Hicri-qəməri tarixi ilə 1319-cu ildə Misirdə «Əl-Kubraye-əmiriyyə» mətbəəsində ikinci dəfə nəşr olunan «Təfsiri-Kəşşaf»da



Yüklə 2,46 Mb.
səhifə51/63
tarix31.01.2017
ölçüsü2,46 Mb.
#7105
1   ...   47   48   49   50   51   52   53   54   ...   63

ŞEYX YENİDƏN DÖVRƏYƏ GİRİR


Şeyx Əbdüssalam: (Hafiz Məhəmməd Rəşidə tərəf dönərək:) icazə verin bir az da mən danışım, bu arada siz də nəfəs alıb istirahət edin. (Sonra mənə tərəf baxaraq dedi:)

Möhtərəm qardaşmız! Biz əsla mövlamız Əlinin (ə) fəzilətlərini inkar etmirik. Amma fəzilətləri onunla hüdudlandırmaq da ağla sığan deyil. Çünki Xuləfai-raşidin (r.z) Peyğəmbərin xas səhabələrindən olub, hər birisi fəzilət sahibi və bərabərdilər. Siz bir tərəfli danışırsınız. Bu da məclisdə olanları və olmayanları çaşdıra bilər, vəziyyəti sizin buyurduğunuz şəkildə olduğunu zənn edə bilərlər. İzin verirsəniz haqqın gizli qalmaması üçün onların fəzilətlərini anladan hədislərdən bə`zilərini bildirim».



vətçi: «Bizim insanlara məxsus bir baxışımız yoxdur. Biz sadəcə ağıl, məntiq və elmə tabeik. Bir tərəfli də danışmırıq. Qur᾽anın ayələri və Hər iki məzhəbin (şiə və sünni) qəbul etdiyi səhih hədislər bizlərə məsələni bir tərəfli göstərir. Səhabə mövzusuna gəlincə, Allah şahiddir ki, işin içində cahilcəsinə bir sevgi, ya da bir nifrət yoxdur. Təəssübə heç bir zaman qapılmadım və qapılmayacağamda. Burada möhtərəm ağalardan rica edirəm, mənim təəssübə qapıldığımı, ağıl, məntiq və dəlildən başqa bir söz söylədiyimi gördükdə mənə xatırlasınlar. Bu səbəbdən çox şad olaram.

KİMSƏ SƏHABƏLƏRİN FƏZİLƏTLƏRİNİ İNKAR ETMİR


Əgər hər iki tərəfin (şiə və sünni) qəbul etdiyi hədisləri bəyan etsəniz, məmnuyyətlə qəbul edərəm. Mən pak səhabələrin fəzilətlərini heç vaxt inkar etmərəm. Mütləq hər birinin öz yerində fəzilətləri vardır. Amma hər iki məzhəbin qəbul edib, qərar verdiyi, ümmətin ən fəzilətlisini (üstününü) tanıyıb bilmək lazımdır. Biz fazil (fəzilətli) üzərində danışmırıq. Çünki fəzilətlilər çoxdur. Rəsuli-əkrəmdən (s) sonra ümmətin ən fəzilətlisinin kim olduğunu tapmalıyıq ki, ağlın və nəqlin (ayə və hədislərin) hökmünə görə onu öndə bilib onun arxasınca gedək».

Şeyx: «Sizin məqsədiniz əks tərəfi çaşdırmaqdır. Çünki sizin kitablarınızda, xəlifələrin fəziləti haqqında istidlal ediləcək bir hədis yoxdur. Vəziyyət belə olduğu halda Hər iki tərəfin qəbul etdiyi hədisləri dəlil gətirə bilərik?».

vətçi: «Bu sizin probleminizdir. Nə üçün birinci gecə kitabları yaxşı oxumadan danışmağa başladınız? Yadınızdaydısa, bu təklifi birinci gecə Cənab Hafiz (səlləməHullah) təqdim etdi və dedi ki; «İstidlallarımız, söhbətimiz ancaq Qur᾽an ayələri və Hər iki tərəfin qəbul etdiyi hədislərdən olsun». Mən də sizin mö`təbər kitablarınızı yaxşı oxuduğum üçün təklifi qəbul etdim. Özünüzün və məclisdə iştirak edənlərin şəhadətiylə, söhbətlərimizin əvvəlindən indiyə qədər bu şərtləşmədən kənara çıxmadım. İndiyə qədər sizin alimlərinizin mö`təbər kitablarında nəql edilən səhih hədisləri və Qur᾽an ayələrini dəlil gətirdim. Bu söhbətlər davam etdiyi müddət ərzində inşaallah bu və᾽dimə əməl edəcəyəm.

Bu cür şərtləşdiyimiz zaman, belə bir problemlə qarşılaşacağınızı düşünmürdünüz sanki. Amma mən, şərtləşdiyimizi bəHanə edib sizləri çətin vəziyyətdə qoymaq istəmirəm. Sizin üçün bir tərəfli səhih hədislərinizi, saxta və uydurma olmasa; əqli və nəqli dəlillərə (ayə və hədislərə) uyğun olması şərtiylə dinləməyə hazırım. Sonra oturub insaflı bir şəkildə ədalətlə hökm verək, əgər deyəcəkləriniz həzrət Əlinin (ə) fəzilətlərinin kəmiyyəti qarşısında dura bilərsə, qəbul edərəm.



Şeyx: «Xilafət mövzusunda nəql etdiyiniz hədislərdən, əlavə Əbu Bəkrin xilafəti haqqında sizin qafil olduğunuz, çox sayda hədislər vardır».

vətçi: «Sizin ZəHəbi, Siyuti və İbni Əbil-Hədid kimi böyük alimlərinizin özləri demişlər ki, Əməvi və Bəkrilər, Əbu Bəkrin fəzilətləri haqqında bir çox hədislər uydurmuşlar. Bunu nəzərə alaraq o çox dediyiniz hədislərdən birini misal olaraq söyləyin insaflı və təəssübsüz hakimlər Hökm versinlər».

ƏBU BƏKRİN FƏZİLƏTİ HAQQINDA HƏDİSİN NƏQL EDİLMƏSİ VƏ ONUN SAXTA ODLUĞUNA DAİR TUTARLI CAVAB


Şeyx: «Ömər bin İbrahim bin Xəlid, İsa bin Əli bin Əbdullah bin Abbasdan, o da atasından, o da babası Abbasdan bu mö᾽təbər hədisi nəql edirlər: Rəsulallah (s) o böyük şəxsə (Abbasa) belə buyurdu: «Ey əmi! ŞübHəsiz ki Allah-təala, Əbu Bəkri Allahın dininə xəlifəm etdi. Belə isə onu dinləyin və qurtuluşa yetişməyiniz üçün ona itaət edin!»

vətçi: «Hədis təktərəfli olmasına baxmayaraq, mərdud (rədd edilmiş) olmasaydı, üzərində bəhs aparardıq».

Şeyx: «Necə mərduddur? Siz bütün məsələləri, sözlə həll edib düzəltmək istəyirsiniz!».

vətçi: «Yanılırsınız! Biz boş boğaz əhli deyilik, əksinə əməl əhliyik. Əvvəla bu hədisi təkcə biz rədd etmədik. Məlumunuz olsun bunu ilk olaraq sizin böyük alimləriniz rədd etmişdir. Onlara görə bu hədisi nəql edən ravilər, yalançı və saxtakardırlar. Bu üzdən hədisi batil bilib mö`təbər qəbul etmirlər. Zəhəbi «Mizanul-İtidal»da İbrahim bin Xəlidin tərcüməyi halında və Xətibi Bağdadi «Tarixi-Bağdad»da Ömər bin İbrahimin tərcüməyi Halında «O, qəzzab (yalançı)-dır» deyə yazmışlar».

Şeyx: «Səhih bir hədisdə, e᾽tibarlı səhabələrdən Əbu Hüreyrə (r.z) belə nəql edir: Cəbrail, Peyğəmbərə (s) nazil olaraq belə ərz etdi: «Allah sənə salam göndərir və buyurur ki, mən Əbu Bəkrdən razıyım, ondan soruş görəsən, o da məndən razıdırmı?!».

 vətçi: «Bunu yaxşı bilmək lazımdır ki, hədisləri nəql edərkən ağlın qınamasına mə᾽ruz qalmamaq üçün çox diqqətli olmalıyıq. Ayrıca bu nöqtəni da xatırlatmaq istəyirəm ki, böyük alimlərinizdən İbni Hacər «İsabə»də, İbni Əbdülbirr «İstiab»da Əbu Hürəyrənin özündən Rəsulallahın (s) belə buyurduğunu nəql edirlər:

«Mənim adıma yalan söyləyənlər çoxalıblar. Kim bilərək mənim adıma yalan söylərsə onun yeri cəhənnəm atəşidir. Nə zaman məndən sizə bir hədis gəlirsə, onu Qur᾽anla uyğunlaşdırın». (Yə᾽ni Qur᾽ana uyğunsa, qəbul edin, uyğun gəlməzsə, rədd edin.)

Yenə Fəxri Razi Təfsiri-kəbirin VΙ cildinin 371-ci səhifəsində Hər iki məzhəbin qəbul etdiyi bir hədisi Rəsulallahdan (s) belə nəql edir: «Məndən sizə bir hədis nəql edildiyi zaman, onu Allahın kitabı ilə müqayisə edin, əgər ona uyğun olsa, qəbul edin, əks təqdirdə, rədd edin.

Böyük alimlərinizin kitablarında yazdıqları kimi Rəsulallahın (s) adına yalan hədis uyduranlardan biri də hədis nəql etiyiniz bax bu Əbu Hüreyrədir. Hədər yerə ona e᾽tibarlı dediniz».

Şeyx: «Sizin kimi alim, mübəlliğ və Rəsulallahın nəslindən olan bir şəxsdən, Rəsulallahın (s) səhabələrini pisləməyi doğrusu gözləmirdik».

vətçi: «Səhabə kəlməsini istifadə edərək məni qorxutmaya çalışmayın. Səhabə olmağı öz başına şərəf və fəzilət səbəbi bilmək xətadır. Rəsuli-əkrəmə (s) səhabə olmaq o zaman insana şərəf və fəzilət qazandırır ki, Peyğəmbərə qarşı müti və itaətkar olsun. Amma əgər Peyğəmbərin əmir və düsturlarına zidd hərəkət edər, nəfsi-həvasına tabe olarsa, o insan rədd edilmiş, hətta məl᾽un və ələmli bir əzaba müstəhəqq1 olar.

Qur᾽anın, şəhadət verdiyi, fəsadlarına görə cəhənnəmə düşəcək münafiqlər, görəsən, Rəsulallahın (s) səhabələrindən deyillərmi? Bəli, münafiqlər lə᾽nətlənmiş və atəş əhlidirlər. Əbu Hüreyrənində o rədd edilmiş mə᾽lunlardan olub, cəhənnəmlik olduğuna təəccüb etməyin!



Şeyx: «Tamamilə onun rədd edilmiş olduğu bəlli deyildir. Bə`zilərinin onu rədd etdiyini fərz etsək belə, bu onun cəhənəm əhli olduğuna dəlil ola bilməz! Görəsən, hər rədd edilən (mərdud) məl᾽un və cəhənəm əhlimi olur? Qur᾽anın açıq Hökmü və Peyğəmbərin sözüylə lə᾽nətlənmiş olan ancaq məl᾽un olar».

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin