Hft fənninin vəzifələri və bölmələri. Təhlükəsizlik – həyat fəaliy­yətinin məqsədini təşkil edir və buna nail olmaq üçün «həyat fəaliyyətinin təhlükəsizliyi»



Yüklə 238,34 Kb.
səhifə11/15
tarix15.04.2023
ölçüsü238,34 Kb.
#98324
1   ...   7   8   9   10   11   12   13   14   15
cvb

15. Turş yağıntılar
Turşu yağışları. Turşu yağları (qar, duman) suda kükürd və azot oksidləri həll olması nəticəsində yaranır. Kükürd oksidləri atmosferin əsas çirkləndiricilərindən olub, istilik stansiyalarında, qazanxanalarda karbohidrogenlərin (kömürün, neftin və digər üzvi yanacaqların) yanma məhsullarıdır. Turşu yağışları bitkilərin yarpaqlarından zülalları, amin turşularını, qlükozanı, kaliumu yuyub çıxardır; torpaqda qumusu yuyub çıxarır, kalsiumun, kaliumun, maqneziumun miqdarını aşığı salır; iri ekosistemləri, bitki və meşələri məhv edir, gölləri və çayları cansız hövzələrə çevirir. Turşu yağışları torpağın münbitliyini aşağı salır, flora və faunaya mənfi təsir edir.

16. Ozon qatının dağılması problem
Ozon dəlikləri. Atmosferdə 20-25 km hündürlükdə böyük miqdarda ozon molekulaları mövcuddur, onların əsas işi günəş spektrinin canlı orqanizmlər üçün zərərli hissəsini udur. Alimlərin apardıqların tətdqiqatların nəticələrinə görə nəticədə dəri xərçəngi, katarakta kimi xəstəliklərin inkişafı, meşə və dəniz ekosistemlərinin pozulması baş verir. Bu qazlar atmosferada onillərlə qalır. Oradan stratosferaya keçir, günəş radiasiyasının təsirindən xlor atomları əmələ gəlir, onlar da ozonun oksigenə çevrilməsini kataliz edir. Ozon dəliklərinin Mülki müdafiə 150 əmələ gəlməsinə avtomobillər, aerozol balonlarında istifadə olunan freonlarla yanaşı digər birləşmələr xlor, karbon qazı da mənfi təsir göstərir. Ozon qatının 1% azalması onkoloji xəstəliklərin 6% artmasına səbəb olur.
17. Demoqrafik partlayış və urbanizasiya
Demoqrafik problemlər. Sosial-siyasi xarakterli FH əsas səbəblərindən biri dünyadakı demoqrafik problemlərdir. DEMOQRAFİYA (yunanca «demos—xalq, grapho— yazıram»)-əhalinin reproduksiya qanunauyğynluqlarını, onun sosial-iqtisadi xarakterlərdən, təbii şəraitdən, miqrasiyadan asılılığı haqqında elmdir; əhalinin sayını, tərkibini, yerləşməsini öyrənir, həmin göstəricilərdə baş verən dəyişiklikləri, həmin dəyişikliklərin səbəblərini və nəticələrini öyrənir. DEMOQRAFİK KRİZİS – əhali reproduksiyasının pozulmasıdır. Bu həm əhalinin sayının azalması, həm də sayının artmasıdır. Birinci halda bir ölkədə və ya ərazidə doğumun normal reproduksiyadan aşağı olması, hətta ölüm sayından da az olmasıdır. Əhali sayının artıqlığı və ya başqa sözlə demoqrafik partlayış dedikdə müəyyən ərazidə əhalinin sayı ilə həmin ərazidəki əhalinin həyati vacib ehtiyatlarla Mülki müdafiə təminatı arasındakı uyğunsuzluq başa duşulur Sosial-siyasi
xarakterli FH əsas səbəblərindən biri də dünyadakı ərzaq çatmamazlığı, başqa sözlə aclıqdır.

Yüklə 238,34 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin