Cəsus itdir
Baş vermiş hadisə maraqlı məcraya tərəf is-
tiqamət alırdı. Cahanşir dünən nahardan sonra
bu iti postlarında Dadaşov tərəfindən yemək ye-
dizdirildiyini və onunla oynadığını görmüşdü.
İndi isə həmin itə düşmən istiqamətində yarıçılpaq
vəziyyətdə gəzişən, sinəsində hörümçək toru
rəsmi çəkilən qarasaçlı bir erməni qızı nəvaziş
göstərirdi. İtin qarasaçlı qıza yaxınlaşdığı vaxtda
Cahanşirin durbini sarısaçlı qıza yönəlmiş olsa
da itin məhz biz tərəfdən keçərək qarasaçlı qıza
yaxınlaşdığını görmüşdü. Baş verənləri Cahanşir
düşüncələrində təhlil etdiyi vaxt qarasaçlı qız
itlə birlikdə erməni kazarmasının üst tərəfinə
55
çıxdılar. Qarasaçlı qız itin başını bir neçə dəfə
də sığalladıqdan sonra it qızdan ayrılaraq biz
tərəfə götürüldü. İt qaçdıqca Cahanşir durbin ilə
onun hərəkətlərini izləyirdi. İt qaçaraq postu-
muzdan təqribən 50-60 metr aralıda yaranmış
cığırla biz tərəfə keçdi. Cahanşir sual dolu nə-
zərlərlə dönüb gizir Zülfüqarovdan nə isə soruşmaq
istəsə də fikrindən tez daşınıb durbini Zülfüqarova
verərək sürətli addımlarla otağına tələsdi. İndi
onu tamam başqa bir sual maraqlandırırdı. İt qa-
rasaçlı qızla kazarmadan çıxanda itin boynunda
boyunduruğun olması Cahanşirin gözündən ya-
yınmamışdı. Nədənsə Cahanşirə elə gəldi ki, it
qıza yaxınlaşanda boynunda boyunduruq yox
idi. Bundan da belə qənaətə gəlmək olurdu ki,
qız boyunduruğu itin boynuna taxmaq üçün itlə
kazarmaya enmişdi. Qarmaqarışıq düşüncələr
içərisində Cahanşir otağına çatmağa tələsirdi.
Cahanşirin otağa tələsik girdiyini görən Tapdıq
ayağa qalxmaq istəsə də Cahanşir əli ilə ona
oturmaq işarəsini verərək:
– Kameraların təqribən on beş qəqiqə bundan
əvvəlki yazılarını geriyə çevir, – deyərək papağını
masanın üstünə qoyub kameranın qarşısında
56
əyləşdi. İtin qarasaçlı qıza yaxınlaşması səhnəsində
Cahanşir barmağı ilə itin istiqamətini göstərərək
ekranın dayandırılaraq böyüdülməsini Tapdığa
tapşırdı. Tapdıq da təsadüfən ekranı elə bir yerdə
saxladı ki, it burnunu qızın döşlərinin arasına
salmışdı. Ekranda çox maraqlı və gülməli bir
mənzərə yaranmışdı. Cahanşir hadisəyə bir az
da zarafat qatılsın deyə:
– Qızın döşlərinə yox, itin boğazına bax, gör
boyunduruğu görə bilirsənmi? – soruşaraq özü
də diqqətini itin boğazına yönəltdi. Ancaq həqi-
qətən də itin boynunda boyunduruq görünmürdü.
Ekranın növbəti dəfə çevrilişində itin yeraltı ka-
zarmadan boynunda boyunduruğun olmasını hər
ikisi aydınca görürdü. Vəziyyəti belə görən Ca-
hanşir Tapdığa:
– Sən kameralarda indiyədək itin nə vaxt o
tərəfə keçməsinə diqqət et, mən indi gəlirəm, –
deyərək postun həyətinə çıxdı. Gördüyü mənzərə
onu təəcübləndirməyə bilməzdi. İt kazarmanın
qarşısında yeməkdən çıxarılmış bir sümüyü gə-
mirirdi. Ancaq ki, itin boynunda heç bir boyun-
duruq yox idi. Cahanşir mətbəxə tərəf keçib
əsgər Salmanova:
57
Bu it nə vaxtdan burdadır? – soruşduqda
Salmanov:
– Cənab polkovnik, bir neçə dəqiqə olardı ki,
burda görünüb. Dadaşov hal-hazırda mənə məişət
işində köməklik edir. Ona sümük atıb ki, gəmirsin,
- dedi. Cahanşir sözlü adam kimi bir xeyli düşünərək
Salmanova heç bir söz deməyib yenidən otağına
qayıtmaq istəyirdi ki, bu zaman kapitan Vəliyevin
postun ərazisində ona tərəf gəldiyini gördü. Vəliyev
yaxnılaşıb hərbi salam verdikdən sonra:
– Cənab polkovnik, dünən postumuzun ön
tərəfinin bütünlüklə minalanıb, minalanmadığını
soruşdunuz. Dünən bircə şeyi sizə deməyi yaddan
çıxartdım. Bütün ön tərəf minalanıb. Təkcə
neytral ərazidə yerləşən yüksəkliyə biz tərəfdən
gedən cığır minalanmayıb. Bəzi hallarda həmin
yüksəklik kəşfiyyatçılarımıza lazım olur, – dedi.
Cahanşirin heç bir söz deməyib sadəcə baxdığını
görən Vəliyev:
– Cənab polkovnik, əgər əlavə göstərişiniz
yoxdursa icazə verin gedim, – deyə müraciət
etdi. Cahanşir görkəmini dəyişmədən:
– Get, – deyərək otağa tələsdi. Tapdıq isə ek -
randa itin görüntü səhnələrini bir-bir kopyalayaraq
58
ayrıca bir papkaya yığırdı. Cahanşir otağa daxil
olanda Tapdıq yenə də ayağa qalxmaq istəyirdi
ki, Cahanşir əliylə ona qalxmamağı işarə edərək:
– İşində ol, mən nə vaxt içəri daxil olsam
ayağa qalxmağa ehtiyac yoxdur, – dedi. Tapdıq
bir ay ərzində itin ermənilər istiqamətinə keçdiyi
anları bir-bir köçürürdü. Maraqlı burası idi ki, it
ancaq qızlar mövqeyin ön tərəfinə çıxanda
düşmən istiqamətinə keçirdi. Cahanşir tarixlərə
diqqət edərək gördü ki, it keçən həftə ərzində
bir dəfə də olsun erməni tərəfə keçməmişdi. İtin
o tərəfə keçməsi o biri həftəyə təsadüf edirdi.
Demək məlumatın bir aya yaxın bir müddətdə
sızması ərəfəsində birinci və üçüncü həftəni
kəşfiyyat bölmələri postda olduqları vaxt it
erməni tərəfdə olmuş, bir dəfə də olsun biz
tərəfə keçməmişdir. Alməmmədovun qrupu posta
qalxan zaman isə it vaxtını bizim postda keçir-
mişdi. Hər halda kamera görüntüləri belə dü-
şünməyə əsas verirdi. Belə çıxırdı ki, ermənilərdə
kəşfiyyat bölmələrimizin postda nə vaxt xidmət
aparacaqları barədə əvvəlcədən məlumat varmış.
Məlumat isə istənilən yerdən ermənilərə sıza
bilərdi, hətta mədən işçilərindən belə. Ekran
59
görüntülərində ikinci həftənin ortalarında və bu-
günki gün itin boğazında boyunduruqla erməni
tərəfdən bizə keçməsi qeyd olunmuşdu. Bu iki
haldan başqa it bir neçə dəfə erməni tərəfə keçsə
də boynunda boyunduruq olmamışdı. Hər iki
dəfə də it boyunduruqlu vəziyyətdə biz tərəfə
keçdikdən sonra boyunduruq barədə heç bir
nişanə olmamışdı. Buradan da o nətincəyə gəli-
nirdi ki, biz tərəfdən kim isə boyunduruğu itin
boğazından açmışdı. Bununla da ortaya o qədər
qarmaqarışıq suallar çıxırdı ki... Cahanşir otaqda
var-gəl edərək düşüncələrində:
– Yenə Dadaşov... yazıb-oxumağını gizlətdi...
dünən də itlə o oynayırdı... bu gün də it erməni
tərəfdən qayıdan kimi o yedizdirir... bəs boyun-
duruq hardadır? Bir yandan da kapitan Vəliyev
itin postumuza daxil olan anda haradansa peyda
oldu. Görəsən bunların hamısı təsadüfdürmü? –
deyə düşünürdü. Cahanşir bu gün Dadaşovu
çağırıb onun yazıb-oxumağını gizlətməyinin sə-
bəbini soruşmalı idi. Ancaq it əhvalatı ortaya
çıxdıqda Cahanşir izin itirilməsindən ehtiyyat
edərək bu fikrindən vaz keçdi. Tapdığın gətirdiyi
qurğuda da internet şəbəkəsinə qoşulan smartfon
60
telefonlarından əsər-əlamət yox idi. Cahanşir
Tapdığın sərbəst işləməsi üçün ona tapşırıqlarını
verərək postun ərazisini gəzməyə başladı. Naha-
radək ərazidə gəzişsə də ağlına tutarlı bir fikir
gəlmədi. Bu müddət ərzində Tapdıq da qurğu
da, kameralar da ciddi bir şey aşkar edə bilmə-
mişdi. Nahar yeməyindən sonra gecəni çalışmaları
məqsədi ilə gündüz yatıb-dincəlməyi qərara alan
Cahanşir Tapdığı kazarmada dincəlməyə göndərdi.
Özü isə telefonları səssiz rejimə qoyaraq qapını
içəridən bağlayıb yatmaq qərarına gəldi.
Cahanşir yuxudan oyananda hava artıq qa-
ralmaq üzrə idi. Yatıb yuxusunu aldığından özünü
çox gümrah hiss edirdi. Buşlatını çiyninə atıb
çölə çıxdı. Çöldə isə həqiqətən də payızın sərin
havası hiss olunurdu. Cahanşir kazarmaya daxil
olanda Tapdıq əsgər Abbasovla şahmat oynayırdı.
Bir neçə əsgər də onların ətrafına yığışıb azərkeşlik
edirdilər. Cahanşirin kazarmaya daxil olmasını
görən Tapdıq və digər əsgərlər hamılıqla ayağa
qalxdılar. Cahanşir onlara oturmaqlarını göstəriş
verərək özü də gəlib şahmat oynayanların başı
üzərində dayandı. Cahanşirin ayaq üstə dayandığını
görən oyuna azərkeşlik edən əsgərlər ayağa
61
qalxıb Cahanşirə kətillərini təklif etsələr də o,
ayaq üstəcə oynun gedişatına diqqət yetirərək
Tapdığın bir neçə gedişə oyunu udacağını görüb
əlini Abbasovun çiyninə toxunduraraq:
– Deyəsən vəziyyət yaxşı deyil, – cümləsi
ilə kifayətlənərək qapıya tərəf addımladı. Onun
otaqdan çıxmaq istədiyini görən əsgərlər yenə
ayağa qalxmaq istəsələr də Cahanşir onları ayağa
qalxmağa qoymadı.
Saat 22:00-da adətən postda və kazarmanın
mühafizəsində duran əsgərlərdən və post başçı-
sından başqa bütün şəxsi heyətə dincəlməyə
icazə verilirdi. Şəxsi heyət dincəlməyə başladıqda
Cahanşir özü üçün ayrılmış otaqda Tapdığın gə-
tirdiyi qurğuda smartfonların siqnallarının nə
vaxt ekranda görünəcəklərini izləyirdi. Tapdıq
isə kazarmada özünü yuxulu vəziyyətdə göstərsə
də ancaq ki, yatmamışdı. Əsgərlər arasında
yuxuya gedənlər də var idi, aralarında sakitcə
pıçıltı ilə danışanlar da var idi. Tapdıqdan bir az
aralıdakı çarpayılarda Qulamovla Bədəlov nə
haqqındasa danışırdılar. Onların danışığına arabir
Kərimov da qoşulurdu. Tapdıq sakitcə özünü
yatmış kimi göstərsə də əsgərlərin nə haqqında
62
danışdıqlarını eşitməyə çalışırdı. Cahanşiri isə
ekranda axtardığı “qırmızı nöqtə” çox gözlətmədi.
“Qırmızı nöqtə” yenə də dünən göründüyü yerdə
parıldayırdı. Cahanşir yenidən kazarmanın içərisini
düşüncəsində canlandırmağa çalışdı. Ancaq ki,
bir neçə dəqiqədən sonra “qırmızı işıq” göründüyü
yerdəcə yox oldu. Cahanşir nə qədər gözləsə də
“qırmızı işıq”dan xəbər çıxmadı. Cahanşirin fikri
ekranda ikən çöldən mübahisəyə bənzər səs eşi-
dildi. Tez çölə çıxıb əsgər İlyasovla əsgər Sal-
manovun nə barədəsə mübahisə etdiklərini gördü.
Cahanşirin onlara baxdığını görən əsgərlər dəhal
sakitləşib heç bir şey olmamış kimi mülayim
tərzdə danışmağa başladılar. Cahanşir onlara:
– Nə olub? Nəyi bölə bilmirsiniz? – soruş-
duqda, İlyasov sakit tonla:
– Bağışlayın, cənab polkovnik, bir az uca
tonla danışdıq, ancaq hər şey qaydasındadır, -
deyərək görüşmək üçün əlini Salmanova uzatdı.
Salmanov da heç bir şey olmamış kimi İlyasovla
görüşdü. Salmanovun sifət cizgilərində rahatçılıq
duyulsa da, Cahanşir İlyasovun necə narahat və
gərgin olduğunu açıq-aşkar görürdü. Odur ki, o
İlyasovu otağına çağırıb onunla söhbət etməyə
63
başladı. Cahanşir İlyasovla onun hərbiyə qədərki
həyatından, xidmətindən söhbət edərək onun və-
tənpərvər bir əsgər olduğunu hiss edirdi. Bir
neçə dəqiqə də söhbət etdi. Sonra İlyasov saat
23:00-da posta gedəcəyi üçün hazırlaşmağa icazə
istədi. Cahanşir ona icazə verərək:
Kiminlə posta çıxacaqsan? – sualına İlyasov:
– Əsgər Bədəlovla, cənab polkovnik, - cava-
bını verdi. İlyasov otaqdan çıxdıqdan sonra Ca-
hanşir yenə də masanın arxasına keçib Tapdığın
öyrətdiyi kimi qurğunun düymələrini qurdalamağa
başladı. Qurğu və kompyuter Cahanşirin masası
önündə açıq vəziyyətdə elə qoyulmuşdu ki, otağa
daxil olanlar qurğu və kompyuteri ancaq arxa
tərəfini görə bilirdilər. Cahanşirin gözü qurğunun
ekranında ikən telefonuna mesajın alınması barədə
siqnal gəldi. Mesaj Tapdıqdan gəlmişdi və bu
məzmunda idi:
– İlyasovda smartfon telefon var, posta get-
məyə hazırlaşanda görmüşəm. Buşlatının yan
sağ cibindədir, - cümləsi yazılmışdı. Cahanşir
bilirdi ki, belə vəziyyətdə soyuqqanlı olmaq la-
zımdır. Adi bir yanlışlıq hansısa arzuolunmaz
bir hadisə ilə nəticələnə bilərdi. Əsgər əlində
64
silah ən böyük təhlükə mənbəyi idi. Belə halda
hər bir hadisə baş verə bilərdi. Yeni növbənin
dəyişilməsindən təqribən on dəqiqə keçdikdən
sonra qurğuda “qırmızı işıq” yenidən görünməyə
başladı. Ancaq bu dəfə işıq əvvəlki yerindən bir
xeyli aralıdan gəlirdi. Cahanşir düşüncələrində
yanılmamışdı, “qırmızı ışıq” “Müşahidə məntə-
qəsi”ni nişan verirdi. Bu siqnal İlyasovun əlindəki
smartfondan gəlirdi. Ancaq ki, siqnalın ekranda
qalması uzun çəkmədi. Bir neçə dəqiqədən sonra
siqnal ekrandan itdi və bir daha görünmədi. Ca-
hanşir siqnalın ötürülmə məsafəsini qurğunun
qəbul zonasından kənarda olmasını ehtimal
etdikdə bu ehtimal özünü doğrultmadı. Çünki
“Müşahidə məntəqəsi” Cahanşirin yerləşdiyi
otaqdan təqribən qırx beş metr məsafədə ancaq
olardı. Cihaz isə Tapdığın dediyi kimi 50 metr
radiusunda fəaliyyət göstərmək imkanına malik
idi. İlyasov smartfon telefonda bir neçə dəqiqə
yazışdıqdan sonra telefonu söndürmüşdü. Ca-
hanşirsə qurğunun qarşısında hər iki əlini çənəsinin
altına dayaq edərək düşdüyü vəziyyətdən çıxmaq
üçün plan cızırdı. Təqribən otuz dəqiqəyə yaxın
bir müddət keçdiyi vaxtda ekranda yenidən
65
“qırmızı işıq” görünməyə başladı. Cahanşir bu
siqnalı gördükdə bir az çaş-baş vəziyyətdə qaldı.
Çünki bu siqnal əsgər kazarmasından gəlirdi.
Cahanşir sakitcə ayağa qalxıb buşlatını çiyninə
ataraq “Müşahidə məntəqəsi”nə yaxınlaşdı. Mən-
təqədə əsgər İlyasov və Bədəlovun ayıq-sayıq
vəziyyətdə xidmət apardıqlarını görüb başa düşdü
ki, kazarmanın daxilində daha bir smartfon telefon
vardır. O elə başa düşmüşdü ki, yəqin əsgər
İlyasov özbaşına olaraq postdan çıxaraq kazarmaya
gəlmişdi. Cahanşir otağına qayıdıb qurğunun ek-
ranına boylandı. Siqnal hələ də ekranda idi. O
düşüncəsində kazarma daxilində siqnalın yerini
müəyyən etmək istəyirdi ki, bu zaman telefonuna
mesaj gəldi. Mesaj Tapdıqdan idi. Mesajda Ab-
basovun kiminləsə telefonla danışdığı qeyd olun-
muşdu. Cahanşir sürətli addımlarla kazarmaya
tərəf getməyə başladı. Alməmmədov Cahanşirin
kazarmaya getdiyini görüb o da kameraların gö-
rüntülərinə nəzarət otağından çıxıb onun arxasınca
getdi. Kameraların görüntülərinə nəzarət etmək
üçün kazarmanın girişinin yaxınlığında kiçik bir
otaq yaradılmışdı ki, sərbəst növbədə olan
əsgərlərdən orada nəzarət üçün təyin olunurdu.
66
Alməmmədov da sutkanın qaranlıq vaxtı əsasən
o otaqda olurdu. Cahanşir Abbasovun çarpayısına
yaxınlaşıb adyalı qaldırdı. Adyalın altında Ab-
basovun əlində sadə tipli telefon var idi. Cahanşir
Abbasovu otağına aparıb onunla telefon mövzu-
sunda ətraflı söhbət edərək telefonda olan nöm-
rələri bir-bir gözdən keçirdi. Abbasovun sevgilisi
ilə danışdığına əmin olduqdan sonra onu kazar-
maya yatmağa göndərdi. Telefonu isə buraxılışa
gedəndə bir daha geri gətirməmək şərti ilə ona
verəcəyinə söz verdi. Abbasov onsuz da Cahanşir
üçün şübhəli şəxs deyildi. Şübhəli şəxs olsaydı
heç bir zaman tam dəqiqləşdirmədən Cahanşir
telefonu ondan götürməzdi. Abbasovun sadə te-
lefondan istifadə etdiyini onsuz da Cahanşir
bilirdi. Cahanşirə isə smartfon telefon lazım idi.
Cahanşir bilirdi ki, sabah postda olan hər bir kəs
Abbasovun telefonunun onun tərəfindən aşkar
olunaraq götürüldüyünü biləcək. Bu şəxslər ara-
sında əlbəttə ki, üzərlərində smartfon tipli telefon
olan şəxslər də olacaq. Onlar da bundan narahat
olub səhvə yol verəcəklər. Cahanşirə də məhz
bu lazım idi. Abbasov getdikdən sonra Cahanşir
yenidən qurğunun arxasına keçdi. Cahanşir
67
qurğunun aşağı yan hissəsində olan saata baxdı.
Saat birə qalırdı. Bir azdan növbəti növbənin də-
yişilmə vaxtı idi. Ekranın ortasında isə kazarmanın
içindən gələn “qırmızı işıq” Cahanşirin gözlərinin
qabağında idi. Bu işıq gizir Zülfüqarovun yatdığı
çarpayının ərazisinə təsadüf edirdi. Növbə dəyi-
şildikdən bir neçə dəqiqə sonra ekranda ikinci
“qırmızı işıq” görünməyə başladı. Cahanşir bu
dəfə də düşüncəsində yanılmamışdı. Bu növbədən
yenicə qayıtmış əsgər İlyasovun smartfonu idi.
Cahanşirin isə fikri sinəsində hörümçək toru
döyməsi olan qarasaçlı erməni qızının itin boğazına
bağladığı boyunduruqda idi.
– Görəsən boyunduruqda nə var idi? Görəsən
boyunduruğu kim çıxarıb? Əsl cəsus görəsən
kimdir? – sualları Cahanşiri rahat buraxmırdı.
Cahanşir bilirdi ki, telefonları elə ələ keçirmək
lazımdır ki, əlavə bir hadisə baş verməsin. O
cəsusun duyuq düşüb nəsə bir hadisə törədəcə-
yindən ehtiyat edirdi. İndi onun üçün itin boğa-
zındakı boyunduruğu çıxaran şəxsin kimliyini
tapmaq ən önəmli məsələ idi. Odur ki, o səhərin
açılmasını gözləmək qərarına gəldi. Onsuz da
hər iki telefon sahibinin kimliyi ona əyan idi.
68
Birdən ağlına nəsə bir fikir gəlmiş kimi Tapdığın
öyrətdiyi kimi kompyuterin düymələrini qur-
dalamağa başladı. Uzun mübarizədən sonra axır
ki, kompyuterdən qurğu vasitəsi ilə hər iki tele-
fonun yaddaşına virus göndərərək telefonların
yaddaşlarında olan şəkilləri və şəkil tipli yazıları
kompyuterin yaddaşına köçürdü. Şəkillər komp-
yuterin yaddaşına köçürüldükdən sonra nəticə
Cahanşir gözlədiyindən də uğurlu alındı. Tele-
fonun birində olan şəkillər erməni tərəfə ötürülən
şəkillərlə üst-üstə düşürdü. Ancaq ki, Cahanşir
bu telefonun kimin olduğunu ayid edə bilmədi.
Bundan başqa hər iki telefonda aşağıda yarıçılpaq
gəzən qızların şəkilləri kifayət qədər idi. Şəkilləri
kompyuterdə papkalara yığan Cahanşir arabir
otağından çölə çıxıb gəzişdikdən sonra ekrana
boylanırdı ki, bəlkə ekranda üçüncü “qırmızı
işıq” da görünə bilər. Səhərə yaxın isə o dincəl-
mək qərarına gəldi. Ötən gündən fərqli olaraq
Cahanşir səhər açılar-açılmaz yuxudan ayıldı.
Gözünü açan kimi düşüncəsində itin boğazında
olan boyunduruğu açan şəxsi tapmaq canlandı.
Bir anlıq nə düşündüsə pişik cəldliyi ilə yerindən
sıçrayıb bayıra çıxdı. Şəxsi heyət səhər yeməyinə
69
getməyə hazırlaşırdı. Əsgər yeməkxanası mətbəxə
bitişik olan iyirmi kvadrat metrlik bir otaqdan
ibarət idi. Yeməkxanadan başqa mətbəxə bitişik
daha iki otaq var idi. Bunlardan biri ərzaq
anbarı, digər kiçik otaq isə aşpazın duş qəbul
etməsi üçün düzəldilmiş otaq idi. Cahanşir ye-
məkxananın qarşısına toplaşan əsgərlərlə sa-
lamlaşıb sürücüsünün harada olmasını soruşdu.
Bir neçə dəqiqə keçməmiş Tapdıq Cahanşirin
otağına daxil oldu. Cahanşir Tapdıqla salam-
laşdıqdan sonra:
– Yeməyini yedikdən sonra kameraların üzünü
bizim postun ərazisinə elə çevirmək lazımdır ki,
heç kəs bilməsin. Fikirləş ki, bunu necə edəcəksən,
– dedi.
70
|