41. Azə rbaycanda heyvanların mühafizə si və “Qırmızı Kitab”.
Azərbaycan Respublikası ərazisində heyvanları qorumaq məqsədilə 14 qoruq, 17
yasaqlıq və 2 ovçuluq təsərrüfatı yaradılmışdır. Qoruqlar bunlardır: Böyük
Qafqazda – Zaqatala, lisu, smayıllı, Pirqulu, Altıağac, Kiçik Qafqazda – Göygöl,
Qaragöl, Kür dağarası çökəkliyində - Şirvan, Qızılağac, Ağgöl, Qarayazı,
Türyançay, Talışda – Hirkan, Naxçıvanda – Ordubad. Yasaqlıqlar bunlardır:
Böyük Qafqazda – Qusar, smayıllı, Şəki, Abşeron, Kiçik Qafqazda – Şəmkir,
Qızılca, Laçın, Qubadlı, Daşaltı, Kür dağarası çökəkliyində Kiçik Qızılağac,
Ağgöl, Qarayazı-Ağstafa, Bərdə, Korçay, Xəzər dənizində Gil adası, Bəndovan,
Talışda – Zuvand. Ovçuluq təsərrüfatları bunlardır: Samux və Uludüzü. Bundan
başqa Əyricə qırqovulyetışdirmə təsərrüfatı da vardır.
Azərbaycanın ilk “Qırmızı Kitabı” 1989-cu ildə SSR dövründə buraxılmışdır,
Bu kitabda çoxlu sayda səhvlər olduğuna görə ondan istifadə edilməmiş və
yenisinə ehtiyac yaranmışdır. 2-ci “Qırmızı Kitab” artıq müstəqillik illərində,
2013-cü ildə buraxılmışdır. Bu kitaba 223 növ heyvan salınmışdır. Onlardan 80
növ onurğasızlar, 6 növ suda-quruda yaşayanlar, 14 növ sürünənlər, 9 növ balıq, 72
növ quş və 42 növ məməlilərə aiddir.
42. Zaqatala qoruğu.
Bu qoruq 1929-cu ildə Zaqatala və Balakən rayonları ərazisində təşkil edilmişdir.
Qoruğun sahəsi 23,8 min ha-dır. Zaqatala qoruğu Böyük Qafqazın cənub
yamacında yerləşir. Şimaldan Dağıstan, qərbdən Gürcüstan, şərqdən Baş Qafqaz
silsiləsi, cənubdan isə Balakən və Zaqatala meşə təsərrüfatlarının ərazisi ilə
həmsərhəddir. Onun ərazisi Böyük Qafqazın Quton zirvəsindən (3646 m) başlayıb,
560 m hündürlüyə qədər alçalır. Deməli, hündürlük amplitudu 3100 m-dir.
Qoruğun uzunluğu qərbdən-şərqə 40 km, eni isə şimaldan cənuba 5-12 km-dir.
Qoruq bir-birindən ayrılan 2 hissədən ibarətdir.
Ərazisinin 95,4 %-i meşə və dağ-çəmən bitkiləri ilə örtülüdür, 4,5 %-i isə
qayalıqlar, uçqunlar və digər çılpaq sahələrdir. Qoruqda Qafqaz maralı, dağ keçisi
(təkə və ya dağ kəli), köpgər, muflon, cüyür, çöl donuzu, qonur ayı, canavar, meşə
dələsi, daşlıq dələsi, vaşaq, quşlardan Qafqaz uları, tetra, anqut, torağay, bildirçin,
göyərçin, alabaxta və s. qorunur. Qoruğun nəzdində “Təbiət muzeyi”
yaradılmışdır.
43. lisu qoruğu.
