Esse üzrə hesabat, müzakirə və müdafiə. Semestr ərzində tələbəyə müzakirə və təqdimat üçün esse üzərində işləmək tapşırılır. Esselər kiçik araşdırma və yaxud kiçik dissertasiyalardır və tələbələrin araşdırma, təhlil etmə bacarıqlarının formalaşdırılmasına xidmət edir. Yazılı tapşırıq iki intervalla, 14 şriftlə yazılmış 3-4 səhifəlik araşdırma ilə məhdudlaşdırılır. Esse final imtahanına qədər təqdim edilməlidir. Təqdimat zamanı qrupdakı iştirakçılara müzakirə açmaq tapşırıla bilər və ya onlar passiv şəkildə əyləşə bilərlər. Essenin keyfiyyəti dəlillərin çoxluğu və təqdimatın anlaşıqlı, rəvan olması, eyni zamanda işə tənqidi və yaradıcı yanaşma ilə bağlıdır. Esse 20 balla qiymətləndirilir (5 bal texniki göstəricilərə görə; 5 bal mövzunun əahətə olunma dərəcəsinə görə; 5 bal mövzuya yaradıcı, yenilikçi yanaşmaya görə; 5 bal təqdimat üçün ayrılmış vaxta əməl edildiyinə və təqdimatın keyfiyyətinə görə).