Heydər OĞuz adını sən qoy! Bənzərsiz imza



Yüklə 0.6 Mb.
səhifə9/9
tarix04.01.2017
ölçüsü0.6 Mb.
1   2   3   4   5   6   7   8   9

***
Tora bir halda ki, saldın bu təbəssümlə məni,

Ey gözəl, bol elə öz lütfünü, tilsimlə məni.


Nə bilim, nəymiş adım, hüsnünə məftun olalı,

Salmayıbsan elə bir çıxmaza him-cimlə məni.


Səhv edirlər ki, tuturlar məni Məcnuna Qiyas,

Dəli əskikdi ki, el bir tuta gör, kimlə məni?


Elə xoş söz danışırsan, oluram məsti-xumar,

Qapdırır cəzbənə nitqindəki hər cümlə məni.


Bilirəm, çox iriyəm, qəlbinə sığmaz biriyəm.

Ələ al gubbanı döy, könlünə pərcimlə məni.


Neylərəm mən yaşamı, gəlsin əcəl, getsin Oğuz

Yada salmırsa gözəl, gün nədi, mövsümlə məni.



***

Ələ salmaqdı bizi -”bizdə hüzur vardı”- demək,

“Zülm olan ölkədə bir milli qürur vardı“- demək,
Zərrə miqdarda qürur olsa buna dözməz idi,

Gözü üstündə onun ya da ki tor vardı, demək.


Desəm əlbəttə, bizim ölkənin özgürlüyü var,

Yeridir, “səndə nə vicdan, nə şüur vardı” demək.


Bütün aləm verir öz canını azadlıq üçün,

Bu ömürdənsə bu ölməkdə onur vardı, demək.


Zülm əlindən ki, bir el Mehdiyə dikmiş gözünü,

Yanlış artıq “oyanış vardı, zühur vardı”- demək.


Hansı millət ki, əzildikçə a Heydər, qul olar

Onu şah əzməsə ağlında qüsur vardı demək.



***
Rüşvət ilə bir ölkə çıraqban ola bilməz,

Tox bəlkə olar, gəl ki, firavan ola bilməz.


Hər səltənətin axrı bu qəflət ilə başlar,

Sağsan deyə, mülkün demə viran ola bilməz.


Öz zülmünə son nöqtəni qoy, yaz yeni tarix-

Bundan böyük insan üçün ad-san ola bilməz.


Hər kim ki, baxar xalqına barmaq arasından,

Neylərsə, elin könlünə sultan ola bilməz.


Ad-san üçün insanlığı atsan da nə fayda?

İnsanlıq adından uca bir şan ola bilməz.


Vicdanını kim satsa quru şöhrətə, Heydər!

Şöhrətli olar, şah olar, insan ola bilməz.


***
Səbr eylə, könül, gözlədiyin gün gələr əlbət,

Gerçək gülən əvvəl deyil, ən son gülər, əlbət.


Ümmanda qopan fırtınalar sahili vursa,

Qumdan düzələn mülkü kökündən silər, əlbət.


Dəm vurma qiyamət yaşamından mənə, zalim!

Əslində qiyamət nədir?- Allah bilər, əlbət.


Hər kim ki, hesabda yanılar, ağlar əzabdan,

Haqq sahibi səndən də hesabat dilər, əlbət.


Tapşırsa, çoban bir sürünün halını qurda,

Bir gün quzudan fərqi seçilməz, mələr, əlbət.


Hər kim külə döndərdisə ətrafını, bilsin

Əsdikçə küləklər başına kül ələr, əlbət.


Heydər, ümidin kəsmə doğan Haqq günəşindən

Dan nuru qaranlıqları ox tək dələr əlbət.


***
Görməzsə gözüm hüsnünu, hədyan deyəcəkdim,

Əfsanə bilib, Leyliyə böhtan deyəcəkdim.


Eşq adlı bütün söylənən əsrara “fırıldaq”,

Məcnuna “fırıldaqçı bir insan”- deyəcəkdim.


Öz xəttini Xaliq hələ xətm eyləməsəydi,

“Cöhrəndi yəqin növbəti Quran.”- deyəcəkdim.


“Yox, sərvəti qurban demək asan”- deməsəydin,

“Qurban sənə dünyadakı hər yan!”- deyəcəkdim.


Cənnət dediyin huri – mələk yurdusa hərgah,

“Cənnətmi görən baxdığın eyvan?”- deyəcəkdim.


Qorxdum, sənə - “qatil”- deyələr, tez geri döndüm,

“Yar uğruna öz canımı qurban”- deyəcəkdim.


Loğmanlar “unut” – söylədi, ar eyləməsəydim,

“Dərdin özüdür Heydərə dərman.”- deyəcəkdim.

***
İblisin felinə hər kim uyaraq qulluq edər,

Ataraq odlara öz ruhunu biryolluq edər.


Gözün acdırsa, nə fayda ki, qarın tox olacaq,

Gözü ac, qarnısa tox, şah belə yoxsulluq edər.


Neyləyirsən bu qədər dövləti, zalım balası

Üyüdüb neməti mədən ki, ayaqyolluq edər?


Qoyma bitsin hələ varkən bu samanlıqda saman,

Hər zaman sanma fələk bəxtə gülər, bolluq edər.


Yaxşı şah hər quruşun gündə hesabın soruşar,

Xalqının mülkünə əslində qaravulluq edər.


Buna, Heydər, necə dövlət deyilir, anlamıram,

Kim qan ağlar, kimi qan içmədə məşğulluq edər.




***
Torpağın üstünə çəkdikçə tumar yaz küləyi,

Gələrək şövqə bütün yer üzü çatlar çicəyi.


Oxuyur şır-şır axan çay da bahar nəğməsini

Bükülür çünkü qışın dondurucu sərt biləyi.


At çapıb zirvəyə yel göydə buludla yarışır,

Hərdən öpdükçə otu yırğalanır dağ ətəyi.


Qarın altında yatan kol yuxusundan oyanır,

Atır üstündəki ağ yorğanı, yastıq, döşəyi.


Darayıb zülfünü göy güzgüyə baxmaqla Günəş,

Aya xoş görsənə bilməkdi onun tək diləyi.


Hər tumurcuq ana qoynunda yatan bir baladır,

Gözləyir, vaxtı yetişsin ki, açılsın bələyi.


Heydər, ölkəm bu bahar bir doğuşa hamilədir,

Qara qış tək qara zülmün də ələnmiş ələyi.



***
Yurdum, danışaq gəl, azacıq biz yenə səndən,

Bir xatirə qalsın sənə məndən, mənə səndən.


Aldanma, yalandır desə övladların: “əsla

Üstün ola bilməz bizə heç kimsənə səndən”.


Bizdik sənə “namus”, pula “əl çirki” deyənlər.

“Əl çirkini” hər an çəkərik biz önə səndən.


Boş sözdü, desək – uğruna candan keçərik biz,

Bir axça kifayət eləyər üz dönə səndən.


Bir kimsə görüncə kəsərik söhbəti dərhal,

Yalnız deyərik yaxşı kəlam kölgənə səndən.


Heyrət ki, düşüb ayrı ürəklər çənələrdən -

Qəlb etmədədir söhbəti şahdan, çənə səndən.


Heydər deyər: əfv eylə mənim cəhlimi, yurdum,

Arsız kimi söhbət açıram mən sənə səndən.



***
Görməsən hörmətimi zərrə qədər bizdə mənim,

Sanma qalmaz harayımdan kiçicik iz də mənim.


İtidir sürəti səsdən kiçicik ömrümüzün,

Gedərəm, el eşidər şerimi hər düzdə mənim.


Duymasam mən yenə, oğlum, duyacaqsan onu bil,

Sözümü, söhbətimi Gəncədə, Təbrizdə mənim.


Kiminin indi çıxarmış, kiminin sonra səsi,

Bəlkə ismim duyular hansısa bir sözdə mənim?


Gün gələr sən də görərsən, haradan bəlli, Oğuz,

Rəsmimi əldə çıraq söz arayan gözdə mənim?



Türkçe şiirler ve atışmalar

Hayat bir güzelin yüzüymüş meger?

Hayat bir güzelin yüzüymüş meger,

Onsuz yaşamağa yok heves, gardaş!

Dutsaklık sevdanın özüymüş meger,

Sevene bu dünya bir kafes, gardaş!
Bilemem, ben ona “canan mı”- desem?

Yoksa ki, “canımı alan mı”- desem?

“Can alan”-demesem, yalan mı desem?

Bende ne can kaldı, ne nefes, gardaş!


Hasretten kalbinde kopsa fırtına,

Ne küs kaderinden, ne yarı kına.

Esirin kaderi doymaktır cana,

Boş yere ne kükre, ne de es, gardaş!


Çıkınca karşına dilin de kurur,

Ayağın da kurur, elin de kurur,

Cansız kemerin de belinde kurur

İstersen bin kere yolun kes, gardaş!


Kınasın, kınarsa kim ki, Heyderi,

Deyecem sözümü geldikçe yeri.

Her kes bir güzelin olmuş esiri,

Göksüne döğmesin hiç bir kes, gardaş!



Bu sevda mı, yoksa tuzak?
Susuyorum, diyorsun ki,

Bülbül güle böyle gelmez.

Ne konuşsam, zaten, gülüm

Kalbe gelen, dile gelmez.


Aşka düştüm külüm çıktı,

Diri düştüm, ölüm çıktı,

Odum dilim-dilim çıktı,

Kül cesedim ele gelmez.


Bu sevda mı, yoksa tuzak?

Kalmışım şimdi yalguzak.

Bülbül gezer benden uzak -

Güle gelen, küle gelmez.


Şaştım feleğin işine,

Anlaşılmaz gerdişine.

Güzelinin görüşüne

Aşık güle-güle gelmez.


Düşünürüm gündüz-gece-

Haydar, kalbin açsin nice?

Desem eğer hece-hece,

Noktaya, virgüle gelmez.


Yalguzak-Azericede yalnız kurt. Hem de yalnız başına anlamına gelir.
Sussam mənə deyirsən ki,

Bülbül gülə belə gəlməz.

Nə danışım mən, nə, gülüm?!

Qəlbə gələn dilə gəlməz.


Eşqə düşdüm, külüm çıxdı,

Dirim düşdü, ölüm çıxdı,

Odum dilim-dilim çıxdı,

Kül cəsədim ələ gəlməz.


Bu sevdamı, yoxsa tuzaq?

Qalmışam indi yalquzaq.

Bülbül gəzər məndən uzaq -

Gülə gələn, külə gəlməz.


Çaşdım fələyin işinə,

Anlaşılmaz gərdişinə.

Gözəlinin görüşünə

Aşiq gülə-gülə gəlməz.


Düşünürəm gündüz-gecə

Heydər, qəlbi açım necə?

Desəm əgər heca-heca,

Nöqtəyə, vergülə gəlməz.




Ustad
Türkiyeli arkadaşım Murad-i Batin beye
Sizde hayat nasıl geçer bu sene?

Bizde teslim olmuş borana, ustad!

Doğa bürünerek beyaz kefene,

Ölmüş ki, yeniden yarana, ustad!


Duydum ki, sizde de sismiş, dumanmış.

Yolların tipiden hali yamanmış,

Dostlar beni özler hayli zamanmış,

Benden selam söyle sorana, ustad!


Yıllardır, o yurda gele bilmirem,

Ne zaman gelirim, hele, bilmirem.

Kim ölmüş, kim kalmış, bile bilmirem

Gönül evim olmuş virane, ustad!


Bilirem, yurt aşkı seni de yakmış,

Ateşle baş-başa sanki bırakmış.

Yaralı gönlünden ne kanlar akmış

Keşke melhem olsam yarana, ustad!


Derdin ya, neler ki, seni üzüyor,

Aynı rüzgar şimdi burda esiyor.

Türban açtırıyor, sakal kesiyor,

Kimler ki, el basmış Kurana, ustad!


Yansam da derdimden -“Vatan” –söylerem.

Gurbet derman olsa, derdi yeğlerem.

Mal nedir, canımı kurban eylerem

Benim bu yaramı sarana, ustad!


Petrol ülkesinde bu kış akşamı

Ev vardır, ışık yok, yakıyor şamı.

Zalimin bu zulmü gider boşa mı?

Nasıl Allah olur yar ona, ustad!


Nerde kanser görse bu son aralar,

Akışır yardıma bizim paralar.

Haydar der, bizimse burnu yaralar

Hekime giderler İrana, ustad!




Sanıyor
Murad-i Batine 2-ci mektup
İnsanlığı bazi insan

İnsanlığa yük sanıyor.

Kendisini kıllı tavşan,

Gayrısını tüğ sanıyor.


Çıksa da bizim yörükten,

Ayıramaz tüğü tüğten.

Kendisini asil kökten,

Bizise yörük sanıyor.


Saygı duymaz bölgesine,

Bölgesinin bilgesine.

Akşam bakıp gölgesine

Özünü büyük sanıyor.


Kulağına takmış küpe,

Söz söylesen biner küpe.

Rap söylüyor köpe-köpe,

Türküyü bitik sanıyor.


Bulunmazdır sanki eşi,

Tanımaz dostu-kardeşi.

Nitekim, körler Güneşi

Görmüyor, sönük sanıyor.


Türkçeni bir ar biliyor,

Ancak kahve, bar biliyor,

Sazı da gitar biliyor,

Surusa düdük sanıyor.


Gezer Türk-İslam elini,

Bilmez bu elin dilini.

Uzatmış sırta telini,

Bakanlar örük sanıyor.


Haydar der ki, ey Murad-i!

Bunlar mıdır Türk evladı?

Bu nasıl abır-heyadı?

Bir de özün Türk sanıyor.




Doğurur
Sanmayın ki, siz, analar

Çocuğu yalnız doğurur.

Analar bir doğuranda

Babalar dokuz doğurur.


Ağrısından bağıranda,

"Allah"-deyib çağıranda,

Her kes çocuk doğuranda

Sanar ki, yıldız doğurur.


Var iyisi, var alası,

Vardır hem de baş belası.

Kimisi adam balası,

Kimisi domuz doğurur.


Ana var aslan bekliyor,

Ana var sultan bekliyor,

Kimler ki, oğlan bekliyior,

Doğuranda kız doğurur.


Her kes ufak heykelini

Öz cildinde bir kelini,

Ev gelini ev gelini,

Arsızı arsız doğurur


Haydar, her kes varisini,

Varisinin yarisini-

Ya koca, ya karısını,

Ya kayın, baldız doğurur.



Bize düşman oldu

Öz derdimiz azmış gibi,

Eller bize düşman oldu.

Ahımıza yandı bulbul,

Güller bize düşman oldu.
İçim sızlar odlanarak,

Yaş tökerim ben yanarak.

Göz yaşımı kıskanarak

Seller bize düşman oldu.


Yeller esti dağ yalından,

Müjde verdi yar elindem.

Çiçek derdim gül dalından

Dallar bize düşman oldu.


Bir yar sevdim düşdüm kana,

Azabından doydum cana.

Bir ah çektim yana-yana,

Yeller bize düşman oldu.


Olur muydu desem günah?

Kavuşturdu bizi Allah.

Kesildi tüm selam -sabah,

Dullar bize düşman oldu.


Mecnun gibi ömür sürüp

Yaşım etti çolde gurup.

Haydarı yar ile görüb

Çöller bize düşman oldu.


Gelsin

(Fatma Menteş Boylu arkadaşımın isteği üzerine katıldığım bir atışmada kendisince derlenmiştir)
Yok mu bu dünyada bir kadir bilen,

Ağlayan gözlerin yaşını silen?

Ya Rabbim, lütf eyle, canana gelen

Canana değil de, bu cana gelsin.


Ben aşık olalı o gonçe güle

Gönül bahçesini vermişim sele.

Yarın hasretiyle gelmişim dile,

Söyleyin zalime: “vicdana gelsin!”.


Beni terk edeli güzel sevgilim,

Buz gibi donmuştur ayağım, elim.

Çağırın Lokmanı, kurumuş dilim,

Çağırın, derdimi beyana gelsin.


Gidin haber verin Fatma bacıma,

O yürek dostuma, o baş tacıma.

Yetişsin kalbimde yanan acıma,

Abisi için bir dermana gelsin.


Ben bir güzel sevdim eli kınalı,

Onun aşkı ile yandım yanalı,

Nerde bir göl görsem üstü sunalı,

Az kalır, yüreğim isyana gelsin.


Haydarım, derdini bilseydim, keşke,

Bir kere doyunca gülseydim keşke,

Aşkın ateşinde ölseydim keşke,

Olmuşum nuruna pervane, gelsin..



Hoş geldin
Su serptin hasretten yanan kalbime,

Hal-hatır sormağa, canım, hoş geldin.

Seni pir olarak sanan kalbime

Bir melhem sürmeğe canım, hoş geldin.


Beni sensizliğe terk eden andan

Eser kalmamıştı sanasın candan.

Ben nasıl geçerdim sen dek canandan

Vuslata ermeğe canım, hoş geldin.


Sensizlik hasreti aşkın güneşi,

Hasretindən almış kalbım ateşi.

Öyle bir ateş ki, bulunmaz eşi

Onu söndürmeğe canım, hoş geldin.


Gönül ne?- canımı iste, veririm,

En şirin anımı iste, veririm,

Yolunda kanımı iste, veririm,

Kurban oldürmeğe, canım, hoş geldin.


Kim der ki, en güzel hediyedir gül,

Solan güzelliği ne yapar gönül?

Yarın selamıdır en büyük ödül,

Bir selam vermeğe canım, hoş geldin.


Közüne yanmayan yürek dağının

Ne anlar sırrını böyle yanğının?

Yaşla suladığım gönül bağının

Barını dermeğe canım, hoş geldin.

Haydarım, hasretten yandıkça içim

Anladım sonunda sensiz bir hiçim.

Bende ne hal kaldı, ne ruh, ne cisim,

Naaşımı görmeğe, canım, hoş geldin.



Gibidir
Ben onun derdine düşdüm düşeli,

Hatrı yüreğimde kutsal gibidir.

Aşkın ateşinde biştim bişeli,

Gülüb sevinmeğim hayal gibidir


Bülbül neden öter? - dikenler bilir,

Kalbine dertleri ekenler bilir.

Aşk nedir? - çilesin çekenler bilir,

Onu dadmayana masal gibidir.


Sevdam açtı başa bin bir oyunu,

Her yerde gözlerim arıyor onu.

Ne olur, bilinmez hasretin sonu,

Cevabı olmayan sual gibidir.


Haktan başkasına gönlüm mü kandı,

Ondan mı acaba yüreğim yandı?

Haşa, Tanrı damı beni kıskandı?

Bu çile en çetin vebal gibidir.


Kimler ki, Mecnunu aşık sanarlar

Adına sanına onun kanarlar.

Ölünce seni de, Heyder, anarlar

Bu da yazılmamış kural gibidir.



Beri

Yüzünün nuruna aşik olmuşam,

Dünyada özümü bilenden beri.

Dertle boşalmışam, gamla dolmuşam

Aşkınla ağlayıb gülenden beri.
Beni bu hallere hasretin salmış,

Hüsnün ellerimden aklımı almış,

Boğaza ilişib üç kelme kalmış,

Bu hasret bağrımı delenden beri.


Düştüğüm bu durum hayli çetindi,

Senli de, sensiz de yaşanmaz indi.

Sen gittin, boş kalan yerin bilindi

Adını defterden silenden beri.


Bağrıma basılan közümsün benim,

Yollarda kayb olan izimsin benim,

Dünyaya kör bakan gözümsün benim,

Kalpte hayat aşkım ölenden beri.


Gül gibi kızarmış kanlı gözlerim,

Sanki gözümde gül, seni gözlerim.

Haydarım, kokunu yaman özlerim,

Yok aklım başıma gelenden beri.




Söhbet açmayın
Derdinden düşmüşüm yaman hallara,

Canımı alandan söhbet açmayın.

Aslının aşkıyla düşüb yollara

Yanıb kül olandan söhbet açmayın.


Bütün ışartılar ışık sayılmaz,

Her yanan yürek de aşık sayılmaz.

Desem Kerem kimdi, hiç şık sayılmaz,

Her kalbi nalandan söhbet aşmayın.


Kerem de istese ben gibi olmaz,

Benim dek sevdanın talibi olmaz.

Aşk meğer oyunmuş galibi olmaz?

Zaferi çalandan söhbet açmayın.


Ben düştüm düşeli yarin aşkına,

Göz yaşım dönüştü sele, taşkına.

Benim dek sevdası baştan aşkına

Dertlere salandan söhbet açmayın.


Bağrim dert elinden al kana döndü,

Çektiğim ah-nale hep bana döndü.

Aktı gözüm yaşı ummana döndü,

Deryaya dalandan söhbet açmayın.


Gülün tikeninden kaçarsa bülbül,

Ona layiq olmaz sevdiği o gül.

Ufak bir kelmeyle kırılsa gönül,

Sevgiden-filandan söhbet açmayın.


Kalbım kebab oldu aşkın dağında,

Biçare kalmışım dert oylağında.

Heyderem, mühabbet, sevgi bağında

Gül gibi solandan söhbet açmayın.



Gönlüm
Sevgi artıq bana yasaklanmıştır,

Bu hissler yakışmaz yaşıma, gönlüm.

İlk aşkım kalbimde kaysaklanmıştır,

Amandır kaysağı kaşıma, gönlüm.


Bu hissin devranı bitmiştir artık,

Gencliğimle gora gitmiştir artık.

Beni bu duruma itmiştir artık,

Ne yüzle bakarım eşime, gönlüm?


Ben şimdi bildiğin adam değilim.

Pişmişim ateşte bir ham değilim.

Kadehin düşkünü Hayyam değilim

Seni de tutarım dişime, gönlüm.


Az benim kalbimde odu körükle,

Az beni günaha, suça sürükle.

Bu büyük duyğuyla, bu büyük yükle

Çok ağir gelirsin döşüme, gönlüm.


Beni benden alan tamahlarımı,

Geceye kattığım sabahlarımı,

Genclikte yaptığım günahlarımı,

Lütfen, hiç getirme, düşüme, gönlüm.


Ruhumu çekersin dara kalbimde

Çok derin açmışsın yara kalbimde.

Şeytan yuvasısın kara kalbimde

Ne böyle düşmüşsün peşime gönlüm?

İblisin kurduğu büyük hilesin,

Kendine bağlarsın Allah kölesin.

Kalbimden atacam seni, bilesin,

Kanim karışsa da yaşıma, gönlüm.


Elbette, bu duruş yürek istiyor,

Haydar da Allahtan kömek istiyor.

Lütfen, çocuklarım çörek istiyor,

Burak beni gidim işime, gönlüm.



Kurbanım olsun
Fakirim, mülküm yok canımdan başka

Canım, tellerine kurbanım olsun.

Başımı vererim bu büyük aşka,

Başım, yollarına kurbanım olsun.


O nurlu yüzünü, ey yüreği taş,

Görünce kalbimi bürüyor telaş.

Ağlama, sırtımda gezdirdiğim baş,

Akan sellerine kurbanım olsun.


Bayramdır, müminler kurban kesiyor

Hepsi mal kesiyor, hayvan kesiyor,

Beni şirin dilli canan kesiyor,

Kanım, dillerine kurbanım olsun.


Derviş tek gezsem de bütün cihanı,

Bulamam senin tek güzel cananı.

O siyah halların, canın dermanı,

Dünyam, hallarına kurbanım olsun.


Allahım, bitmez mi, çektiğim zulüm?

Ne nazlı kulunmuş bu güzel gülüm?

Aşkın rüzgarında savrulan külüm

Nazlı kullarına kurbanım olsun.


Gürbette geçen gün bin yıla değer,

Kim buna dayanır, kim boyun eğer.

Aşkın bahçesinde bülbülsem eğer

Nağmem, güllerine kurbanım olsun.


Ne var aşkı tadıb bilmekten güzel,

Eteğinde gözün silmekten güzel,

Yarın kollarında ölmekten güzel?

Ruhum kollarına kurbanım olsun.


Kırsan bitişir mi yüreğin camı?

Ömür sona yeter, olmaz devamı.

Aşksız keçen ömrün tümü, tamamı

Aşkın yıllarına kurbanım olsun.


Haydar der, yüreğim sözle doludur.

Gönul verdiyim yol, Hakkın yoludur.

Bir diğer Vatanım Anadoludur,

Şiirim illerine kurbanım olsun.



Arkadaş
Türkiye”li dostum Ümit Bilgin”e
Göz yaşıyla yetişmişik buluğa,

Yaşamışık dertle soluk-soluğa.