Bu qoruq Böyük Qafqazın cənub yamacında, Qax rayonu ərazisində 1987-ci ildə
yaradılmışdır. Qoruğun sahəsi 9,3 min ha olub, şimaldan cənuba 14 km, qərbdən
şə
rqə isə 12 km məsafədə uzanır. Ərazinin 93 %-i meşə ilə örtülüdür. Ərazi Böyük
Qafqazln dik yamaclı, çay dərələri ilə parçalanmış relyefə malikdir. lisu
qoruğunun faunası növcə qonşu Zaqatala və smayıllı qoruqlarından az fərqlənsə
də, sayca xeyli zəngindir. Qoruqda nəcib maral, cüyür, köpgər, təkə, çöl donuzu,
qonur ayı, canavar,tülkü, meşə dələsi, daşlıq dələsi, gəlincik, porsuq, yenot, meşə
pişiyi, vaşaq, dovşan, süleysin, siçan, sincab, ağdiş, qonurdiş, kirpi, nalburun
yarasa, quşlardan sarıköynək, şanapipik, ağacdələn, bayquş, sürünınlərdən gürzə,
koramal, təlxə, kərtənkələlər qorunur.
44. smayıllı qoruğu.
Bu qoruq 1981-ci ildə Böyük Qafqazın cənub ətəyində, smayıllı rayonu
ə
razisində
yaradılmışdır. Qoruq 600-2250 m hündürlükdə yerləşir. Sahəsi 5,5 min ha-dır.
Ə
razinin 84,5%-i meşə ilə örtülüdür. smayıllı qoruğu 2 hissədən ibarətdir:
1-ci (əsas) hissə dağlıq ərazidən ibarət olan Topçu meşələrindədir. Bu hissə
ş
imaldan subalp çəmənliyi, şərqdən Axoxçay boyunca Talıstan meşələri, cənubdan
Topçu meşəsinin suayırıcı xətti və qərbdən Göyçay çayı ilə sərhədlənir. Hündürlük
2250 m-ə qədərdir.
2-ci hissə isə Qalıncaq meşəliyinin 189 ha sahəsini tutur. Qanıx-Əyriçay
vadisinin şərqə davamı olan düzənlikdə yerləşir. Hündürlük 600 m-dir.
Qoruqda cüyür, nəcib maral, çöl donuzu, köpgər, təkə, qonur ayı, vaşaq, canavar,
porsuq, tülkü, dovşan, yenot, çaqqal, meşə pişiyi, dələ,quşlardan qırqovul, turac,
qaratoyuq, alabaxta, bildirçin, sarıköynək, çobanaldadan, ağacdələn və s. qorunur.
45. Pirqulu qoruğu.
Bu qoruq 1968-ci ildə Böyük Qafqazın cənub ətəyində, Şamaxı rayonu
ə
razisində yaradılmışdır. Sahəsi 1,5 min ha-dır. Ərazisinin 94%-ni meşələr təşkil
edir. Qoruğun ərazisi 3 ayrı-ayrı hissədən ibarətdir: 1. Araxçın sahəsi. 2. Pirqulu
sahəsi. 3. Cəngi sahəsi. Qoruq 800-2000 m hündürlükdə yerləşir. Qoruqda cüyür,
nəcib maral, qonur ayı, çöl donuzu, təkə, vaşaq, canavar, tülkü, dovşan, çaqqal,
porsuq, dələ, quşlardan qaratoyuq, qırqovul, alabaxta, bildirçin, sarıköynək,
çobanaldadan, ağacdələn, qarğa, və s. qorunur. Qoruğa yaxın ərazidə AMEA-nın
Ş
amaxı Astrofizika Rəsədxanası yerləşir.
46. Altıağ ac qoruğ u.
Bu qoruq Böyük Qafqazın şimal-şərq yamacında, Xızı rayonu ərazisində 1990-cı
ildə yaradılmışdır. Sahəsi 4,4 min ha-dır. Qoruğun ərazisinin 90%-ni meşə tutur.
Altıağac qoruğunda və ona qonşu ərazilərdə Qafqazın digər sahələrinə nisbətən
heyvanlar aləmi nisbətən azdır. Bunun da başlıca səbəbi Azərbaycanın digər
ə
razilərində olduğu kimi, qanunsuz ovçuluqdur. Burada heyvanlar aləmi qonşu
Pirqulu qoruğundakından həm növcə, həm də miqdarca xeyli azdır.
Qoruqda cüyür, qonur ayı, çöl donuzu, vaşaq, yenot, tülkü, dələ, canavar,
quşlardan qırqovul, alabaxta, qaratoyuq, bildirçin, çobanaldadan, çöl qartalı, və s.
qorunur.
Qoruqda heyvan və quşlar qeyri-bərabər paylanmışlar. Bu da ayrı-ayrı landşaft
sahələrinin müxtəlif keyfiyyətlərə malik olması ilə əlaqədardır.
Əvvəllər burada Ussuriya xallı maralları saxlanılırdı. Lakin, sonradan onları
cənuba, Lənkəran rayonundakı Hirkan qoruğuna köçürtdülər.
47. Türyançay qoruğu.
Bu qoruq 1958-ci ildə Kür-Araz ovalığının Şirvan düzündə, Ağdaş və Yevlax
rayonları ərazilərində yaradılmışdır. Sahəsi 12, 6 ha-dır. Qoruğun sahəsinin75%-i
meşəlikdir. Qoruğun ərazisi alçaq dağ tirələrindən ibarətdir. Ərazi kəskin
parçalanmış relyefə malikdir. Qoruq 300-600 m hündürlükdə yerləşir.
Qoruqda qonur ayı, çöl donuzu, porsuq, dələ, tülkü, dovşan, çaqqal, vaşaq,
canavar, quşlardan qırqovul, kəklik, göyərçin, qurqur, ağbaş Asiya kərkəsi,
leşyeyən qartal, qara kərkəs, sərçələr, qaratoyuq, zığ-zığ, payız bülbülü, dağ
vələmirquşu, arıquşular və s., sürünənlərdən çoxlu gürzə, kərtənkələlər, Xəzər
tısbağası vardır.
Qış yalarında Böyük Qafqazın yamaclarının sərt hava şəraiti, qalın qar örtüyü
heyvanları nisbətən isti aşağı dağlıq sahələrə, xüsusilə də Türyançay qoruğunun
ə
razisinə toplaşmağa məcbur edir. Ona görə də burada qışda məməli heyvanlar
daha çox olur. Deməli, qoruğun ərazisi heyvanların ən əlverişli qışlaq yeridir.
48. Qarayazı qoruğu.
Bu qoruq 1978- ci ildə Qazax rayonu ərazisində Kürsahili Qarayazı düzündə
yaradılmışdır. Qarayazı qoruğu Kür çayı boyunca onun yatağının sol sahillərini və
Qarayazı düzünün xeyli hissəsini əhatə edir. Onun sahəsi 6 min ha-dır. Ərazinin
72%-ni Kürətrafı tuqay meşələri təşkil edir.
Qarayazı qoruğunda nəcib maral, qunduz, dələ, gəlincik, dovşan, çöl donuzu,
tülkü, çaqqal, çöl pişiyi, süleysin, quşlardan qırqovul , göyərçin, alabaxta,
qaratoyuq, ağacdələn, sığırçın, bülbül, ördək, su fərəsi, sürünənlərdən su ilanı,
gürzə , təlxə, kərtənkələ, tısbağa, amfibilərdən qurbağalar vardır.
Qoruq ərazisində balıqlardan şəmayı, çapaq, naxa, şirbit və s. Kürün daimi
sakinləridir. Qoruğun əsas vəzifələrindən biri də buradakı heyvanlar aləmini
qorumaq, onların təbii yolla çoxalmaları üçün əlverişli şəraiti mühafizə edib
yaxşılaşdırmaqdır.
49. Şirvan qoruğu.
Bu qoruq 1969-cu ildə
Kür-Araz ovalığının şərqində, Cənub-Şərqi Şirvan
düzündə, Salyan və Neftçala rayonları ərazisində yaradılmışdır. Onun sahəsi 25,7
ha-dır. Qoruğun yaradılmasında başlıca məqsəd yarımsəhra landşaftının əsas
komponentlərini – ceyranları və su quşlarını qorumaq, ceyranların yaşayış şəraitini,
yem bazasını, bioloji xüsusiyyətlərini və artırılması yollarını öyrənmək üçün elmi-
tədqiqat işləri aparmaqdır.
Bu qoruq yaradılarkən Azərbaycanda ceyranların sayı katastrofik dərəcədə
azalaraq, cəmi 77 baş təşkil edirdi. Bunun da əsas səbəbi təkcə brakonyerlik
deyildi. Kür-Araz ovalığının çox böyük bir ərazisinin əkin sahələrinə çevrilməsi də
ceyranların sayının azalmasına öz mənfi təsirini göstərdi. Çünki, tarlalarda əkilən
pambıq ceyranların təbii yemi olan yovşanı sıxışdırıb çıxarırdı.
Hazırda qoruqda ceyranlar xeyli artmış və buna görə də, onları buradan yavaş-
yavaş respublikanın digər bölgələrinə köçürürlər.
Şirvan qoruğunda ceyranlarla yanaşı qunduz, çöl donuzu, tülkü, canavar, dovşan,
çaqqal, Xəzər suitisi, porsuq, quşlardan turac, bəzgək, dovdaq, qu, boz qaz,
flaminqo, Quba qazı, qızılbaş ördək, boz ördək, bizquyruq ördək, qara leylək, ağ
vağ, boz vağ, sarı vağ, balıqlardan çəki, çapaq, sıf, durna balığı, həmçinin, su ilanı,
gürzə, kərtənkələ, tısbağa, təlxə, qurbağalar və s. vardır.
50.Qızılağac qoruğu.
Bu qoruq 1929-cu ildə Xəzər dənizinin Azərbaycan sahillərindəki ən böyük
görfəzi olan Böyük Qızılağac görfəzində, Lənkəran rayonu ərazisində təşkil
edilmişdir. Sahəsi 88,3 min ha olub, Azərbaycanın ən böyük qoruğudur. Onun
ə
razisinin 58,4%-ni su təşkil edir. Burada çoxlu qamışlıq sahələr vardır ki, bunların
arasında bir çox su quşları yuvalayaraq, bala çıxarırlar.
Qızılağac qoruğunun yaradılmasında əsas məqsəd zəngin su quşları aləmini
qorumaqdır. Burada həm yerli quşlar, həm qışda tundra zonasından uçub gələn
qışlayan quşlar, həm də yayda Afrikadan uçub gələn yaylayan quşlar qorunur.
Qoruqda flaminqo (qızıl qaz), 3 növ qu quşu (harayçı qu, fısıldayan qu, kiçik qu),
Misir vağı, iri ağ vağ, sarı vağ, çəhrayı qutan, qıvrınlələk qutan, qara leylək,
mərmər cürə, dəniz qartalı, məzar qartalı, berkut, turac, dovdaq, bəzgək, sultan
toyuğu, ərsindimdik, qırmızıdöş qaz, cüllüt, qarıldaq, qarabattaq, qaşqaldaq,
qaravay, marek, bizquyruq ördək, qara ördək, torağay, yaşılbaş ördək, enliburun
ördək, məməlilərdən çaqqal, tülkü, qamışlıq pişiyi, porsuq, ağdiş, qunduz, kirpi,
dovşan, su siçovulu, sürünənlərdən su ilanı, tısbağa, koramal, təlxə, gürzə,
amfibilərdən qurbağalar, balıqlardan isə çəki, çapaq, sıf, külmə, naxa, kefal,
kütüm, siyənək, kilkə rast gəlinir. Yuvalama dövründə quşların ümumi sayı on
milyondan çox olur.
Dostları ilə paylaş: |