Generalın maşınında
narkotik var
Səhər yerbəyerindən sonra çox zaman general
qərargahın qarşısında uzanan yolun ətrafında
səliqə ilə əkilmiş qızılgül kollarının yanı ilə
gəzməyi çox sevirdi. Yol boyu əkilən rəngbərəng
qızılgüllər adamın könlünü oxşayırdı. Bugünkü
gəzintidə qərargah rəisi də generalın yanında ad-
dımlayırdı. Kənardan baxdıqca onların nəyi isə
müzakirə etmələrini aydınca hiss etmək olurdu.
Uzaqdan əlində salafan paket tutmuş Cahanşirin
sürətli addımlarla onlara yaxınlaşdıqlarını görüb
hər ikisi dayanaraq sualedici nəzərlərlə Cahanşirə
baxdılar. Cahanşir yaxınlaşıb ani nəfəsini dərdikdən
sonra:
103
– Cənab general, təminat bölüyünün gizirindən
tutdum. Narkotik tipli otlardır. İçərisində ağ rəngli
tozla dolu kiçik bir paket də var. Bir də balaca
şüşənin içərisində ağ mayeyə bənzər bir şey var.
Dediyinə görə ağ civədir. And aman edir ki, sala-
fanın içərisində nə olduğundan özünün də indi
xəbəri olub. Dediyinə görə dayısınındır. Dayısı
verib ki, başqa bir şəxsə çatmalıdır, – deyərək
sualedici nəzərlərlə generala baxdı. Cahanşir da-
nışdıqca generalın diqqəti salafan paketə yönəl-
mişdi. O, gözlərini salafan paketdən çəkmədən:
– Yaxşı, nə düşünürsən, bunu nə etmək fikrin
var? – deyə Cahanşirdən soruşduqda. Cahanşir:
– Nə etməliyik ki? Təhlükəsizliyə xəbər
versək aləm qarışacaq bir-birinə. Gizirin dediyinə
görə 50-60 min manatlıq mal var burda. Gizir
yalvarıb-yaxarır ki, nə edirsinizsə edin, təkcə heç
kim bilməsin, – deyərək generalın düz gözlərinin
içinə baxıb onun nə düşündüyünü bilmək istədi.
General isə hələ də diqqətini Cahanşirin əlindəki
paketdən çəkməmişdi. Generalın hələ də fikrini
tam toplaya bilməməsini görən Cahanşir:
– Mən bunu satmaq fikrindəyəm. 50-60 min
manat az deyil ki, – deyə ciddi şəkildə generala
104
cavab verdi. General ani baxışla Cahanşirin düz
gözlərinin içinə baxaraq sağ əlinin şəhadət bar-
mağını öz gicgahına toxunduraraq:
– Sənin başın xarab olub? Heç bilirsən nə
danışırsan? Tutulsan bilirsən səni nə edəcəklər?
– suallarla sağ əlini havada yelləyərək acqlı-
acıqlı Cahanşirlə danışırdı. Cahanşir heç bir şey
olmamış kimi:
– Cənab general, boş verin getsin. Mən sizə
heç nə deməmişəm, bundan da sizin heç bir xə-
bəriniz yoxdur. Tutularam tutularam da, ömrümdə
heç olmasa 50 min manata görə qoyun risk edim,
nə olursa olsun, – deyə hərəkətlərinə bəraət qa-
zandırmağa çalışırdı. General ani dayanıb çox
əsəbi halda, ancaq çox asta tonla:
– Cahanşir, açıl başımdan... Get, hara istəyirsən
get... əl çək məndən! – deyərək Cahanşirə qəzəblə
baxaraq getdikcə səsinin tonunu da qaldırırdı. Ca-
hanşir heç bir şey olmamış kimi gülümsəyərək:
– Çox sağ olun, cənab general, – deyərək dö -
nüb bir neçə addım atmışdı ki, sanki nəsə yadına
düş müş adam kimi yenidən generala tərəf dönərək:
– Cənab general, xahiş edirəm, bir köməklik
də edin. Olar sizin xidməti avtomobillə gedim?
105
Mənimkinin təkərlərini dəyişirlər, – demişdi ki,
general sanki qumbara kimi partladı:
– Cahanşir, götür! Nəyi istəyirsənsə götür!
Ancaq məni rahat burax, – deyərək hər iki əlini
yuxarı qaldıraraq Cahanşir istiqamətinə qəzəblə
silkələməyə başladı. Cahanşir isə heç əhvalını
belə pozmadan tez mobil telefonunu çıxarıb ge-
neralın sürücüsünü yığaraq onu təcili olaraq ge-
neralın yanına gəlməsini tapşırdı. Generalın sü-
rücüsünə zəng edib bitirdikdən sonra yenidən
telefonunda hansısa bir nömrəni axtarırmış kimi
qurdalanmağa başladı. Axtardığı nömrəni tap-
dıqdan sonra telefonu sağ qulağı istiqamətinə
tərəf tutaraq:
– Saleh əmi, salam. Mənəm Cahanşirdir.
Düz yarım saatdan sonra kəndin girəcəyindəki
dördyolda olan köhnə tikilinin yanında olacağam.
Təcili sənə çatacaq əmanət var, ancaq tez gəl, –
deyərək bayaqdan onun hərəkətlərini diqqətlə
izləyən generala və yanında sakitcə dinmədən
dayanmış qərərgah rəisinə baxıb gülümsəyərək:
– İnanın ki, həyatımda birinci dəfədir ki,
risk edirəm. Nə edim? 50 min manat az pul deyil
ki. Ən azı xırda bir təsərrüfat yaratmaq olar, –
106
demişdi ki, generalın sürücüsü maşını bir az
aralıda saxlayıb tövşiyə-tövşiyə generala yaxın-
laşmaq istəyirdi ki, Cahanşir tez onu qabaqlayıb
əlindəki salafan paketi sürücüyə uzadaraq:
– Qoy bunu maşının bardaçokuna, – dedi.
Sürücü salafan paketi alıb maşına tərəf getdikdə
Cahanşir də heç nə olmamış kimi maşın istiqa-
mətinə çevrilərək maşında qabaqda əyləşdi. Maşın
uzaqlaşıb gözdən itənədək general xidməti avto-
mobilinin arxasınca baxdı. Sonra heç bir şey da-
nışmadan başını aşağı salıb özü ilə danışırmış
kimi qərargaha tərəf getdi.
Generalın sürücüsünün yaşı xidmət həddini
keçsə də xidmət illəri az olduğu üçün hər il bir il
müddətinə pensiya düşsün deyə uzadırdı. Sürü-
cünün yaşı artıq qırx beşi adlamışdı. Gizirlərin
xidmət üçün yaş həddi qırx beş yaş idi. Hərbi
qulluqçuların pensiya hüququ iyirmi il təqvim
hesabı ilə etsə də sürücü on doqquz il təqvim
hesabı ilə xidmət etmişdi. Ona görə də müqavilə
əsasında xidmətini bir il artırmışdı. Bəlkə də hər
gün o ən azı beş dəfə “nə olar kaş ki, bu bir il tez
keçərdi, pensiyaya çıxardım” cümləsini işlədirdi.
Elə yol boyu da danışıq əsnasında:
107
– Cənab polkovnik, inanın ki, hər an Allaha
yalvarıram ki, bu bir il tez keçsəydi, pensiyaya
çıxardım, – cümləsini bir neçə dəfə işlətdi. Ca-
hanşirin fikri isə maşının bardaçokunda olan sa-
lafan paketdə idi. Yol boyu sürücü danışsa da
Cahanşir bir cümlə də olsun danışmadı. İndi o,
saatına baxaraq başqa şeylər haqqında düşünürdü...
...Maşın Saleh əmi ilə danışılan yerə –
kəndin girişində dördyolun kənarında xaraba ti-
kiliyə çatanda Saleh əmi həmin yerdə Cahanşiri
gözləyirdi. Maşın təyin olunan yerə çatıb daya-
nar-dayanmaz xarabalıq içərisindən qara geyimli,
qara maskalı, əli silahlı bir qrup şəxs ani göz qır-
pımında generalın maşınını dövrəyə aldılar. Saleh
əmi baş verənləri götür-qoy etməyə macal tap-
mamış onun əl-qolunu arxadan buraraq başını
maşının kapotuna sıxdılar. Bir anın içındə göydən
tökülmüş kimi bir neçə maşın da qəfil tormuz
verib ətrafı toza qərq edərək generalın maşınının
ətrafında dayandılar. Maşınların peyda olması
ilə eyni vaxtda ətrafı bürüyən qatı duman içərisində
Cahanşirin gözləri başı kapota sıxılmış halda
yalvarıcı baxışlarla ona baxan Saleh əminin göz-
lərinə sataşdı. Qocanın gözlərində bir məzlumluq
108
yağırdı. Generalın sürücüsünün halı da Saleh
əminin halından daha dəhşətli idi. Əllərinin hər
ikisini göyə qaldıraraq:
– Atmayın, atmayın, mənim heç bir günahım
yoxdur, – deyə yalvarırdı. Təkcə Cahanşir gör-
kəmini pozmadan sakit vəziyyətdə ətrafa boyla-
nırdı. Maşın təkərlərinin qaldırdığı tozun keçib
getməsindən sonra Cahanşır ətrafda sanki kimi
isə axtarırmış kimi ətrafa boylanırdı. Ətrafda isə
tanış sifətlər yetərincə idilər. Vaqif müəllim,
Natiq müəllim, rayon polis şöbəsinin rəisi Nadir
müəllimdən tutmuş, cinayət axtarış şöbəsinin
rəisi, rayon prokuroru və hərbi prokuroradək
bütün güc qüvvələri bu əməliyyata səfərbər ol-
muşdular. Bu şəxslərin içərisində sanki ən çox
sevinən rayon polis şöbəsinin rəisi Nadir müəllim
idi ki, onunla general arasında olan ədavət açıq-
aşkar hər bir kəsə məlum idi. Maşının ətrafında
baş verən hadisələri izləyən Cahanşir əvvəlki
vəziyyətdə, heç halını da pozmadan oturduğu
tərəfdən maşının şüşəsini aşağı salaraq üzünü
rayon polis şəbəsinin rəisinə tutaraq uca səslə:
– Nadir müəllim, nə olub belə? İndi də generalın
maşınını dövrəyə almısınız, – deyə polis rəisindən
109
soruşdu. Nadir müəllim bədəncə iri gövdəli bir
adam idi. Kənardan baxanda başı gövdəsinin sim-
metriyasında çox kiçik görünürdü. O, gövdəsini
güclə tərpədərək, sanki uşaq başı aldadırmış kimi:
– Cahanşir müəllim, salam. Bağışlayın siz
Allah bizə məlumat verdilər ki, maşınınızın bar-
daçokunda salafan paketdə narkotik maddə var
– dedi. Cahanşir yenə əvvəlki kimi əhvalını poz-
madan:
– Nadir müəllim, bu maşın mənim deyil ki,
özünüz də bilirsiniz ki, bu generalın maşınıdır.
O ki, qaldı bardaçokda olan narkotikə, mən heç
bardaçoka əlimi də vurmamışam. General qoy
özü gəlsin hər şeyi araşdırarıq, burada mənlik
heç bir şey yoxdur. Mən qanun adamıyam. Necə
deyərlər – qanun qarşısında boynumuz teldən də
incədir, – dedi. “Narkotika”, “salafan paket” söz-
lərini eşidən kimi generalın sürücüsü qışqırıb
hər iki əli ilə başına qapaz vuraraq:
– Ay Allah, tutdular, şərlədilər bizi! Pensiyama
bir il qalmışdı! Tutdular, uşaqlarım qaldı yetim,
– qışqıraraq maşının içərisində büzüşmüşdü.
Yazıq sürücü xatırlamışdı ki, içərisində narkotik
olan salafan paketi maşının bardaçokuna öz əlləri
110
ilə qoymuşdu. Cahanşir isə yenə ucadan hamının
eşidəcəyi tonda:
– Nə baş verdiyindən mənim xəbərim yox-
dur. Bu maşın isə dediyim kimi generalındır.
Özü gəlsin hər şeyə aydınlıq gətirərik, burada
mənlik heç nə yoxdur – demişdir ki, generalın
sürücüsü:
– Cənab polkovnik, axı özünüz bilirsiniz ki,
mənim heç nədən xəbərim yoxdur, –- deyərək
bir anlıq hər iki əli ilə maşının sükanından yapışıb
başını var gücü ilə maşının sükanına çırpmağa
başladı. Cahanşir bu anda qərargah rəisinin ma-
şınının sürətlə onlara tərəf gəldiyini görüb, ge-
neralın sürücüsünə:
– Hey, Vəzirov, sakitləş. Odur, bax, general
gəlir, – deyərək qapını açıb maşından düşsə də ge-
neralın sürücüsü yerindən tərpənmək bilmirdi.
Yazıq qorxusundan az qala sükanın altına girmişdi.
Qərərgah rəisinin maşınının içi adam ilə dolu idi.
Qabaq tərəfdə general oturmuşdu. Arxa tərəfdə
isə qərargah rəisi, MTT üzrə müavin və generalın
döyüş hazırlığı üzrə müavini əyləşmişdi. General
maşından düşən kimi düz Cahanşirin üstünə şığımaq
istəyirdi ki, onu MTT üzrə müavin tutub saxlayaraq
111
sakitləşdirməyə çalışdı. Qərərgah rəisi isə maşından
düşərək vəzifəli şəxslərin dayandığı yerə getdi.
General isə MTT üzrə müavin tərəfdən qarşısı
alınmış tərzdə sağ əlini havada yelləyərək şəhadət
barmağını Cahanşirə tərəf uzadaraq onun üstünə
qışqırırdı. Cahanşir isə əvvəlki halını pozmadan:
– Cənab general, sakitləşin, səbrli olun. Axı
söz vermişdiniz ki, səbrli olacaqsınız, yadınızda?
– söyləsə də general sakitləşə bilmirdi. Cahanşir
yenə üzünü generala tutub uca səslə:
– Cənab general, qoy aktlaşdırsınlar. Siz isə
səbrli olun, qoy nə olursa olsun. Siz axı mənə
söz vermişdiniz ki, səbrli olacaqsınız. Sözünüzə
əməl edin, səbrli olun! – demişdi ki, general
birdən Cahanşirlə təkbətək oturub etdikləri söhbət
yadına düşdü. Yadına saldı ki, salafan paketdə
olan narkotik söhbətini üç nəfər bilirdi, o özü,
Cahanşir və bir də qərargah rəisi. General indi
anladı ki, Cahanşir bu narkotik məsələsini bilə-
rəkdən yaradıb ki, qərargah rəisinin satqınçılığı
ifşa olunsun. General dərindən bir köks ötürüb,
başını sağa-sola bulayıb Cahanşirə:
– Sənin heç ağlın var, Gör nə etdin? Hansısa
bir axmağa görə öz həyatını bütünlüklə məhv
112
etdin, – deyərək əllərini havada yelləyirdi. Cahanşir
isə heç bir şey olmamış kimi polis şöbəsi rəisinin
maşınının kapotu önünə qoyulmuş bağlamanı
göstərərək hamı eşidəcək tonda uca səslə polis
rəisinə:
– Nadir müəllim, paketin içərisində olan toz
məhlulu rəngli paltarlar üçündur. Ehtiyatlı olun,
birdən xidməti ağ köynəklərinizi onunla yumaq
istəyərsiniz və bütün köynəklərinizi korlayarsınız,
– dedi. Cahanşirin bu sözündən sonra hamı sanki
çaş-baş vəziyyətdə qaldı. Bayaqdan əsib-coşan
general da, onu sakitləşdirməyə çalışan MTT
üzrə müavin də və digər qurumların vəzifəli
şəxsləri də polis rəisinin maşınının kapotu üzərində
açıq vəziyyətdə qoyulmuş salafan paketə baxaraq
donmuş vəziyyətdə Cahanşiri dinləyirdilər. Təkcə
generalın döyüş hazırlığı üzrə müavini kənarda
dayanaraq siqaret çəkərək baş verənləri izləyirdi.
Ani fasilədən sonra Cahanşir üzünü qərargah
rəisinə tutaraq:
– Əvəz çay otlarında həddindən artıq çay
içmək orqanizmə ziyandır, - deyərək generala tərəf
addımladı. General isə yerindən tərpənmədən nə
baş verdiyini anlamaq istəyirdi. Kənərdan baxanda
113
generalın əllərinin və ayaqlarının necə əsməsini
hiss etmək olurdu. Bir-iki dəfə danışmağa cəhd
göstərsə də dodaqlarının titrəməsini görüb sakit
durmağa üstünlük verdi. Cahanşir ona yaxınlaşanda
general qollarını geniş açaraq onu bağrına basıb
çiynindən astaca bir neçə dəfə toxunuşla vurdu.
Bir neçə an bu vəziyyətdə durduqdan sonra hər
ikisi və digər müavinlər generalın maşınına əyləşmək
üçün yeridilər. Təkcə qərargah rəisi digər qrumların
vəzifəli şəxsləri ilə birlikdə polis rəisinin maşınının
kapotu üzərinə qoyulmuş salafan bağlamanı mü-
zakirə edirdilər. General və müavinləri maşına
oturduqdan sonra Cahanşir maşına əyləşmək
istəyirdi ki, nəsə yadına düşmüş kimi tez polis
rəisinin maşınına tərəf addımlayaraq:
– Ay yoldaşlar, bağışlayın, ətir şüşəm salafan
paketin içərisində qalıb, –deyərək “ağ civə”
adıyla paketə qoyulmuş kiçik ətir şüşəsini sala-
fandan götürərək:
– Bu yağ ətridir, sonuncu qalıb deyə götürü-
rəm, yoxsa qurbandır sizlərə, –deyərək ətir qabını
götürüb generalın maşınına tərəf addımladı. Digər
qrumların vəzifəli şəxsləri isə çaş-baş vəziyyətdə
donaraq bir-birlərinə baxırdılar. Generalın maşını
114
yola düşdükdən bir neçə dəqiqə sonra qərərgah
rəisi digər qrumların vəzifəli şəxslərinə baxaraq
başını bulayıb:
– Bu qədər vəzifəli şəxsi Cahanşir axmaq
yerinə qoydu, – deyərək maşınına tərəf addımladı.
Sakitcə maşınının qapısını açıb içəridə əyləşərək
sürücüyə ancaq:
– Sür, sözünü dedi. Qərargah rəisinin sürücüsü
maşının sürətini artıraraq generalın maşının
çatmağa tələsdi. Yolda generalın maşınına çataraq
onun arxasınca hərəkət etməyi davam etdi. Yol
uzandıqca qərargah rəisi öz düşüncələrində idi.
Düşüncəsində isə suallar o qədər qarmaqarışıq
idi ki, ona sərbəst düşünməyə imkan vermirdilər.
Onu narahat edən ancaq bir məsələ var idi: “Sa-
lafan paketdə narkotik maddənin olmasını ancaq
üç nəfər bilirdi – general, Cahanşir və O”. Gene-
ralın maşınında isə əsl bayram abu-havası yaşa-
nırdı. General ordan-burdan danışdıqca düşün-
cələrində isə qərərgah rəisi ilə necə haqq-hesab
çəkəcəyini düşünürdü. O ən çox inandığı bir
şəxsin ona xəyanət etməsini heç bir zaman ba-
ğışlaya bilməzdi. Ona görə də düşüncələri ona
bu məsələyə tez əncam çəkməyə tələsdirirdi.
115
Generaldan və maşındakılardan fərqli olaraq Ca-
hanşirin düşüncələri generalın fikirlərinin yanında
idi. O bilirdi ki, general üzdən sakit görünsə də
daxilində çox amansızdır və düşündüyü qərarı
bir kimsə ilə müzakirə etmədən icra edəcəkdi.
Cahanşir əminliklə bilirdi ki, baş vermiş hadisə
barədə Əvəzi çağırıb heç bir şey soruşmayacaq.
Bunu Əvəzin özü də yaxşı bilirdi. Maşınlar qə-
rərgahın qarşısında dayandıqdan sonra heç bir
şey olmamış kimi general normal əhval ruhiyyə
ilə otağına qalxdı. Cahanşir isə generalın artıq
nə qərar verdiyini təxmin etmişdi...
...Ertəsi gün generalın əmri ilə qərargahın
zabitləri qruplara bölünərək düşmənlə təmas xət-
tində olan bölmələri yoxlamağa yola düşdülər.
Şəxsi heyət dörd qrupa bölünmüşdü. Hər istiqamət
üzrə ayrılmış qruplara generalın bir müavini rəh-
bərlik edirdi. Səhər tezdən yola düşən qruplar
saatlarla yol qət etməli olacaqdı. Nahara yaxın
baş vermiş bir hadisə hamını sarsıtdı. Qərərgah
rəisi xidməti avtomobilində yolda minaya düşərək
həlak olmuşdu. Onunla birlikdə sürücü və daha
iki qərərgahın zabiti həlak olmuşdu. General isə
bilmirdi ki, bu hadisəyə sevinsin, kədərlənsin.
116
Baş vermiş bu hadisə bir müddət dillərdə şayə
kimi səslənməyə başladı. Bu hadisədə generalın
əlinin olub-olmamasından varmayan Cahanşir
generaldan daha da ehtiyyatlı olmağa başladı. İş
orasında idi ki, qərərgah rəisinin avtomobili
sərhəd bölgəsi də olsa, öz ərazimizdə yeni bas-
dırılmış minaya düşmüşdü.
117
118
|