HöRÜMÇƏk toru (detektiv əsər)



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə9/10
tarix08.01.2023
ölçüsü1,25 Mb.
#78708
1   2   3   4   5   6   7   8   9   10
horumcek-toru-compressed

Oyun bitdi 
Bir tərəfdən baş vermiş bu hadisə, digər tə-
rəfdən 2016-cı ilin aprel döyüşlərindən sonra
baş vermiş hadisələrin araşdırılması generalı çox
narahat edirdi. Elə buna görə də general nəhayət
ki, səhəti ilə bağlı pensiyaya çıxmalı oldu. General
pensiyaya çıxandan sonra da səhətindəki prob-
lemlər onu rahat yaşamağa imkan vermirdi. Pen-
siyaya çıxdıqdan sonra isə onu çox az adam
arayıb axtarırdı. Ən çox zəng vurub axtaranlar
generalın ən çox zəhləsi getdiyi Vaqif müəllim
və Natiq müəllim idilər ki, tez-tez zəng vurmaqla
yanaşı arada hətta onunla nərd və şahmat oyna-
mağa da vaxt tapırdılar. Digər axtaran şəxs isə
119


generalın bir çox məqamlarda ehtiyat etdiyi Ca-
hanşir idi. Bəzən generalla Cahanşirin görüşüb
bir masa arxasında əyləşib söhbət etdiyi anlar da
olurdu. Belə günlərdən birində general sol əlini
çənəsinin altına dirsəkləyərək Cahanşirin düz
gözünün içinə baxaraq:
– Cahanşir, bəzən mənə elə gəlir ki, sən
mənə qarşı səmimi ola bilmirsən, doğrumu söy-
ləyirəm? – deyə soruşdu. Cahanşir gülümsəyərək
ani sükutdan sonra:
– Bəli, cənab general, mən bəzən bir çox in-
sanlarla səmimi ola bilmirəm və belə olan halda
səmimi ola bilmədiyimi hətta bilərəkdən biruzə
verməyə çalışıram. Arpel döyüşləri xalqımızın
qürur yeri idi. Ancaq sizlər nə etdiniz? Nə qədər
günahsız zabitə “cəsus” damğası vuraraq məhv
etdiniz. Əvəz çox gözəl zabit idi, ancaq sizə gü-
vənərək düşünmədən görün sizin rəhbərliyiniz
altında nələr etdi, bir xatırlayın? – deyərək do-
luxsunmuş halda fikrini izah etməkdə yenə də
davam etdi:
– Həmişə bəyənmədiyiniz və “osobist” ad-
landırdığınız DTX əməkdaşlarının nəzarəti daima
üstünüzdə olduğundan xəbəriniz varmı? Sizin
120


heç xəbəriniz varmı ki, ev dustağısınız? – deyə
soruşdu. “Ev dustağı” adını eşidən kimi general
sanki yuxudan indi ayılmış kimi DTX nümayən-
dələrinin onu daima izlədiyinin, hətta “karona”
bəhanəsi ilə onun bağ evindən çıxmamasını tap-
şırmalarını xatırladı. General ani sükutdan sonra
yalvarıcı nəzərlərlə Cahanşirə baxaraq:
– Mənim bilmədiyim daha nələr var? – deyə
soruşduqda Cahanşir generalın üzünə baxıb də-
rindən köks ötürərək:
– Sizin bilmədiyiniz çox şey var, çox şey!
Ən əsası bilin ki, Əvəz sizə itdən də sadiq bir
insan idi. Onun üzərində şübhənizin dayanmasının
səbəbkarı xidmətçiniz Gülsüm xala idi. Gülsüm
xalanın nəvəsi DTX-nın baş leytenantıdır. Onlar
Gülsüm xalanın əliylə dəfələrlə otağınızda dinləmə
qurğusu yerləşdiriblər. Gülsüm xalanın sizin
yanınıza əylənmək üçün gətirdiyi o cavan qızlar
da DTX-da təlimat aldıqdan sonra sizin yanınıza
gətirilirdilər. Cahanşir danışdıqca general gözləri
sanki bərəlmiş halda vahimələnmiş kimi:
– Cahanşir, mən daha nələri bilmirəm? Danış,
nə olar, yalvarıram, danış, - deyərək Cahanşirə
yalvarırdı. Cahanşir bir neçə saniyə generalın
121


gözlərinin içinə baxdı. Sanki o bu gözlərin də-
rinliyində nəsə axtarırdı. Sonra gülümsəyərək:
– O narkotik əməliyyatı tamamilə bir oyun
idi. Düzdür, oyunu mən fikrləşmişdim. Ancaq
bu oyunda daha bir nəfərin əli var idi, - deyərək
yenə də generalın düz gözlərinin içinə baxdı.
General daxilindəki narahatçılığını gizlədə bilmirdi.
O narahatçılıqla:
– Kimin? – soruşduqda, Cahanşir yenə də
əvvəlki kimi gülümsəyini davam etdirərək:
– Vaqif müəllimin, – dedi. Vaqif müəllimin
adını eşidən general ixtiyarsız olaraq ayağa qalxıb
özü il danışırmış kimi:
– Kimin? Vaqif müəllimin? – suallarını do daq -
larında pıçıldadı. Cahanşir əvvəlki təmkinini ye nə
pozmadan fikrini generala izah etməyə çalışdı:
– Bəli, Vaqif müəllimin. Yadınızda saxlayın,
Əvəz sizə heç bir zaman xəyanət etməyib. Onun
sizə sadiqliyi nəticəsində aprel döyüşlərindən
sonra əli neçə-neçə günahsız zabitlərin qanına
batıb. Bu son illər ərzində onu siz qorumuşdunuz.
Sizin isə arxanızda hansı dövlətin dayandığını
özünüz yaxşı bilirsiniz. Şükür Allaha ki, Vətən
Müharibəsində biz qalib gəldik. Əvəz də bu
122


savaşda xüsusi şücaətlə vuruşdu. Ancaq ki, nahaq
qan ödənilməli idi. Qalib Ordunun vuruşan
zabitini isə cinayətkar kimi həbs etmək doğru
olmazdı, – deyib, ani fasilədən sonra fikrini yenə
də davam etməyə başladı:
– Əsas onu demək istəyirəm bilin ki¸ Əvəz
narkotik əməliyyatında heç kimə xəbər verməyib,
əksinə əminliklə bilin ki, əgər o salafandakı
həqiqi narkotik olsaydı Əvəz sizə xətər dəyməsin
deyə bütün günahları öz üzərinə götürərdi, –de-
mişdi ki, general hər iki əliylə üzünü tutub hön-
kür-hönkür ağlayaraq:
– Əvəz, nə olar, bağışla məni. Sənin ölümündə
günahkar mənəm, bağışla – deyərək Əvəzin
ruhuna yalvarırdı. General hər iki əlini astaca
üzündən çəkib sual dolu nəzərlərlə Cahanşirə
boylanaraq:
Əgər məni Əvəz satmayıbsa, onda kim satıb,
– soruşduqda Cahanşir:
– Sizi mən satmışam. Bu sizin çirkin əməl-
lərinizin üzə çıxarılması üçün planın bir hissəsi
idi. Axır ki, ermənilərlə əlaqəli olmağınızı boy-
nunuza aldınız, –söyləyərək ayağa qalxdı. General
bu sözdən sanki diskinirmiş kimi:
123


– Yox, yox, nə əlaqə? Əvəzin ölümündə mə-
nim günahımı heç kim sübut edə bilməz, –
demişdi ki, Cahanşir sağ cibindən alışqana
oxşayan gümüşü “diktafonu” çıxarıb generala
göstərərək:
– Baxın, burada bütün danışıqlarınız qeyd
olunub. Özünüz boynunuza aldınız ki, Əvəzin
ölümündə günahkarsınız. Əvəzin avtomobilinin
keçdiyi həmin yolu bizimkilər bir neçə dəfə mi-
nadan təmizləyiblər. Bölük komandiri də bildirir
ki, həmin mina ora səhərə yaxın, alatoranlıqda
qoyulub. Dəqiq məlumat var ki, həmin mina er-
məni diversiyası tərəfindən ora basdırılıb. Bas-
dırılmış minanın Ermənistanda istehsal edilməsini
ekspert müəyyən edib. Ən əsası da budur ki, bu
hadisə sizin sifarişinizlə həyata keçirilib, – deyərək
nifrətlə generala baxdı. General isə hal-hazırki
vəziyyətdə səs yazısı olan “diktafon”u Cahanşirin
əlindən necə alması barədə düşünürdü. General
özü də yaxşı bilirdi ki, əgər əlbəyaxa olsalar
onun gücü Cahanşirə çatmayacaq. Odur ki, o tez
əlini yataq yerində balışının altında daima dolu
vəziyyətdə saxladığı tapançasına atdı. Tapançanı
Cahanşirə tərəf tutaraq:
124


– Oyun bitdi, Cahanşir, – demişdi ki, qapının
ağzından Natiq məllimin səsi eşidildi:
– Bəli, oyun bitdi, cənab general, silahı
aşağı endirin, – dedi. Cahanşir qapı istiqamətinə
baxdıqda orada sanki hazır vəziyyətdə dayanmış
Natiq müəllimi və DTX-nın daha iki əməkdaşını
mülki formada gördü. Cahanşir “diktafon”u
Natiq müəllimə verib generalın evini tərk etdi.
Generalın evini tərk etdikdən sonra Cahanşir
xatırladı ki, məzuniyyətdədir və deyəsən yamanca
acmışdır.
Axşam saat 20:00 xəbərlərində AzTV kana-
lının “Xəbərlər” proqramında Azərbaycan Or-
dusunun ehtiyatda olan generalının bağ evində
televizorun çanaq antenasını nizamlayan vaxtı
təhlükəsizlik səbəbindən yıxılaraq həlak olması
xəbəri verildi...
...General təntənəli şəkildə “İkinci Fəxri Xi-
yaban”da torpağa tapşırıldı. Onun məzarı önündə
açılan yaylım atəşin səsindən ətrafda olan çoxlu
ağ göyərçinlər havaya qalxaraq dövrə vurmağa
başladılar. Cahanşir bir anlıq bu ağ göyərçinləri
“Aprel döyüşləri”ndən sonra nahaqdan öldürülən
vətən oğullarının azad ruhlarına bənzətdi...
125


Generalın qəbrinin üstündə torpağa basdırılmış
başdaşı əvəzi dəmir parçasının üzərində payız
fəsli olmasına baxmayaraq hörümçək xüsusi bir
zövqlə tor qurmuşdu. 
126



Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin