23. Heyvanların köçürülməsinin mənfi nəticələri.
Heyvanların insanlar tə
rəfindən köçürülməsi heç də həmişə müsbət nəticələr
vermir, arealın genişlənməsinə səbəb olmur. Yeni Zelandiyaya köçürülmüş 40-a
yaxın məməli heyvan növü oranın iqliminə uyğunlaşa bilməmişdir. Heyvanları
yeni biosenozlarda iqlimə uyğunlaşdırarkən, bu heyvanların eyni qida ilə qidalanan
orqanizmlərlə rəqabət təşkil etməsi, müəyyən yırtıcılar tərəfindən məhv edilməsi,
yaxud xəstəliklərə tutulması nəzərə alınmalıdır. Məsələn, Azərbaycana Rusiyanın
Uzaq Şərq diyarından gətirilmiş xallı maral Xızı rayonuna buraxılmış, lakin orada
qoyunların yeminə xələl gətirərək, rəqabət yaratmışdır. Buna görə də xallı
maralları oradan Lənkərana – Hirkan qoruğuna köçürmüşlər.
Heyvanların yayılması bəzən təsərrüfata ciddi ziyan vurur. Buna görə də bütün
ölkələrdə ciddi karantin qaydaları mövcuddur. Heyvanların başqa yerlərdə iqlimə
uyğunlaşdırılması elmi cəhətdən əsaslandırılmalıdır: yeni köçürülmüş heyvanlar
zərərverici olmamalıdır; yerli heyvanları sıxışdırmamalıdır; uyğunlaşmadan
ə
vvəlki keyfiyyətini itirməməlidir. Məsələn, Sibirin iynəyarpaqlı tayqa
meşələrindən Krımın enliyarpaqlı meşəsinə köçürülmüş sincab növü burada
yayılsa da, qısa müddət ərzində onun xəz örtüyü kobudlaşmış, rəngi tündləşmiş,
seyrəkləşmiş, keyfiyyətini itirmişdir. Xəzər dənizində iqlimə uyğunlaşdırılmış
kefal balığı Qara dəniz kefalından daha iridir, lakin dadına görə ondan geri qalır.
24. Ada faunası və materik faunası.
Qədim ada faunasının səciyyəvi xüsusiyyətləri bunlardır: 1) endemik növlərin
zənginliyi; 2) növ tərkibinin kasıb olması; 3) adaya məxsus qrupların azlığına
baxmayaraq, onların növlərinin müxtəlifliyi.
Ada faunasının əksinə olaraq, materik faunası özünün zəngin növ tərkibinə,
biosenozunun zənginliyinə, yerli növlərlə kənardan gələn növlər arasındakı
rəqabətin mürəkkəb olmasına görə fərqlənir.
Materik və okean adalarının faunaları müxtəlif xarakterlidir: materik adaları
ayrıldığı materikin faunasına, okean adaları isə “təsadüfi gətirilən” faunaya
malikdir.
25. Yer kürəsinin faunistik bölgüləri.
Qurunun faunistik vilayətləri 4 aləmdə birləşdirilir: arktogey, paleogey, neogey
və notogey.
Öz nəhəng sahəsinə görə Holarktika vilayəti Arktogey aləminə uyğun gəlir. Bu
aləmin səciyyəvi müsbət xüsusiyyətləri – məməlilərin geniş yayılmış və endemik
fəsilələrinin mövcudluğu, mənfi xüsusiyyətləri – yarımmeymunların, fil və
kərkədanların olmamasıdır.
Notogey – qurunun 3 faunistik vilayətini birləşdirən zoocoğrafi bölgüdür. Buraya
Yeni Zelandiya, Avstraliya və Polineziya vilayətləri daxildir. Bu vilayətləri
birləşdirən müsbət xüsusiyyətlər balsoran quşlar (200 növ) fəsiləsinin olması,
mənfi cəhəti isə ali (plasentalı) məməlilərin yerli mənşəli dəstələrinin olmamasıdır.
Neogey – qurunun Neotropika vilayətinə uyğun gələn zoocoğrafi aləmdir.
Neogeyin heyvanlar aləmi üçün kloakalı məməlilərin olması, kisəlilərin çox az,
plasentalı məməlilərin, əsasən kəmdişlilərin və enliburun meymunların, fil və
kərkədanların olmamasıdır.
Paleogey – qurunun 3 faunistik vilayətini: Madaqaskar, Efiop (Həbəşistan) və
Hind-Malay vilayətlərini birləşdirən zoocoğrafi bölgüdür. Hər üç vilayət üçün
yarımmeymunlar, viverralar səciyyəvidir.
26. Notogey faunistik alə mi.
Bu faunistik aləmə 3 vilayət daxildir: 1) Yeni Zelandiya; 2) Avstraliya; 3)
Polineziya.
Yeni Zelandiya vilayətinə Yeni Zelandiya adaları (Şimal və Cənub adaları,
Styuart və bir neçə kiçik adalar), həmçinin Çatam, Oklend, Kempbell və Antipod
adaları daxildir. Horfolk və Lord Xau adalarının faunası isə Yeni Zelandiya və
Avstraliya faunaları arasında keçid xarakter daşıyır, lakin əsasən Avstraliya
faunasına daha yaxındır.
Avstraliya vilayətinə Avstraliya materiki, həmçinin Tasmaniya, Yeni Qvineya,
Solomon və Timor adaları, Bismark arxipelaqı daxildir. Digər Kiçik Zond,
Sulavesi və Molukk adaları Avstraliya və Hind-Malay vilayətlərinin faunası
arasında keçid qurşaq təşkil edir ki, bu qurşaqda qarışıq fauna mövcuddur.
Polineziya vilayətinə Okeaniyanın çoxlu sayda kiçik adaları – şərqdə Yeni
Kaledoniya, Karolin, və Marian adalarından tutmuş, şimalda Havay adaları,
cənubda Tuamotu daxildir. Bu adaların hamısı, Yeni Kaledoniya adası müstəsna
olmaqla, vulkan və mərcan mənşəlidir.
27. Avstraliya vilayəti.
Avstraliya faunası öz qədimliyinə görə Yeni Zelandiyadan sonra ikinci yeri tutur.
Bu faunanın səciyyəvi xüsusiyyətləri bunlardır: 1) Birdəlikli məməlilər –
ördəkburun və yexidna ancaq bu faunaya məxsusdur; 2) Kisəli məməlilərin burada
olduqca çoxlu növü vardır (150-yə qədər) və bunlardan cütkəsicidişli kisəlilər
yarımdəstəsi avtoxtondur; 3) Plasentalı məməlilərdən ancaq yarasalar, gəmiricilər
və vəhşi dinqo iti vardır; 4) Emu və kazuarlardan ibarət olan Avstraliya
dəvəquşuları dəstəsi endemikdir; 5) Balıqlardan ikicürtənəffüslü seratod endemik
dəstədir.
Avstraliyada kisəli məməlilərin aşağıdakı növləri vardır: kenqurular (17 növ),
koala (kisəli ayı), kisəli şeytan, vombat (kisəli siçovul), kisəli köstəbəklər, kisəli
canavar (ancaq Tasmaniya adasındadır), kisəli ərəbdovşanı, kisəli dələlər, kisəli
sincab (uçan sincab) və s.
Avstraliya vilayəti 2 yarımvilayətə bölünür: 1) Xüsusi Avstraliya yarımvilavəti;
2) Papua (Yeni Qvineya) yarımvilayəti.
28. Paleogey faunistik aləmi.
Buraya 3 zoocoğrafi vilayət daxildir: 1. Hind-Malay; 2. Efiopiya (Həbəşistan);
3. Madaqaskar.
Hind-Malay vilayətinə Hindistan, Hind-Çin və Malakka yarımadaları, həmçinin
Ş
ri-Lanka (keçmiş Seylon), Filippin (Luson, Mindanao və s.), Bali və Böyük Zond
adaları (Kalimantan, Yava, Sumatra, və s.) adaları daxildlr.
Efiopiya və ya Həbəşistan vilayətinə Saxaradan (Böyük Səhra) cənuba Afrikanın
böyük bir hissəsi daxildir. Həmçinin buraya Sokotra, Vozneseniya və Müqəddəs
Yelena adlarıda aiddir.
