Hicab Böyük Rəhbər həzrət Ayətullah Xameneinin tövsiyələrində Tərtib edən: Məhəmmədhüseyn Himmətinejad


Qərbin və İslamın qadın və kişi münasibətlərinə baxışlarının fərqi



Yüklə 81,69 Kb.
səhifə3/52
tarix02.01.2022
ölçüsü81,69 Kb.
#2545
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   52

Qadın hüquqları məsələsində Qərbə qarşı tələbkarlıq


Dəfələrlə dediyim kimi, qadın məsələsində bizim iddialarımız, dünyadan tələblərimiz var. Birləşmiş Millətlər Təşkilatına bağlı olan və olmayan müəssisələrin, yaxud hansısa jurnalist təşkilatının gəlib insan hüquqları adı altında hicab məsələsini və bu qəbildən olan digər məsələləri sual altına salması, tələbkarlıq etməsi məsələnin həqiqətini dəyişdirmir. Biz bu məsələdə dünyaya qarşı tələbkarıq. Dünya dedikdə Qərb dünyasını nəzərdə tuturam. Biz Qərb dünyasına müraciət edib deyirik: Siz ümumi şəkildə bütün bəşəriyyətə və xüsusi olaraq qadına xəyanət etmisiniz. Siz qadın və kişini cinsi məsələlərə çəkməklə, cəmiyyətdə qanunsuz və nizam-intizamsız cinsi ifratçılıqları genişləndirməklə və qadını cazibədar şəkildə səhnəyə çıxarmaqla ona xəyanət etmisiniz. Məlumdur ki, qadın bəşər xilqətinin gözəl hissəsidir. Bu gözəl hissə təbii formada bir qədər pərdəli olmalıdır. Bu, insan varlığının gözəl və zərif hissəsinin xislətidir. Bu pərdəni götürmək, nizam-intizam, qanun tələb edən bir şeyi, həm qadında, həm də kişidə olan cinsi instinkti nizamsız buraxmaq birinci növbədə qadına, ikinci növbədə isə qadın və kişilərdən ibarət olan bütün bəşəriyyətə ən böyük xəyanətdir. Qərb bu işi görmüşdür və təbii ki, ilk və ən böyük zərər də özlərinə toxunmuşdur.

İndi həmcinsbazlıq məsələsi Qərb dünyasında bir problemə çevrilmişdir. Düzdür, üz vurmurlar, amma həqiqət budur ki, bu gün onların mütəfəkkirləri üçün böyük və çarəsiz dərdlərdən biri budur və çıxış yolu tapa bilmirlər. Cinsi məsələlərə, qadın və kişi münasibətlərinə dair belə işlərin, bayağı və çılpaq ədəbiyyatdan istifadənin, qadın cinsini - bəşərin gözəl, zərif və örtülü hissəsini iş, peşə və reklamdan ötrü nümayiş etdirməyin, onun təbəssümündən, gözəlliyindən, bədənindən və çöhrəsindən hansısa dəyərsiz və əskik məhsulu reklam edib pul qazanmaq üçün istifadə etməyin təbii sonucu belə də olmalıdır. Qərb dünyası, Qərbin siyasəti bunu etmişdir. Bu, dinlərə məxsus deyil, məsihilik və yəhudiliyə aidiyyəti yoxdur, təxminən 150 il öncədən dünyada başladılan yeni siyasətin nəticəsidir.



İslam İnqilabının Böyük Rəhbərinin həzrət Fatimeyi-Zəhranın (ə) doğum günü ərəfəsində alim qadınlarla görüşdə çıxışından: 2007.



Yüklə 81,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin