21
Şəkil 1. İkitəsirli silindrin aralıq vəziyyətlərdə
saxlanılması üçün hidravlik dövrənin sxemi.
b- variantında isə dövrəyə əlavə olaraq, əks klapana
malik elastik boru və 2/2 markalı bağlayıcı klapan
birləşdirilir. Boru ucluğunda olan
əks klapanın
istiqamətinə fikir verilməli və həmin istiqamət silindrə
tərəf
qoşulmalıdır. 2/2 markalı klapanın bağlı
vəziyyətində
silindrin
hərəkət
istiqamətinin
dəyişdirilməsi üçün əks klapana malik boru silindrin
digər tərəfinə qoşulmalıdır.
Əks klapanlı borunun yerini dəyişmədən silindrin
sağa doğru hərəkətinin təminatı üçün 2/2 bağlayıcı
klapanını açıq vəziyyətdə saxlamaq lazımdır.