Madaqaskar vilayətinə Madaqaskar adası və bir sıra xırda adalar – Seyşel,
Amirant, Komor, Maskaren, Reyunyon, Mavriki, Rodriges daxildir.
29. Hind-Malay vilayəti.
Bu vilayət tamamilə tropik və subekvatorial iqlim qurşaqlarında yerləşir. Ərazidə
həm savannalar (Dekan yaylası), həm sıx meşələr, həm də qumlu isti səhralar
vardır. Hind-Malay faunası materik xarakterlidir: bu fauna olduqca müxtəlif və
zəngindir.
Hind-Malay faunasının səciyyəvi əlamətləri bunlardır: 1. Məməlilərin burada
ancaq 2 endemik dəstəsi vardır (yunqanadlılar və uzuntopuqlular). Tupaylar və
hibbonlar fəsiləsi endemikdir. 2. Marallar, sincablar və uçan sincablar, quşlardan
isə qırqovullar geniş yayılmışdır. 3. Bu vilayətin faunasının Efiopiya faunasına
oxşarlığı çoxdur. Belə ki, burada fil, kərkədan, ensizburun meymunlar, kələzlər,
kiçik marallar, yarımmeymunlar, kərkədan-quşlar və s. vardır. 4. Hind-Malay və
Avstraliya vilayətlərinin fauna elementlərinin bir-birinə keçməsi müşahidə olunsa
da, ümumiyyətlə, Hind-Malay faunası Avstraliya faunasından kəskin surətdə
fərqlənir. 5. Bu vilayətdə yayılan tapir və yenotlar (panda) Neotropika vilayətində
də yaşayırlar.
Hind-Malay vilayəti 5 yarımvilayətə bölünür: 1. Hindistan; 2. Myanma-Çin; 3.
Zond; 4. Filippin; 5. Sulavesi.
30. Efiopiya (Həbəşistan) vilayəti.
Bu vilayətin faunası ekoloji cəhətdən zəngin olub, otyeyən heyvanların çoxluğu
ilə səciyyələnir. Vilayət ekvatorial və subekvatorial iqlim qurşaqlarında yerləşir.
Burada rütubətli ekvatorial meşələr (Konqo çayı hövzəsi) və savannalar geniş ərazi
tutur.
Efiopiya vilayətinin səciyyəvi əlamətləri bunlardır: 1. Məməlilərdən damanlar və
borudişlilər, quşlardan isə Afrika dəvəquşularının dəstələri endemikdir. 2. Efiopiya
vilayətinin faunası ilə Hind-Malay vilayəti faunası arasında böyük oxşarlıq vardır:
hər ikisində fillər, kələzlər, ensizburun meymunlar, kərkədanlar, kiçik marallar
vardır. 3. Burada məməlilərdən ayı, köstəbək və marallar yoxdur.
Vilayətin səciyyəvi heyvanları bunlardır: fil, kərkədan, begemot, zebra, zürafə,
ş
ir, bəbir, gepard, kaftar, 40 növə yaxın antilop (qnu, kanna və s.) zəhərli mamba
ilanı (qara ilan), gürzə, Nil timsahı, buqələmun,kələzlər, mahmızlı qurbağa, Afrika
dəvəquşusu, katib quş, meymunlardan qorilla, şimpanze, hibbon, balıqlardan
çəkikimilər, ikicürtənəffüslü balıq protopterus, həşəratlardan termitlər (nəhəng ağ
qarışqalar), təhlükəli se-se milçəyi və s.
Efiopiya vilayəti 3 yarımvilayətə bölünür: 1. Şərqi Afrika (savanna zonası); 2.
Qərbi Afrika (Konqo hövzəsinin sıx meşələri); 3. Cənubi Afrika (Kap).
31. Neogey faunistik aləmi.
Buraya bütün Cənubi Amerika, Mərkəzi Amerika və Vest-Hind adları (Kuba,
Haiti, Yamayka, Puerto-Riko, Baham və s.) daxildir.
Cənubi Amerikada 1 ekvatorial, hər 2 subekvatorial, 1 tropik, 1 subtropik və 1
mülayim iqlim qurşaqları vardır. Buranın təbiəti olduqca rəngarəngdir. Burada 3
ovalıq – Amazon, Orinoko və La-Plata, 2 yayla – Braziliya və Qviana, həmçinin
dünyanın ən quru yeri olan Atakama səhrası, Pataqoniya yarımsəhrası, yüksək And
dağları vardır. Burada dünyanın ən bol sulu çayı olan Amazon çayı vardır.
Cənubi Amerikanın təbii zonaları bunlardır: 1. Rütubətli ekvatorial meşələr –
selvas. Bu meşələr Amazon çayı hövzəsini əhatə edir, sahəsi 7 milyon kvadrat km-
dir və Yer kürəsinin “ağ ciyərləri” hesab olunur. 2. Savannalar burada 2-dir.
Ş
imaldakı savanna “lyanos”, cənubdakı savanna isə “kampos” adlanır. 3. Çöl
zonası – “pampa” adlanır. 4. Pataqoniya yarımsəhrası. 5. Atakama səhrası. Bu
səhra dünyada ən az yağıntı düşən yerdir. Onun yaranmasının əsas səbəbi Sakit
okeandakı soyuq Peru cərəyanıdır.
Mərkəzi Amerika və Vest-Hind adaları əsasən savanna və rütubətli ekvatorial
meşələrdən ibarətdir.
32. Neotropika vilayəti.
Neotropika vilayətinin faunası olduqca zəngin və özünəməxsusdur. Bu faunanın
ə
n səciyyəvi xüsusiyyətləri bunlardır: 1. Kəmdişlilər dəstəsi (zirehlilər,
qarışqayeyənlər, ərincəklər) yerli heyvanlar olub, ancaq zirehlilərin bəziləri
vilayətin ərazisindən bir az şimala tərəf çıxırlar. 2. Burada kisəlilərin 3 növü vardır
ki, bunlar opossum adlanan gəmiricilərdir. 3. Növləri çox olan enliburun
meymunlar dəstəsi endemikdir və avtoxtondur. 4. Həşəratyeyənlər dəstəsi demək
olar ki, yoxdur. 5. Böyük yarasalar (vampir) fəsiləsi endemikdir. 6. Gəmiricilər çox
müxtəlif olub, əksər qrupları endemikdir. 7. Gövşəyən heyvanlardan ancaq
marallar və lamalar (lama, alpaka, quanako) vardır. Boşbuynuzlular yoxdur. 8.
Quşlar çox zəngindir və çoxlu endemikləri vardır: Amerika dəvəquşuları (rea),
tinamular, hoatsinlər, palamedeylər, krakslar, tukanlar, kərkəslər.
Cənubi Amerikanın səciyyəvi heyvanları bunlardır: opossum, ərincək,
qarışqayeyən, tapir, zirehli, yaquar, puma, lama, quanako, alpaka, maral, dəniz
donuzcuğu, karibar (su donuzcuğu), şinşilla, pekari (çöl donuzu), yenot, bataqlıq
qunduzu (nutriya), hörümçəyəoxşar meymun, anakonda, boa yatağan ilanı, qartal
kondor, viskaça, dəvəquşu nandu, kərtənkələ iquana, tutuquşular, kolibri quşu,
çaylarda isə yırtıcı balıq olan piranya.
Neotropika vilayəti 4 yarımvilatə bölünür: 1. Pataqoniya-Çili; 2. Braziliya; 3.
Mərkəzi Amerika; 4. Vest-Hind.
33. Arktogey faunistik aləmi.
Buraya şimal yarımkürəsinin çox böyük quru sahəsi aiddir. Buranın yeganə
vilayəti Holarktikadır. Bu vilayətə Şimali Amerika, Afrikanın şimalı, Avrasiyanın
çox böyük bir ərazisi aiddir. Həmçinin, bu vilayətə Şimal Buzlu okeanındakı
Qrenlandiya, Kanada Arktik arxipelaqı, Şpitsberqen, Frans osif torpağı, Novaya
Zemlya, Severnaya Zemlya, Novosibir və Vrangel adaları, Sakit okeandakı
Komandor, Kuril, Saxalin, Yapon, Aleut, Kadyak, Aleksandr arxipelaqı, Kraliça
Ş
arlotta torpağı, Vankuver, Pribılov, Atlantik okeandakı Kanar, slandiya,
rlandiya, Böyük Britaniya, Farer, Azor, Madeyra və Yaşıl Burun adaları daxildir.
Lakin vilayətin belə nəhəng olmasına baxmayaraq, onun faunası nisbətən
kasıbdır. Bu da müasir ekoloji və tarixi səbəblərlə izah olulur. Birincisi,
Holarktikanın böyük hissəsini səhralar, yarımsəhralar, yüksək dağlıq sahələr
(Tibet, Pamir, Kunlun, Himalay, Qafqaz, Tyan-Şan və s.), daimi buzlaqlar
(Qrenlandiya və digər qütb adaları), həyat üçün az əlverişli olan tundra və s. təşkil
edir. kincisi, Yer kürəsində ən geniş meşə sahəsi olan iynəyarpaqlı tayqa meşəsi
ə
n cavan landşaft olub, buzlaşma dövründən sonra əmələ gəlmişdir.
34. Holarktika vilayə ti.
Holarktika vilayətinin aşağıdakı səciyyəvi əlamətləri vardır: 1. Məməlilərin
özünəməxsus endemik, geniş yayılmış yüksək sistematik qruplarından köstəbəklər,
qunduzlar, ərəbdovşanları və otyeyənlər vilayət üçün səciyyəvidir. Məməlilərin
endemik dəstələri yoxdur, ancaq cinslərin (150-yə qədər) təqribən yarısı
endemikdir. Quşlardan tetrakimilər, qaqarlar və şimal qağayısı endemikdir.
Suda-quruda yaşayanlardan quyruqlular bu vilayət üçün səciyyəvidir, balıqlardan
isə nərəkimilər endemikdir.
2. Ən geniş yaylılmış məməlilərdən yarımmeymunlar, fillər, kərkədan və
meymunlar burada yoxdur. Tutuquşular vilayətin yalnız cənub hissəsində rast
gəlinir.
Beləliklə, böyük ərazini tutan Holarktika vilayətinin səciyyəvi cəhəti yüksək
sistematik qruplarının və xüsusilə endemik qruplarının kasıb olmasıdır.
Holarktika vilayəti 2 vilayətə bölünür: 1. Neoarktika; 2. Paleoarktika.
35. Su – heyvanların yaşayış mühiti kimi.
Okean və dənizlərin ümumi sahəsi 361 milyon kvadrat km-dir ki, bu da Yer
kürəsinin sahəsinin 71 %-ni təşkil edir. Okeanın üst qatında qidalı maddələr çox
olduğundan orqanizmlər bundan istifadə edə bilir. Suyun səthində fotosintez
kifayət qədər gedir. Okeanların dibində isə milyon illər ərzində külli miqdarda
“gübrə” toplanmışdır. Burada biogen elementlərin tükənməz ehtiyatı – azot, fosfor
və silisium vardır. Dəniz orqanizmlərində toplanmış çoxlu miqdarda üzvi maddələr
onların ölümündən sonra həyat fəaliyyəti üçün məhsul kimi yenidən dəniz suyuna
daxil olur. Beləliklə, canlı orqanizmlər öz bədənlərilə suya müxtəlif maddələr
qaytarırlar.
Dəniz faunası olduqca müxtəlif olub, heyvanlar aləmi üçün səciyyəvi olan
özünəməxsus əlamətlərə malikdir. Okean heyvanlarının hərəkətli olması, okeanın
eynicinsli mühitə malik olması, okean və dənizlərin bir-birilə birləşməsi hər şeydən
ə
vvəl, onların yayılmasına təsir göstərən ekoloji faktorlardan asılıdır. Okean və
dənizlərin orqanizmləri aşağıdakı qruplara bölünür: 1. Plankton – su qatında
yaşayanlar; 2. Bentos – suyun dibində yaşayanlar; 3. Nekton – suda sərbəst
üzənlər; 4. Perifiton – sudakı əşyalara yapışaraq yaşayanlar.
36. Azə rbaycanın yarımsə hra və çöl zonasının heyvanları.
Buraya Kür-Araz ovalığı və Naxçıvanın Arazboyu düzənliyi aiddir. Burada
yarımsəhra, şoranlıq, bozdağlar, Kürsahili tuqay meşələri və Xəzər sahillərinin
qumluqları kimi landşaftlar vardır. Açıq yarımsəhrada ceyran, tülkü, porsuq, xallı
safsar, gəlincik, gəmiricilərdən çöl siçanı, qırmızıquyruq siçan, Boqdanov çöl
siçanı, Vilyams ərəbdovşanı, xırda ərəbdovşanı, bozdağ siçanı, meşə siçanı və
dovşan, quşlardan daşquşu, boz torağay, kəkilli torağay, çöl torağayı, qaraqarın çil,
qırmızı ördək, avdot cüllütü, adi göyərçin, ev yapalağı, qara çalağan, leylək, çöl
qaraquşu, ağbaş Asiya kərkəsi, leşyeyən qartal, zağca, sığırşın, ağ leylək,
sürünənlərdən tısbağalar, kərtənkələlər, gürzə, təlxə, kor ilan, suda-quruda
yaşayanlardan qurbağalar, həşəratlardan əqrəb, skolopendr, zəhərli qaraqurd,
gənələr, donuzanqurdu, dəvədəlləyi və s. yaşayır. Bozdağların ən səciyyəvi
heyvanları kaftar, tülkü, canavar, yarasalar, qaya kəkliyi, gekkon, tuqay
meşələrində isə çöl donuzu, qamışlıq pişiyi, çaqqal, dovşan, kirpi, yarasalar,
çalağan, bayquş, zığzığ, göycə qarğa, qurqur, sarıköynək, arıquşu, sərçə, qırqovul,
turac, koramal və s.-dir.
37. Azərbaycanın dağ meşələrinin heyvanları.
Buraya Böyük Qafqaz, Kiçik Qafqaz və Talışın 800-2200 m-də yerləşən dağ
meşələri zonası aiddir. Böyük və Kiçik Qafqazda nəcib maral, cüyür, köpgər,
Dağıstan turu, çöl donuzu, qonur ayı, vaşaq, meşə pişiyi, sincab, dələ, safsar, kirpi,
gəlincik, meşə siçanı, süleysin, quşlardan sarıköynək, şanapipik (hophop),
ağacdələn, süzər, qar quşu, bülbül, alaqanad, bayquş, qırmızıboğaz, su sərçəsi,
arıquşu, qaratoyuq, sığırçın, yapalaq, sürünənlərdən gürzə, təlxə, koramal, suda-
quruda yaşayanlardan qurbağa vardır. Talış meşələrinin səciyyəvi heyvanları
bunlardır: cüyür, xallı bəbir, çöl donuzu, vaşaq, porsuq, dələ, köstəbək, qalxansifət
ilan, kələz, kaftar, dağ siçanı, tülkü, canavar, çaqqal və s.
38. Azə rbaycanın yüksə k dağ çə mə nliklə ri və qayalıqların heyvanları.
Buraya Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan və Talışın 2200 m-dən hündürdə
yerləçən əraziləri aiddir.Burada məməlilərdən qaplan (qar bəbiri), dağ keçisi, qaya
keçisi, köpgər (qarapaça), Dağıstan turu, muflon (dağ qoyunu), tülkü, dovşan,
canavar, kor köstəbək, quşlardan Qafqaz uları (dağ hind toyuğu), Xəzər uları, tetra,
qırmızıdimdik, alp dolaşası, dağ qaratoyuğu, dağ ant quşu, qırmızıqarın
işıldaquyruq, saqqallı quzuqapan kərkəz, ağbaş Asiya kərkəzi, sar, qızılquş (şahin,
tərlan), sürünənlərdən qaya kərtənkələsi, qonur ilan, amfibilərdən xaçlıca qurbağa
vardır. Naxçıvanda isə Bezoar keçisi (qılıncbuynuz keçi), muflon, qaplan, Kiçik
Asiya gürzəsi və s. vardır.
Talışşın yüksək dağlıq ərazilərində (yüksək Zuvand dağ çölü) tülkü, dovşan, çöl
siçanı, kəklik, qalxansifət ilan, xarabalıq kələzi, korca, dağ siçanı, girdəbaş
kərtənkələ rast gəlinir. Bu Zuvand dağ çölü ran dağ yaylasının Azərbaycan
ə
razisinə girmiş hissəsidir.
39. Xə zə rin faunası.
Ümumilikdə Xəzər dənizində 1334 növ heyvan yaşayır ki, bunların da çox
böyük əksəriyyətini onurğasızlar təşkil edir. Hazırda Xəzər dənizində yaşayan
yeganə məməli heyvan Xəzər suitisidir ki, bu da endemik növ sayılır. Quşlardan
Xəzərin Qızılağac görfəzində bir sıra su quşlarına, o cümlədən, 3 növ qu, 2 növ
qutan, çəhrayı flaminqo (qızılqaz), kəkilli anqut, qara ördək, qırmızıbaş ördək,
yaşılbaş ördək, qarabattağa rast gəlinir. Sürünənlərdən su ilanı və Xəzər tısbağası
vardır. Xəzərdə 111 növ balıq vardır ki, bunlardan 5 növü qədim balıq olan
qığırdaqlı balıqlardır. Bunlar nərəkimilərdir: bölgə, nərə, uzunburun, kələmo (qaya
balığı), cökə. Qalanları isə sümüklü balıqlardır: kilkə, kütüm, külmə, sıf, çəki,
durnabalığı, siyənək, xul balığı, ağ qızılbalıq, xəşəm, iynə balığı, ilan balığı, kefal,
qızılbalıq və s. Onurğasızlardan xərçənglər (amfipodlar və ya yanüzən xərçənglər,
mizidlər, kum xərçəngləri, dəniz tarakanı) mollyusklar (dreyssena, kardium,
didakna, teodoks), ağcaqanad sürfələri, su böcəyi, qurdlar (nereis, rotatorilər,
planarilər), meduzalar və süngərlərə rast gəlinir.
40. Azərbaycanın göl, çay, bataqlıq və su anbarlarının faunası.
Buraya Kür, Araz, Tərtər, Qanıx, Qabırrı, Qudyalçay, Girdiman, Ağsu, Əlican,
Ə
yriçay və bir çox dağ çayları, göllərdən Sarısu, Ağgöl, Mehman, Hacıqabul,
Ağzıbirçala, Göygöl, Maralgöl, su anbarlarından isə Mingəçevir, Varvara, Şəmkir,
Yenikənd, Araz, Mil-Muğan, Yekəxana, Aşıq Bayram, Nohurqışlaq, Cavanşir və s.
aiddir. Kür çayının və onun qollarının faunası Xəzər dənizi ilə sıx əlaqədardır.
Xəzərin bir sıra qiymətli vətəgə balıqları kürü tökmək üçün Kürə girirlər. Lakin
Kürün özünün spesifik balıqları da vardır. Onların 35 növü məlumdur. Bunlara
xramulya, qumlaqça, şirbit, gümüşcə, dağ çaylarında qızılxallı və ya ala balıq
(forel) geniş yayılmışdır. Qamışlı göllərdə və bataqlıqlarda çöl donuzu, qamışlıq
pişiyi, çaqqal, su siçovulu, boz siçovul, çoxlu su quşları (ağ vağ, anqut, danquşu,
sultan toyuğu, balıqcıl, qamışquşu, qarabattaq, ördəklər, boz qaz, boz durna),
sürünənlərdən su ilanı, tısbağa, suda-quruda yaşayanlardan qurbağa, balıqlardan
çəkı, çapaq, enlialın, ağ amur, naxa, durnabalığı, sıf, ilanbalığı, tikanbalığı,
həmçinin çay xərçəngi, su böcəkləri, mollyusklar (anodonta, korbikula), ağcaqanad
sürfələri və s. yaşayır.
Dostları ilə paylaş: |