” filminin nümayişi ilə baş-
layıb.
Konfransı giriş sözü ilə açan
universitetin rektoru, AMEA-nın
müxbir üzvü Saleh Məhərrəmov
əlamətdar hadisə münasibətilə ma-
gistrantları təbrik edib. Rektor,
universitetdə magistratura üzrə təhsilin
səviyyəsindən, ali təhsil ocağının re-
gionda elmi potensialın formalaş-
masında aparıcı rolundan, Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin
Sədri Cənab Vasif Talıbov tərəfindən
magistrantların işlə təmin olunması-
nın daim diqqət və nəzarətdə saxla-
nılmasından, qarşıda duran vəzi -
fələrdən ətraflı danışıb. Bu ali təhsil
ocağına göstərilən diqqət və qayğının
nəticəsində hazırda burada xalq
təsərrüfatı, elm, təhsil və mədə niy -
yətin müxtəlif sahələrində ən zəruri
ehtiyac duyulan kadrların hazırlan -
ması, yüksək ixtisaslı mütəxəssislərin
yetişməsi istiqamətində mühüm işlər
görüldüyünü bildirən rektor, kon -
fransın işinə uğurlar arzulayıb.
Konfransda universitetin elmi
işlər üzrə prorektoru, dosent Müba-
riz Nuriyev, Magistratura üzrə dekan,
dosent Etibar Məmmədov çıxış
edərək bildiriblər ki, magistrantların
təhsil alması üçün universitetdə
kifayət qədər münbit şərait yaradılıb,
maddi-texnika baza formalaşıb. Qeyd
olunub ki, burada yaradılmış
Azərbaycanşünaslıq Mərkəzi, Tələbə
Turizm Assosasiyası, Kitabxana,
Kompyuter Mərkəzi, Foto Studiya
magistrantların elmi-nəzəri biliklərə
yiyələnmələrinə, dünyagörüşlərini
artırmağa, vətənpərvərlik xüsusiy -
yətlərinin formalaşmasına xidmət
edir. Hələ 1997-ci ildən fəaliyyətə baş-
lamış magistraturada hazırda 238
nəfər təhsil alır ki, onlardan 14-ü
xarici ölkə - Türkiyə, İran və Cənubi
Koreya vətəndaşlarıdır. 2014-2015-
ci tədris ilində 27 istiqamət, 43 ixti-
saslaşma üzrə əyani və qiyabi şöbədə
190 magistr üçün yer ayrılıb.
Biblioqrafiyaşünaslıq ixtisası
üzrə I kurs magistrant Aysu
Qəhrəmanlı “Müasir kitabxanalar-
da informasiya təhlükəsizliyinin təmin
edilməsi” mövzusunda məruzə edib.
Konfransda
elmi-ictimai
fəallığına görə "İlin magistrantı"
seçilən, 17-dən artıq məqalə və 3 kitab
müəllifi olan, Azərbaycan dili və
ədəbiyyatının tədrisi metodikası
ixtisası üzrə II kurs magistrantı İlkin
Əsgərə diplom təqdim olunub.
Elmi konfrans öz işini
müxtəlif ixtisaslar üzrə 19 bölmə
iclası ilə davam etdirib.
Naxçıvan Dövlət Universiteti
ilə yanaşı, Naxçıvan Müəllimlər
İnstitutu və “Naxçıvan” Universiteti
magistrantlarının da iştirak etdiyi
elmi konfransda 87 məruzə
dinlənilib, onlardan ən yaxşılarının
müəlliflərinə xüsusi diplomlar
təqdim olunub.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin
əməkdaşı
Magistrantların VII regional
elmi konfransı
Redaktor:
Şəhla Şirəliyeva
shshahla36@gmail.com
Qeydiyyat №330
Sifariş №
Tiraj 300
Ünvan: AZ 7012,
Naxçıvan şəhəri,
Universitet şəhərciyi
Telefonlar:
544-08-61 (13-60)
yenifikir.ndu@gmail.com
Dizayner:
Samir Tarverdiyev
“Əcəmi” Nəşriyyat-Poliqrafiya
Birliyində ofset üsulu ilə çap
olunmuşdur.
6/ SƏRBƏST
YENİ FİKİR
MAY 2015
İ
saak Nyuton İngiltərədə Qrantem
yaxınlığında fermer ailəsində do-
ğulub. Nyuton atasının ölmündən
3 ay sonra dünyaya gəlib. 3 yaşına ça-
tanda anası Xanna keşiş Smitə ərə ge-
dib qonşu kəndə köçəndən sonra
onu nənəsi tərbiyə eləyib. Amma
İsaak anasını çox sevir və onu atma-
sına baxmayaraq ona çox bağlı idi.
Atalığı rəhmətə gedəndən sonra
Nyuton yenidən ailəsiylə birgə ya-
şamağa başlayır. Ömrünün sonuna
kimi anası Nyutonunun ən yaxın
adamı olaraq qalır.
İbtidai təhsilini Qrantem
məktəbində alandan sonra Kembric
universitetinin Triniti-kollecinə sub-
sayzer kimi daxil olur. Kollecdə oxu-
ma haqqının əvəzinə qulluqçuluq
eləyən tələbələri belə adlandırırdılar.
Həmin illərdə onun xasiyyətinin əsas
keyfiyyətləri - xırdaçılığı, hər şeyin
kökündə duran səbəbi tapmaq istəyi,
yalan və zülmə qarşı dözümsüzlük,
ictimai tərifə etinasızlığı, artıq for-
malaşmışdı. Uşaqlıqda, müasirlərinin
xatirələrinə görə, Nyuton qapalı
həyata, tənhalığa üstünlük verən idi,
çoxlu kitab oxuyur və hərəkətli oyun-
caqlar - saat, dəyirman düzəltməyi se-
virdi. Kolleci bitirəndə Nyuton
bakalavr rütbəsini alır.
Təhsilini bitirəndən sonra taun
epidemiyasının yayılması onu öz
kəndində qapalı yaşamağa məcbur
eləyir. Bu, bir neçə il onun üçün çox
xeyirli olur, çünki evdən çıxmadan
elmlə məşğul olmaq imkanı yaranır.
Gələcəkdə qanun şəklində çıxaraca-
ğı bütün ideyaların bünövrəsi bu
illərdə qoyulur. Amma bu tapıntılar
20-40 il sonra nəşr olunur. Çünki
Nyuton şöhrət arxasınca qaçmırdı.
Onunçün həqiqət axtarışı hər şeydən
vacib idi.
Tezliklə Nyuton magistr
rütbəsini də qazanır və müəllimi
Barrou universitetdəki fikiza-riya-
ziyyat kafedrasını ona həvalə eləyir.
İkinci daha kamil teleskopun
nümayişindən sonra onu London
Kral Akademiyasının üzvü seçirlər.
Elmi nailiyyətlərindən savayı
onun bioqrafiyasında Zərbxana
(dəmir sikkələrin hazırlandığı yer)
nəzarətçisi kimi işləməsi də var. Bu
dövrdə o, dəmirin xassələrini öyrə nir -
di. Nyuton bu vəzifəyə görə ingilis
pullarının təkrar emalı ilə məşğul ol-
malıydı. İngilis pullarını səliqəyə
saldığına görə ona yüksək ma-
aşlı, ömürlük "Zərbxananın
Fəxri Direktoru" adı verilir.
Həqiqət
okeanının
sahilində
Asketik həyat tərzi sürən
Nyuton özünü tamamilə elmə
həsr elədiyindən az qala dustaq
kimi yaşayırdı. Bəzən yeməyi,
yatmağı da unuda bilərdi. "Mən
özümü dəniz kənarında oynayan
balaca oğlan kimi hiss edirəm.
O, bir balıqqulağı, qəmbər ta-
panda sevinir. Amma bu zaman
onun yanındaca hələ tədqiq olun ma -
mış "həqiqət okeanı" dalğalanır".
Nyutonu iş prosesindən ayıranda o,
çox əsəbləşərdi. Hətta Kral Elmi
Cəmiy yətinin jurnallarında məqalə -
lərini çap eləmək xahişiylə Nyutona
müraciət edəndə o, razılaşır, amma
müəl lifin adını göstərməmək şərti
qoyur. Hamının çaş-baş qaldığını
görüb, bunu belə izah eləyir:
“Məşhurluq mənim tanışları -
mın dairəsini artıra bilər. Mənsə
həmişə onların sayını azaltmağa
çalışıram”.
Nəhənglərin çiynində dayan-
mış uzaqgörən alim
Nyutonsuz fizika tamam baş-
qa yolla gedə bilərdi. Mexanika, op-
tika, astronomiya, riyaziyyat sahələ -
rin də elmi işlərin müəllifi olan Nyu-
tonun fizikanın inkişafında rolu xüsu -
sidir. Nyutonun dövründən bəri 10-12
nəsil artıq bir-birini əvəzləyib. Amma
Nyuton qanunlarının əsas his səsi
dəyişikliyə uğramayıb. 17-ci əsrin so-
nunda o, elmi kəşflərində Koppernik,
Kepler və Qalileyin, yəni ondan
əvvəlki iki əsrin işlərini tamamlaya-
raq universal sistem yarada bilib.
Nyuton ümumdünya cazibə
qanununu kəşf eləyib, güzgülü te-
leskop yaradıb və optika sahəsində
çox vacib təcrübələrin müəllifi olub.
Təcrübələr əsasında o, ağ işığın
müxtəlif rənglərə parçalanmasını sü-
buta yetirib və ilk dəfə olaraq işıq dal-
ğalarının uzunluğunu ölçüb. Nyuton
qızmış cisimlərin soyuma qanununu
da tapıb. Nyutonun göy cisimləri
haqqında qanununa ingilis alimləri
yaxşı münasibət bildirsə də, Avropa
alimləri ümumilikdə nəzəriyyəni pis
qarşılamışdı. Çünki Yer kürəsinin
qütblərdən basılmış kimi yastı olması
Dekart təlimini deyil, Nyuton nəzəriy -
yəsini bir daha təsdiqləyirdi. Nyuto-
nu Avropa qitəsində Quk, Leybnits,
Flemstid kimi alimlərin işlərini
oğurlamaqda, hətta küfr sözlər da-
nışmaqda da günahkar bilirdilər.
Ağ işığın rənglərə parçalan-
masını sübut eləyəndən sonra Nyuton
optika sahəsində təcrübələrini
dayandırır və deyilənə görə, Quk
adlı tənqidçinin sağlığında bu sahədən
bir cümlə də yazmayacağına and
içir. Çünki o, daim Nyutonu tənqid
atəşinə tuturdu, o isə bundan son
dərəcə əsəbləşirdi. "Optika" adlı
fundamental əsəri Qukun ölmündən
bir il keçmiş işıq üzü görür.
Cazibə qanunu, hərəkət qanu-
nu (Nyutonun 2-ci qanunu) və riyazi
təhlil üsulu - bu 3 nəzəriyyə sistemi
göy cisimlərinin tam tədqiqi üçün bu
gün də kifayət eləyir. Eynşteynə
qədər bu modeldə ciddi dəyişikliklər
edilməyib. Beynəlxalq vahidlər
sistemində güc vahidi, həmçinin Ay
və Marsda kraterlər Nyutonun
şərəfinə adlandırılıb.
Fizika və riyaziyyat sahələrində
elmi axtarışlarıyla paralel olaraq,
Nyuton əlkimyaçılıqla da məşğul
olurdu. Amma bu sahədə aldığı
nəticələri çap eləmirdi. Uzun illər
əlkimyaçılığın yeganə nəticəsi o olur
ki, Nyuton ciddi şəkildə zəhərlənmə
alır.
Keninsinqtonda Vesminster
abbatlığında Nyutonun qəbrində bu
sözlər yazılıb:"Burda İsaak Nyuton
yatır. O, ilahi ağlı, parlaq gücü və ri-
yazi hesablamalarıyla ilk dəfə
planetlərin hərəkəti və formalarını
izah edə bilib. Kametlərin uçma yol-
larını, okeanın qabarma və
çəkilmələrini göstərə bilib. Ona qədər
heç kimin anlamadığı işıq şüalarının
müxtəlifliyini aşkarlayaraq ilk dəfə
rənglərin xüsusiyyətini izah edə bilib.
Bəsirət gözüylə gördüyü həqiqətlərin,
təbiətin ən yaxşı şərhçisi və qədim
kitabələrin ən yaxşı təfsirçisi olaraq
öz elmi ilə Yaradanı bir daha vəsf
eləyib. İncilin tələb elədiyi sadəliyi öz
həyatıyla sübuta yetirib. Qoy, yaşa-
yanlar şad olsun ki, onların
sıralarından bəşəriyyətin incisi sayılan
belə insan övladı çıxıb…"
Triniti kollecində Nyutona qo-
yulmuş heykəldə isə bu sözlər həkk
edilib: "Zəkası ilə o, bütün bəşəriyyəti
arxada qoyurdu".
Məntiqi suallar
1) 5 ədəd 20 qəpiklik sikkə götürün. Onları elə yerləşdirin ki, bu
beş sikkədən hər biri digər dördünə toxunsun, yəni elə yerləşdirin ki,
sikkələrin hamısı bir-birinə toxunsun.
2) Yanacaq doldurma məntəqəsinə 6 qab benzin gətirdilər. Hər
qabın üzərində onun içində neçə litr benzin olduğu rəqəmlə
göstərilmişdir. Həmin gün məntəqəyə iki müştəri gəlir: birincisi
qablardan ikisini alıb aparır, ikincisi isə üçünü. Məlumdur ki, ikinci
müştəri birincidən iki dəfə çox benzin almış olur. Bu iki müştəri
gedəndən sonra mağazada hansı qab qalır?
3) Bir ailədəki oğlanlardan biri deyir: Mənim eyni sayda qardaş və
bacım var.Oğlanın bacısı isə deyir: Mənim qardaşlarımın sayı bacıla -
rımın sayından iki dəfə çoxdur. Bu ailədə neçə oğlan, neçə qız var?
4) Adil şam yeməyi üçün 5 kotlet bişirmək istəyir. Onun tavasına
eyni anda yalnız iki kotlet yerləşir. Kotletlərin hər iki üzünü bir dəfə
bişirmək lazımdır. Kotletin bir üzünü bişirmək düz 1 dəqiqə vaxt
aparır. Adil kotletlərin hamısını ən tez neçə dəqiqəyə bişirib qurtara
bilər?
5) Eqoizmin əksi hansıdır?
A) Etika
B) Hedonizm
C) Altruizm
D) Utilitarianizm
E) Estetika
6)Hərf dəyişikliyi ilə yazılmış sözlərdən biri digərlərinə uyğun
deyil.
A)Yubad
B) Avakint
C)İrna
D)Uper
E)Qokon
Ötən saydakı məntiqi
sualların cavabları:
1) Oğlanların hər birinə
eyni sayda 2 tam dolu, 3 yarıya
qədər dolu və 2 boş çəllək
çatmalıdır.
2)
Hamı
ayrılıqda
maaşını kağıza yazıb bükməli
(öz adını qeyd etmədən), sonra
kağızları qarışdıraraq acıb
hesablamalıdırlar.
3) 16-da 6 hərf, 15-də 5
hərf olduğundan 13-də 4 cavabı
veriməli idi.
4) c) Dostlar Romaya
getdilər.
S
üni intellekt sahəsində müasir
nailiyyətlərin əsas tədqiqat -
çılarından biri olan Rey Kursveyl
1990-cı ildən öz proqnozlarını dərc
edir. Bu dəfə alim 2019-dan 2099-cu
ilədək müddətdə nə baş verəcəyini
proqnozlaşdırıb:
2019 – istənilən sahədə
işlədilən fərdi və periferiya qurğula-
rı üçün kabellər keçmişdə qalacaq.
2020 – Fərdi kompüterlər insan
beyni ilə müqayisə oluna bilən he-
sablama gücünə malik olacaq.
2021 – Simsiz internetə çıxış
planetin 85 faizini əhatə edəcək.
2022 – ABŞ və Avropada insan
və robot münasibətlərini tənzimləyən
qanunlar qəbul ediləcək. Robotların
fəaliyyəti, onların hüququ, vəzifə və
başqa məhdudiyyətlər rəsmiləş -
diriləcək.
2024 – Kompüter intellektinin
elementləri avtomobillərdə tətbiq
ediləcək. Kompüter köməkçiləri ilə
təchiz edilməmiş avtomobilin süka-
nı arxasında oturmaq qadağan
ediləcək.
2025 – İmplantat cihazların
kütləvi bazarı yaranacaq.
2027 – Tamamilə avtonom
mürəkkəb hərəkətlərə qadir robot
soyuducu və ya kofeqaynadan kimi
adi əşyaya çevriləcək.
2028 – Günəş enerjisi o qədər
əlçatan və geniş yayılmış olacaq ki,
bəşəriyyətin bütün ümumi enerji
ehtiyacı təmin ediləcək.
2029 – Kompüter Tyürinq
testini keçəcək. İnsan beyninin kom-
püter simulyasiyası nəticəsində buna
nail olunacaq.
2030 – Sənaye sahəsində na-
notexnologiyaların inkişafı nəti -
cəsində bütün məhsulların istehsalı
xeyli ucuzlaşacaq.
2031 – İstənilən səviyyəli
xəstəxanada insan orqanlarının çapı
üçün "3D" printerlərdən istifadə
ediləcək.
2032 – Nanorobotlardan tibbi
məqsədlər naminə istifadəyə başla-
nılacaq. Onlar qidalı maddələri
insanın hüceyrələrinə çatdıra və tul-
lantıları aradan qaldıra biləcəklər.
Bundan başqa, insan beynini ətraflı
skan edə biləcəklər.
2033 – Yollarda müstəqil
hərəkət edən avtomobillər hərəkət
edəcək.
2034 – İnsanın süni intellektlə
ilk görüşü baş tutacaq.
2035 – Kosmik texnika kifayət
qədər inkişaf edəcək və Yer kürəsinin
asteroidlərlə toqquşma təhlükəsinə
qarşı daimi müdafiəsini təmin edəcək.
2036 – Bəşəriyyət ilk dəfə
xəstəliklərin müalicəsi üçün
hüceyrələri proqramlaşdırmağa nail
olacaq və "3D" printerlərdən istifadə
yeni toxuma və orqanlar əmələ
gətirməyə imkan verəcək.
2037 – İnsan beyninin sirrinin
anlayışı sahəsində nəhəng irəliləyiş
əldə ediləcək. İxtisaslaşdırılmış funk-
siyalara malik yüzlərlə müxtəlif
subregion müəyyən ediləcək. Bu re-
gionların inkişafını kodlaşdıran bəzi
alqoritmlərin
şifri
açılaraq
kompüterlərin neyron şəbəkələrinə
daxil ediləcək.
2038 – Robotlaşdırılmış in-
sanlar meydana gələcək. Onlar əlavə
intellektlə təchiz ediləcək və müxtəlif
implantat cihazlara malik olacaqlar.
2039 – Nanoqurğular birbaşa
beyinə implantasiya edilərək beyin
hüceyrələrindən siqnalların sərbəst
giriş və çıxışını həyata keçirəcəklər.
Bu, virtual reallığa tam daxil olmağa
gətirib çıxaracaq.
2040 – Axtarış sistemləri insan
orqanizminə implantasiya ediləcək ci-
hazlar üçün əsas olacaq. Axtarış
yalnız səsli komandalarla deyil, həm
də düşüncənin köməyi ilə həyata
keçiriləcək və axtarış sorğularının
nəticələri linza və ya eynəyin
ekranında göstəriləcək.
2041 – İnternetin maksimal
ötürücülük qabiliyyəti indi ilə
müqayisədə 500 milyon dəfə çox ola-
caq.
2042 – İlk dəfə ölməzlik real-
laşdırılacaq: nanorobotlar immun
sistemini
tamamlayacaq
və
xəstəlikləri aradan qaldıracaq.
2043
– Xeyli sayda
nanorobotların əlçatanlığı sayəsində
insan bədəni istənilən formanı ala
biləcək. Daxili orqanlar yaxşı
keyfiyyətli kibernetika qurğuları ilə
əvəzlənəcək.
2044 – Qeyri-bioloji intellekt
bioloji ilə müqayisədə milyardlarla
dəfə daha ağıllı olacaq.
2045 – Texnoloji sinqulyarlığın
gəlişi. Yer kürəsi nəhəng bir
kompüterə çevriləcək.
2099 – Texnoloji sinqulyarlıq
bütün bəşəriyyəti əhatə edəcək.
Yer kürəsi nəhəng bir kompüterə çevriləcək
"Zəkası ilə o, bütün bəşəriyyəti arxada qoyurdu"
Müdrik kəlamlar
□ Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza
cəza veriləndə. (H.Əliyev)
□ Ədəb sayılsa da məclisdə susmaq
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayılır
Yersiz susmaq ilə yersiz söz demək. (Sədi)
□ Öldükdən sonra yaşamaq istəyirsinizsə , ya oxumaya dəyər şeylər yazın,
yada yazmaga dəyər bir həyat yaşayın. (Viktor Huqo)
□ “Cəsarətin qurtardığı yerdə əsarət başlayır”. (Atalar sözü)
□ “Bağışlamaq intiqam almaqdan daha yaxşıdır”.(Pittak)
□ “Ağıllı insan düşündüyü hər şeyi söyləməz, ancaq söylədiyi hər şeyi
düşünər”. (Aristotel)
□ “Ağıllı bir insan həyata verdiyindən artığını alır, müdrik bir insan həyata
aldığından artığını verir”. (Albert Eynşteyn)
□ “Düşünmədən öyrənmək nə qədər təhlükəlidirsə, öyrənmədən düşünmək
o qədər təhlükəlidir”.
(Konfutsi)