Ağlamasa, hatta masum çocuğa

Ana sütü verilmiyor, arkadaş.


Söz sormayın bana, kalbim gövrektir.

Deyemem ki, dertli başım ne çekti.

Bu patlamış- sofra değil, ürekti,

Her karşıya serilmiyor, arkadaş.


Araz çayı- ayrılığın öyküsü,

Şırıldayıp, okur hasret türküsü.

Şu dağıtmış Hudaferin köprüsü

Yüzyıllardır, örülmüyor, arkadaş.


Ha uğraşsak, ha çalışsak, ne fayda?

İnancım yok geçmiş günler kayıda.

Boşalmıştır kemanımın yayı da

Ha çekerem, gerilmiyor, arkadaş.


Bu milletin hakkı Corca giderse,

Rüşvetçıler kalkıb haca giderse,

Konşuları ele borca giderse,

Hakka böyle erilmiyor, arkadaş.


Çoktan geçmiş bu yoldan son akıncı,

Pas ataraq gömürleşmiş kılıncı.

Türk yurdunda türklüğüm baş kakıncı

Bu tür ömür sürülmüyor, arkadaş.



Facia

Adnan Karaman beye
Kaç zamandır, özlemişim kızmanı

Kız, ustadım, bazen kızmak gerekir.

Küfür kötü olsa bile yosmanı

Her görende küfür yazmak gerekir.

Kız, ustadım, bazen kızmak gerekir.
Adam var ki, görsen onun tavrını

Basamazsın asabini, sabrini.

Kokusu da yitsin diye kabrini

Kuyu gibi derin kazmak gerekir.

Kız ustadım, bazen kızmak gerekir.
Sen Karaman olamazsın, kızmasan,

Hercaiye bin bir küfür yazmasan.

Allah seni bağışlamaz bozmasan

Tevbeni de bazen bozmak gerekir,

Kız, ustadım, bazen kızmak gerekir.
Erkek vardır, kadın gibi endamı

Göze sokub, yoldan eder adamı.

Vallah azdır, böylesinin idamı,

Boğazını dipten yüzmek gerekir.

Kız ustadım, bazen kızmak gerekir.
Haydar der ki, kızmağında yarar var.

Kızmaz isen bunda büyük zarar var.

Her kimde ki ne haya var, ne ar var,

Ondan uzak yerde gezmek gerekir.

Kız ustadım, bazen kızmak gerekir.

21.09.2012
Hocam
Dostum Faruk Yaldız hocaya
Bir türlü anlamam bazi matlabı,

Lütfen, bu mevzuya sal nazar, hocam.

Söyle, müslimanın kutsal kitabı

Sorduğum konuda ne yazar, hocam?


Aklımı bir hayli zamandan beri

Bir sual kurcalar, gelmişken yeri,

Haktan başkasına kul olsa biri,

Bin kurban keserse ne yazar, hocam?


Kulu ayak altta çeğneyen, ezen,

Sonra da Mekkede, Kabede gezen,

“Kefaret ödedim” düşünür bazen

İmana sığar mı bu pazar, hocam?


Derlerse “müminin bir hoş ameli

Binlerce günahın olur bedeli”.

Kim duysa İslamın budur temeli,

Elbette, yolunu hep azar, hocam.


Mümin çekinmez ki, var fazla suçu?

Zann eder, silinir namazla suçu.

Bu kadar yapmacık garazla suçu

Amel defterinden kim pozar, hocam?


Bir fark kalmamışsa Nemrut çağından,

Feryad yükselirse yürek dağından,

Lütfen, hiç söz açma cennet bağından,

Cehennem yurdudur her mezar, hocam.


Fakirin elinden çalınan lokma

Zengin boğazında dönse lokuma,

Bana adaletden gel, vaz okuma!

Dünyada adelet ne gezer, hocam?!


Müsliman halkların genel halini

Anlatsam, kafirler yutar dilini.

Mendiller kurutmaz gözün selini

Kafada sorular çok uzar, hocam.


Dedim: bir muhabbet kuram seninle,

Hep sen konuşursun, şimdi sen dinle.

Haydarın derdi yok imanla, dinle?

Sözüm ne sitemdir, ne azar, hocam.






Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə