Dərsdə mövzudan kənar söhbətlər: dərsdə kənar söhbətlər tələbələrin fəal dinləmə və qavramasını çətinləşdirir. Başqalarına qarşı diqqətli olun, onların hüquqlarına hörmətlə yanaşın.
Diqqətsizlik: Dərs vaxtı başqa kitablar, qəzetlər oxumaq, nə də kompüterdə işləmək olmaz. Qeydlər əllə aparılmalıdır. Hər an qrup müzakirələrinə qoşulma gözlənildiyinə görə diqqətli olmaq tələb edilir. Bu tələbəyə materialı mənimsəməkdə kömək edir. Bütün mobil telefonlar dərs vaxtı söndürülməlidir. Əks təqdirdə bu gün ərzində bütün dərslərdən məhrumiyyətə və dəyərli balların itirilməsinə gətirib çıxarar.