27. Təbii ventilyasiya
Yuxarıda qeyd edilmişdir ki, istehsalat otaqlarında təbii ventilyasiya bina daxilində və binanın xaricdəki havanın temperaturlarının və deməli, sıxlıqlarının fərqindən istilik təzyiqinin yaranması nəticəsində mümkün olur. Təbii ventilyasiyanın effektivliyinə küləyin sürəti və onun istehsalat binasına nisbətən istiqaməti də təsir edir. Deməli, təbii ventilyasiya istilik və külək təzyiqinin parametrlərindən asılıdır. Bu yolla yaradılan və binadan xaricdəki meteoroloji şəraitə müvafiq olaraq nizamlanan hava mübədiləsi aerasiya adlanır.
Sənaye müəssisələrinin yüksək izafi istiliyi olan istehsalat binalarında təbii hava mübadiləsi çox vaxt saatda bir neçə milyon kubmetrə çatır. Belə hava mübadiləsini mexaniki ventilyasiya ilə yaratmaq üçün külli miqdarda kapital xərcləri və böyük enerji sərfi lazım olardı.
Bina daxilində hava təzyiqinin orta qiyməti praktiki olaraq atmosfer təzyiqinə bərabər olur. Lakin bina daxilində və binadan xaricdəki hava təzyiqlərinin bərabərliyi yalnız döşəmədən müəyyən hündürlükdə, təxminən binanın hündürlüyünün yarısından keçən müstəvi səviyyəsində müşahidə edilir. Bu müstəviyə bərabər təzyiqlər müstəvisi deyilir (şəkil 1).
25. Təbii işiqlandirma
Təbii işıqlanma günəş şüaları vasitəsilə alınır. Belə şüalar maddələr mübadiləsini gücləndirir və əsəb-damar gərginliklərini aradan qaldırır. Onun tərkibində olan ultra-bənövşəyi şüalar isə havada olan bakteriyaları qırır, oksigen və azotun miqdarını artırır. Beləliklə böyük fizioloji əhəmiyyət kəsb edir.
Təbii işıqlandırma 3 növə ayrılır:
1. Yandan, pəncərə vasitəsilə işıqlandırma;
2. Üstən, fənərlər vasitəsilə işıqlandırma;
3. Kombinə edilmiş (yandan və üstdən birgə) işıqlandırma.
Təbii işıqlandırmanın əsas göstəricisi təbii işıqlandırma əmsalıdır (t..i.ə.)
Bu aşağıdakı kimi təyin olunur.
em = Edax / Exar × 100%
Burada:
Edax – otaq daxilində müəyyən M nöqtəsinin işıqlandırılması, Lk-la
Y andan işıqlandırmada təbii işıqlandırma əmsalının minimum qiyməti (emin), üstdən və kombinə edilmiş işıqlandırmada isə orta qiyməti (eor) təyin edilir:
burada e1, e2, e3, ...., en - bir-birindən bərabər məsafələrdə yerləşən ayrı-ayrı nöqtələrin təbii işıqlandırma əmsalıdır
Dostları ilə paylaş: |