Hft fənninin vəzifələri və bölmələri. Təhlükəsizlik – həyat fəaliy­yətinin məqsədini təşkil edir və buna nail olmaq üçün «həyat fəaliyyətinin təhlükəsizliyi»



Yüklə 238,34 Kb.
səhifə6/15
tarix15.04.2023
ölçüsü238,34 Kb.
#98324
1   2   3   4   5   6   7   8   9   ...   15
cvb

Lv×qv + G = Lç×qç

  •  (16) tənliyini yazmaq olar. Burada Lç – bina daxilindən çıxarılan havanın m3/saatla miqdarı; qç – həmin havada zərərli maddənin mq/m3-la miqdarıdır.

    Əgər çirkli havada zərərli maddənin miqdarı çoxdursa, ven­tilyasiya sistemi ilə atmosferə atılmadan qabaq o müvafiq üsul­larla azaldılmalıdır.
    Mexaniki ventilyasiya izafi istilik ayrılmaları olan binanın iş zonasında olan me­teo­roloji şərait yaratmaq məqsədi ilə tətbiq edilmirsə, lazım olan havanın miqda­rı­nı əvvəllər (təbii ventil­ya­si­ya) göstərilmiş düsturlarla hesablamaq olar.
    Mexaniki ventilyasiya sistemlərinin əsas elementlərini üfü­rü­cü ventilyasiya sistemi timsalında sxematik olaraq aşağıdakı kimi göstərmək olar.
    Sorucu ventilyasiya sistemlərindən əyani bir elementi müx­təlif konstruk­si­yalarda hazırlanırlar və onlar iş prinsiplərinə görə də bir-birilərindən fərqlənirlər.

    Hər bir konkret ventilyasiya sistemi üçün ayrı-ayrı elementlər və onların texniki parametrləri sistemin gücündən, tələb olunan hava şəraitindən və başqa amillərdən asılı olaraq hesablamalar əsasında seçilir.
    Şəkil 4-də göstərilmiş ayrı-ayrı elementləri qısaca olaraqa aşağıdakı kimi xa­rak­terizə etmək olar.
    Havaqəbuledicilər – ventilyasiya sistemlərinin ən sadə ele­mentidir. Onlar hava kəmərində və ventilyasiya sisteminin başqa qurğularına iri ölçülü hissəciklərin (xəzəl, kağız və s.) daxil olmamasını təmin edir. Havaqəbuledicinin hidravlik müqaviməti praktiki olaraq sıfra bərabərdir.
    Təmizləyicilər – ventilyasiya sistemlərinin vacib element­lə­rin­dəndirlər. Onlar iş zonasına verilən havanı zərərli qarışıqlardan təmizləmək üçün nəzərdə tutulur. Əlbəttə, binadan kənarda götürülən havada zərərli qatışıqlar olmazsa, yaxud çox cüzi olarlarsa, ventilyasiya sisteminə təmizləyici daxil etməmək olar. Lakin sənaye zonalarının havası, xüsusən metallurgiya müəssi­sə­ləri ərazisində həddindən çox çirkləndiyindən müasir şəraitdə ventilyasiya sistemlərini təmizləyici elementsiz layihələn­dir­mir­lər. Hətta, bəzən bu təmizləyici elementdən yox, ardıcıl qoşulan bir neçə təmizləyicidən istifadə edirlər. Qeyd etmək lazımdır ki, təmizləyicilər bilavasitə texnoloji qurğularda da tətbiq edilirlər.



    Yüklə 238,34 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   15




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin