HöRÜMÇƏk toru (detektiv əsər)



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə7/10
tarix08.01.2023
ölçüsü1,25 Mb.
#78708
1   2   3   4   5   6   7   8   9   10
horumcek-toru-compressed

Kapitan Rzayevi tutun
Ertəsi gün araşdırmanın hansı qaydada getməsi
ilə əlaqədar olaraq Cahanşir Vaqif müəllimin ya-
nına getdi. Vaqif müəllim Cahanşiri mehribanlıqla
qarşıladı. Vaqif müəllimin masasının üstü bir
yığın araşdırma materialı idi. Cahanşir lap üstə
olan sənədi götürüb oxumaq üçün yaxşı görsün
deyə vərəqi əliylə özündən bir az aralıda tutdu.
Onun bu vəziyyətdə sənədi oxumasını görən
Vaqif müəllim gülümsəyərək:
– Deyəsən yaş sözün deyir, – ifadəsini işlə-
dəndə Cahanşir gülümsəyərək:
– Sənin bu sözünə bir şair dostum var, Şükür
Qafar. Tanımamış olmazsan. Naxçıvan Qarnizonu
83


Hərbi Hospitalında isləyəndə həkim dostu Kamil
Hüseynovla eyni səhnəni yaşayırlar. Kamil Hü-
seynovun resepti bir az kənarda tutub oxuduğunu
görən Şükür Qafar:
Deyəsən yaş sözün deyir, – dedikdə Kamil
Hüseynov:
– “Qartal baxışların solubdur demə, Yaşın
öz hökmü var, yaş sözün deyir” beytini söyləmiş,
Şükür Qafar da bu beytə üç bəndlik şeir yazmışdır,
– deyərək şeiri Vaqif müəllim üçün oxudu:
Sevən eşq dərdindən bürünər qəmə,
Kədər qəlb odunda qoyular dəmə,
“Qartal baxışların solubdur” – demə
Yaşın öz hökmü var, yaş sözün deyir.
Ayrılıq zamanı fani dünyada
Ən gözəl duyğular salınar yada.
Danışmaq son anda çətin olsa da
Gözlərdən süzülən yaş sözün deyir.
Göz yaşı seçilməz yağışlı gündə,
Soruşma –“bu ölüm haqdırmı dində”?
Məzar üzərində ürək şəklində
Yonulub qoyulmuş daş sözün deyir.
84


Vaqif müəllim şeiri tam dinlədikdən sonra
bir az fikrə dalaraq:
– Hə, elədir, sevgi uğrunda ölənə sorğu ol-
maz ki, deyərək güldü. Ancaq onun gülüşündə
yorğunçuluqdanmı, ya da araşdırma işinin lazımı
qaydada getməməsindənmi narahatçılıq hiss
olunurdu. Cahanşir bunun səbəbini Vaqif müəl-
limdən soruşduqda Vaqif müəllimin dediyinə
görə əsgərlər hər şeyi boyunlarına alsalar da
vəziyyət yenə də qarma-qarışıq olaraq qalmaqda
idi. Vaqif müəllim sakit tərzdə baş verənləri
Cahanşirə izah edirdi:
– Əsgər Dadaşovun bu məsələ ilə həqiqətən
də əlaqəsi yoxdur. Düzdür, o yazıb-oxumağını
gizlədib. Buna da əsas səbəb o olub ki, əsgərliyə
yola düşəndə əmisi oğlu ona məsləhət görüb ki,
yazıb-oxumaq bacarığını gizlətsə onu təsərrüfat
işlərinə ayıracaqlar və onun da başı qarışacaq.
Yeni gələndə Təlim hərbi hissəsində yazıb-oxu-
mağını gizlətməsi ilk həftələrdə onun karına
gəlsə də sonralar bu əməlin əksinə onun üçün
çətinlik yaratdığını görüb pis vəziyyətə düşməsin
deyə yazıb-oxumaq bilgisini sonadək gizlətmək
məcburiyyətində qalıb. 
85


İt əməliyyatı məsələsinə gəldikdə ermənilər
nə vaxt kəşfiyyat bölmələrinin, nə vaxt qeyri-
kəşfiyyat bölmələrinin postda olduqlarını əvvəl-
cədən biliblər. “İt əməliyyatı”na ilk düşən əsgər
Salmanov olur. O sərbəst növbə olarkən ərazidə
gəzən itin boğazındakı boyunduruq onun diqqətini
cəlb edir. Boyunduruğu itin boğazından açdıqda
boyunduruğun içəri tərəfində zamok olduğunu
görür. Zamoku açdıqda içindən sinəsində hö-
rümçək toru olan qızın bükülmüş şəkili və bir
məktub olur. Məktubda müharibənin artıq başa
çatdığını, hər iki millət arasında dostluq əlaqəsinin
yaratmaq lazım olması qeyd olunur. Boyunduruğun
üzərində erməni dilində yazılar olduğundan Sal-
manov qorxudan şəkili də, boyunduruğu da par-
çalayıb ayaqyolunun çuxuruna atır. Ancaq sonra
nə fikirləşirsə köhnə əsgər batinkasının ipini itin
boğazına dolayaraq məktub yazaraq erməni tərəfə
yollayır. Qızlar növbəti dəfə sosial şəbəkə ün-
vanlarını Salmanova yollayırlar. Salmanov üzə-
rində smartfon olmadığını, ancaq onlarla mütləq
əlaqə saxlayacaqlarını yenə batinka bağına yazaraq
qıza yollayır. Salmanov qızla yazışmaq üçün va-
sitələr gəzsə də tapa bilmir. Bu barədə dostu
86


İlyasovla məsləhətləşir. Postdan düşdükdən sonra
evlərindən İlyasova smartfon telefon göndərilir.
Beləliklə İlyasovun smartfonu vasitəsi ilə Salmanov
qarasaçlı qızla, İlyasov isə sarısaçlı qızla yazışırlar.
Posta növbəti dəfə gəlmələri Cahanşirin də posta
gəlməsinə təsadüf edir. Salmanov itin boğazına
ip dolayaraq qızlara məktub yollayır. Məktubda
posta yüksək rütbəli şəxsin olduğundan ehtiyatlı
olmaqlarını, postun qarşısında az görünmələrini
tapşırır. Qızların bu məktubu aldıqdan sonra itin
boynuna boyunduruq bağlayıb içərisinə yüz Ame-
rika dolları qoyub Salmanov üçün göndərirlər.
Salmanov pulu götürüb boyunduruğu doğrayıb
ayaqyolunun çuxuruna atır. İlyasov gecə sarısaçlı
qızla yazışdıqda qız İlyasovdan postda vəzifəli
şəxsin gəldiyini soruşur. Ilyasov başa düşür ki,
Cahanşirin postda olduğunu Salmanov qızlara
xəbər verib. Ona görə də Salmanovla dalaşır və
qızlarla daha yazışmaq istəmədiyini bildirir. Sal-
manov bunları itin boğazına bağladığı məktuba
yazıb qızlara göndərir. Qızlar İlyasovu ələ almaq
məqsədi ilə itin boğazına boyunduruq bağlayaraq
içinə iki yüz Amerika dolları qoyurlar. Salmanov
itin boğazından boyunduruğu çıxarıb ayaqyoluna
87


tərəf getmək istədiyi vaxt Tapdıq tərəfindən ya-
xalanır. İlyasovun telefonunda hər iki erməni
qızının şəkilləri olsa da hər hansı digər əhəmiyyətli
bir məlumatın ermənilər tərəfə ötürülməsi ortaya
çıxmamışdır, – deyə Vaqif müəllim uzun-uzadı
Cahanşirə baş vermiş hadisələri izah edirdi:
– Qaldı ki, gizir Zülfüqarovda aşkar olunan te-
lefona, bu bizim axtardığımız telefondur. Postun
içində və mədəndə olan bütün şəkillər bu telefon
vasitəsi ilə çəkilərək ermənilərə ötürülüb. Araşdırma
göstərdi ki, həqiqətən də əsgər Seyidov mədən əra-
zisindəki bulaqdan posta içməli su apararkən bu
telefonu mədən ərazisindən tapıb və telefonu gizir
Zülfüqarova verib. Gizir Zülfüqarov da bu barədə
heç kimə deməməyi Seyidova tapşıraraq özü hər
iki qızla yazışmağa başlayıb. Araşdırma zamanı
ortaya çıxdı ki, əsgər Seyidov telefonu tapan müd-
dətdən bu telefon vasitəsi ilə erməni tərəfə heç bir
məlumat ötürülməmişdi. Gizir Zülfüqarov sadəcə
vaxt keçirmək üçün hər iki qızla yazışıb. Cahanşir
Vaqif müəllimi diqqətlə dinlədikdən sonra:
– Belə çıxır ki, biz cəsusu hələ tapmamışıq?
– deyə soruşduqda, Vaqif müəllim təəssüf dolu
baxışlarla:
88


– Bəli, tapmamışıq. Cəsus hələ də fəaliyyət-
dədir. Bir az bundan əvvəl əks tərəfdən bizə mə-
lumat daxil oldu ki, guya biz bazar günü saat
05:30-da ermənilərlə neytral zonada yerləşən
yüksəkliyi ələ keçirəcəyik, – fikrinə Cahanşir
gülümsəyərək:
– Göstəriş verin generalın hüquq işlər üzrə
köməkçisi kapitan Rzayevi həbs etsinlər, cəsus
odur! – sözünə Vaqif müəllim təəcüblə:
– Necə yəni cəsus odur! – soruşduqda Cahanşir
təmkinini pozmadan yenidən təkrar etdi:
– Cəsus kapitan Rzayevdir, təcili olaraq onu
həbs edin, – dedi. Vaqif müəllimin göstərişinə əsasən
Rzayev tutularaq sorğuya cəlb olundu. Sorğu
zamanı isə ortaya maraqlı faktlar üzə çıxdı...
...Kapitan Razyevin həbsindən bir neçə gün
sonra Vaqif müəllim gözəl bir hədiyyə hazırladıb
onu Cahanşirə şəxsən təqdim etmək məqdədi ilə
qərargaha yollandı. General Vaqif müəllimi
otağına dəvət edərək çay süfrəsi arxasında hə-
diyyəni Cahanşirə təqdim etməyi qərarlaşdırdılar.
Vaqif müəllim isə Cahanşirin iti təfəkküründən
və Rzayevin ermənilərin toruna necə düşdüyündən
ağızdolusu danışırdı:
89


– Nə qədər təbliğat işləri aparırıqsa bəzi in-
sanlar buna kortəbii baxırlar. Belə şəxslərdən
biri də kapitan Rzayev olub. Hələ əsgərlikdə
olanda hərbi hissədə çəkdirdiyi şəkilləri sosial
şəbəkələrdə paylaşıb və sözsüz ki, bu da erməni
Xüsusi təhlükəsizlik orqanlarının gözündən ya-
yınmayıb. Rzayevi ələ almaq üçün erməni qızları
onunla türk qızları adı ilə yazışmağa başlayıblar.
Razyevlə yazışan qızlar iş orasıdır ki, Türkiyə
vətandaşı olan erməni qızları olur. Qız özünü
varlı ailədən olduğunu qələmə verir və bu da
Rzayevi şirnikləşdirir. Rzayev qızın dəvəti ilə
Türkiyəyə qonaq gedərək qızla əvvəlcədən ha-
zırlanmış otaqda bir neçə gün qalırlar. Rzayevin
növbəti dəfə Türkiyəyə qonaq getdiyində qızla
yenidən əvvəlcədən ayrılmış otaqda görüşən
zaman qapı açılır və içəri iki nəfər kişi xeylağı
daxil olurlar. Bunların hər ikisi erməni Xüsusi
Təhlükəsizlik orqanının əməkdaşları olur. Beləliklə
ermənilər Rzayevi şantaj etməklə onlara işləməyə
vadar edirlər. Sonradan Rzayev onların maddi
dəstəyi ilə hüquq ixtisası üzrə ali təhsil alır və
ordu sıralarında hüquqşünas kimi fəaliyyətə baş-
layaraq kapitan rütbəsinədək qalxır. Daha sonra
90


nə baş verdisə bunu hamımız bilirik, – deyərək
Vaqif müəllim kapitan Rzayev barədə generalı
məlumatlandırdı. General otağında açdığı çay
süfrəsinə Cahanşirlə birlikdə digər müavinləri
də dəvət etmişdi. Hamı toplaşsa da təkcə Cahanşir
yox idi. Cahanşir isə erməni cəsusunun belə
asanlıqla tora düşməsindən bir həzz almış kimi
gülümsəyərək generalın kabinetinə doğru gedirdi.
Son zamanlar nədənsə hər bir şeyin sonu tor
söhbətinə aparıb çıxarırdı. Erməni qızının çılpaq
sinəsində böyük ustalıqla çəkilmiş hörümçək to-
runda erməni cəsusunun necə çobaladığını dü-
şündükcə rəsm əsərinin dahiliyi bir anlıq Cahan-
şirin düşüncələrində iyrənc bir kabus obrazına
çevrilirdi. Cahanşir bir anlıq cümə moizələrində
söylənilən bir bənzətməni xatırladı:
– Dünyada yüzlərlə arı növü vardır ki, bunların
ən xeyirlisi bal arısıdır ki, balı da məhz dişi arı ha-
zırlayır. Eyni zamanda yer üzündə yüzlərlə hörümçək
növü vardır ki, bunların arasında da toru məhz dişi
hörümçək toxuyur. Allah qadının ən ləyaqətlisini
dişi arıya, ən alçaq və ən riyakarını isə dişi
hörümçəyə bənzətmişdi, - düşünən Cahanşir xə-
yallardan ayrılıb özünü generalın kabinetinin qar-
91


şısında gördü. Qapını döydükdən sonra içəri girən
Cahanşiri içəridə az qala qonaqlığa gəlmiş kimi
qarşıladılar. Otaqda general, DTX-nın iki əməkdaşı
və generalın digər üç müavini qarşıladı. Onlar Ca-
hanşirlə isti bir mehribançılıqla görüşdülər. Masanın
ətrafında hər kəs yenidən əyləşərək öz yerini tut-
duqdan sonra general üzünü Cahanşirə tutaraq:
– Yaxşı, bizə de görək sən kapitan Rzayevdən
necə şübhələndin? – deyə soruşdu. Cahanşir gü-
lümsəyərək:
– O, iki telefondan biri mənə çox tanış gəldi.
Kənarları gümüşü rəngdə olan qara telefon gör-
nüşünə görə və yuxarı sağ küncündə cızıqlara
görə mənim diqqqətimi çox cəlb etdi. Sonra da
kapitan Rzayevi gördükdə xatırladım ki, onda
bu formada bir telefon görmüşdüm. Telefonun
yuxarı sağ küncündə olan cızıqları onun kiçik
oğlu dişləri ilə cızmışdı. Ancaq ki, cəsusun
kapitan Rzayevin olması bir ehtimal idi. Görün-
düyü kimi ehtimal özünü doğrultdu, – dedi. Ge-
neral Cahanşiri dinlədikdən sonra əlini onun çiy-
ninə toxundurub:
– Afərin sənə, sənin ən son anda erməni cə-
susunun ifşaetmə bacarığın hər birimizi valeh
92


edib. Bayaqdan sənin təfəkkürünü müzakirə
edirik, – deyərək əlini DTX-nın nümayəndəsinə
uzadaraq:
– Vaqif müəllim, buyurun hədiyyənizi təqdim
edin, – dedi. Vaqif müəllim gülümsəyərək dolu
bə dəni ilə stul və masa arxasından güclə ayağa
qalxıb sağ tərəfdə ayağının yanında qoyduğu
futl yarı masanın üzərinə qoydu. Futlyarın
quruluşundan içərisində nəyin olacağı ehtimalını
təyin etmək olsa da Vaqif müəllim futlyarı hamı
görəcək tərzdə açaraq:
– Cahanşir müəllim, bu da asudə və istirahət
vaxtınızı daha səmərəli keçirmək üçün bizim
rəhbərlik adından sizə xüsusi hədiyyə olunur, –
deyərək futlyarın içərisindən çıxartdığı ingilis
modelli ov tüfəngini Cahanşirə tərəf uzatdı. Ca-
hanşir axtardığı şeyi tapırmış kimi:
– Hiss edirsiniz? Havadan deyəsən pensiya
ətri gəlir. Bu ov tüfənginin üstünə çox demirəm,
heç olmasa əlli min manat pul da qoysaydınız
bu lap qiyamət olardı. Özümə xüdmani bir təsər-
rüfat yaradardım, – gülə-gülə dediyi sözə otaq-
dakılar da gülüşməyə başladılar. Vaqif müəllim
gülməkdən yaşaran gözlərini silərək:
93


– Hələ qocalmamısınız ki, pensiya haqqında
düşünəsiniz. Hələ bizlərə çox lazım olacaqsınız.
Bəlkə də pensiya qabağı sizlərlə birlikdə əlli
min manatlıq əməliyyat həyata keçirdik, – sözünə
general:
– Bax, bu olar əsl pensiya, varam belə istirahətə,
– deyərək söhbətin axırını daha da zənginləşdirdi.
Daha bir neçə dəqiqə çay stolu arxasında ovdan və
təsərrüfatdan danışdıqdan sonra qonaqlar getmək
üçün generaldan icazə alaraq ayağa qalxdığını
görən Cahanşir və digər müavinlər də ayağa qalxdılar.
Qonaqlar görüşüb, xudahafizləşib otaqdan çıxdıqda
general və müavinləri də onları yola salmaq üçün
qərərgah binasının qarşısına endilər. Vaqif müəllim
qərargah binasının sağ tərəfində iri tut ağacının
altın da dayanmış sürücüsünə əli ilə işarə etdi. Sürü -
cü rəisinin işarəsi ilə maşını qərargahın qarşısına
sürdü. Qonaqlarla burada da əllə görüşüb xudaha-
fizləşdilər. Qonaqlar yola salındıqdan sonra müavinlər
generaldan icazə alıb hər biri xidməti otağına qalxdı.
Müavinlərin xidməti otaqlarına qalxmağa icazə
verən general üzünü Cahanşirə tutub:
– Hədiyyən deyəsən mənim otağımda qaldı.
Gözlə, mən də qalxıram, götür ki, otaqda qalmasın,
94


– dedi. Cahanşir generalla onun otağına qalxdıqda
xadiməçi Gülsüm xala artıq çay süfrəsinin stə-
kanlarını masanın üstündən yığışdıraraq otağı
qaydasına qoymuşdu. General xidməti masasına
tərəf keçib əliylə masanın yanındakı boş stulu
Cahanşirə işarə etdi:
Əyləş, – dedi. Cahanşir göstərilən stulda əy-
ləşdikdən sonra general:
– Cahanşir, özün də yəqin hiss edirsən ki, elə
bir dövrə gəlib çıxmışıq ki, yaş və vəzifə artdıqca
insanlara qarşı inam və etibar daha da azalır.
İnsan sanki hər şeydən ehtiyat edir, hər kəsə
şübhə ilə yanaşır. Bəlkə də mən qocalıram, ona
görə belə düşünürəm. Bəs sən bu barədə nə dü-
şünürsən? – deyə Cahanşirdən soruşdu. Cahanşir
generalın çox təcrübəli bir insan olduğunu bilirdi
və bilirdi ki, general onunla hər hansı bir iş üçün
məsləhətləşməyə çağırıb. General digər müavin-
lərin yanında Cahanşirə hədiyyəni göstərmək
üçün otağına dəvət edəndə Cahanşir artıq başa
düşmüşdü ki, general onu digər müavinlərlə bağlı
hər hansı bir məsələ üçün çağırır. DTX-nın hərbi
hissəyə təhkim olunmuş Natiq adlı əməkdaşı
27-28 yaşlarında cavan bir oğlan idi. Tutduğu
95


vəzifəyə görə general və hərbi hissənin digər
hərbi qulluqçuları ona Natiq müəllim deyərək
müraciət edirdilər. Natiq müəllim çox nadir hal-
larda hərbi hissəyə gəlirdi. Gələndə də hərbi his-
sənin bölmələrini gəzməzdi. Bu da Cahanşiri
həmişə narahat edərdi. Cahanşir düşünürdü ki,
əgər DTX əməkdaşı hərbi hissəyə gəlmirsə,
demək çox arxayındır, demək məlumat özü onun
ayağına gedir. Natiq müəllim son vaxtlar gələndə
də generalın otağına keçib bir stəkan çay içdikdən
sonra çıxıb gedərdi. O getdikdən sonra general
çox zaman əsəbi olardı. Cahanşir bilirdi ki,
general kənara sızan hər hansı bir məlumat üçün
əsəbləşib. Bir dəfə isə general elə əsəbləşmişdi
ki, müavinlərini otağa toplayıb heç aidiyyatı ol-
mayan bir mövzu barədə onları danlamağa başladı.
Həmin vaxt general hətta öz adyütantını və xid-
mətçi Gülsüm xalanın da üstünə qışqıraraq onları
qərargahdan uzaqlaşdıracağı barədə hədələmişdi.
Cahanşir bilirdi ki, söhbət yenə də hər hansı bir
məlumatın sızmasından gedir, general da ətraf-
dakıların hamısından şübhələnir, ancaq ki, dəqiq
məlumatın kim tərəfindən ötürüldüyünü bilmədiyi
üçün hər kəsə belə əsəbidir. Bu gün də Natiq
96


müəllim burada olmuşdu. Ancaq general bu gün
əsəbi deyildi. Cahanşir onsuz da bilirdi ki, generalı
narahat edən məlumatın mahiyyəti deyil. Onsuz
da general qanun daxilində işləyən bir insan idi.
Qanundan kənara çıxmağı sevməzdi. Sadəcə ge-
neral həmin boşbozağ insanın ortaya çıxmamasına,
arxadan boşboğazlıq etməsinə əsəbləşirdi. Bu
gün isə generalın əhvalı tam fərqli idi. Deyəsən
kələfin ucunu tapmışdı. General bilirdi ki, Cahanşir
limonlu çayla tut mürəbbəsini xoşlayır, ona görə
də Gülsüm xalaya çayı tut mürəbbəsi ilə gətirməyi
tapşırmışdı. General adəti üzrə mühüm bir möv-
zuya başlamazdan əvvəl tez-tez “demək belə”
sözünü işlədirdi. Bu dəfə də o, çayından bir
qurtum alıb əllərininin hər ikisini çənəsinin
altında dayaq tutaraq aram-aram sözünə davam
etməyə başladı:
– Demək belə. Bu osobistlər (Sovet dövründən
bir neçə vəzifənin qısa söylənilməsi ordumuza
da gəlib çıxmışdı. DTX əməkdaşlarının – oso-
bistlər, komandirlərin maddi-texniki təminat üzrə
müavinlərini – MTO, şəxsi heyət üzrə zabitləri –
zampolitlər adlandırırdılar) axır ki, bir dəfə də
olsun öz işləri ilə məşğul olmağa başladılar.
97


Əlbəttə ki, sənin köməyin ilə. Sənin köməyin ol-
masaydı, daha doğrusu sən olmasaydın onlar
inanıram ki, heç bir şey ortaya çıxara bilməzdilər,
- dedi. General sonuncu cümlələri gülümsəyərək
xüsusi bir zövqlə səsləndirirdi. Sanki Cahanşir
kimi bir müavini olduğu üçün qürur duyurdu.
General sözünə ani fasilə verərək sağ əli ilə
başını qaşıyaraq söhbətini yenə də sevdiyi sözlərlə
davam etdirməyə başladı:
– Demək, belə. Sənin bu dəfə xüsusi bir
məsələ üçün çağırmışam. Dünənin uşağını vəzifəyə
qoyublar (General bu sözüylə Natiq müəllimi
işarə etdi), o da arada bir gələrək “filan bölmədə
belə bir hadisə olub, yəqin ki, xəbəriniz var”,
“filan bölmədə filan hadisədən də yəqin xəbəriniz
var” və yaxud da “cənab general, mən filan mə-
lumatı sizə görə yuxarılara ötürmürəm”, –deyərək
hər gələndə əsəblərimi oynadır. Əlbəttə ki, bunlar
xırdaca bir məlumatlardır. Bu məlumatları bölmə
daxilində istənilən şəxs ötürə bilər. Ancaq son
zamanlar elə bir məlumatlar bunların əlinə sızır
ki, düşünürəm ki, bunun bir ucu mənim hansısa
bir müavinimə gəlib çatır. Deyəsən bu dəfə
kələfin ucunu tapmışam. Mənə elə gəlir ki, qə-
98


rargahdan məlumatları qərargah rəisi ötürür. Oso-
bistlərə kömək edib cəsusu ifşa etdin. Qərargah
rəisinin də mənə qarşı satqınçılığını ifşa edə bi-
lərsənmi? – deyə Cahanşirdən soruşdu. Cahanşir
bilirdi ki, general qərərgah rəisi ilə birlikdə uzun
müddət bir yerdə xidmət ediblər və qərərgah
rəisi daima generala sadiq qalan bir insan olub.
Cahanşir təmkinini pozmadan:
– Hər şey mümkündür, cənab general. Sadəcə
səbrli olmağınız lazımdır. Gərək söz verəsiniz
ki, səbrli olacaqsınız. Bacararsınızmı? – deyə
generaldan soruşdu. General təəccüblənmiş adam
kimi əllərinin hər ikisini sinə bərabərində aça-
raq:
– Mən onsuz da səbr etməyə məcburam.
Başqa bir çıxış yolum varmı? – deyə Cahanşirdən
soruşdu. Cahanşir ayağa qalxıb gülümsəyərək:
– Düşünürəm ki, yoxdur, – deyərək getmək
üçün icazə alaraq sağ əlini baş geyiminə aparıb
generalın otağını tərk etdi. Dəhlizdə yol boyu
addımladıqca “general deyəsən doğurdan da qo-
calır” – deyə düşündü. Daha bir neçə addım atıb
dayanaraq sanki özü ilə danışırmış kimi:
– Səbr etmək... səbr etmək – yəni səbr gətir-
99


mək? Yəni asqırmaq?... bunun üçün nə lazımdır?...
qıcıq?... Hə, asqırmaq üçün qıcıq lazımdır...
demək qıcıqlandırmaq lazımdır... (bir neçə saniyə
də düşündükdən sonra) ... hə, general deyəsən
doğurdan da qocalıb, - düşünərək birbaşa qərargah
rəisinin otağına tərəf getdi. 
Qərərgah rəisinin adı Əvəz idi. İnsan kimi
pis insan deyildi. Qərargah rəisi kimi də işinin
ustası idi. Cahanşir Əvəzi kursantlıq illərindən
tanıyırdı. Ali Hərbi Məktəbdə Əvəz Cahanşirdən
bir kurs aşağı oxumuşdu. Qərargah rəisi həmişəki
kimi masanın arxasında xidməti sənədləri ilə
məşğul idi. Belə hallarda onun masasının sol
küncündə adətən qaynar çay buğlanardı. O adətən
içmək üçün dağ otlarından istifadə edərdi. Belə
hallarda çayın buxarı otun ətrini otağa yayardı.
Cahanşir də həmişə bu mənzərə ilə rastlaşanda:
– Otu çox tünd etmə, təzyiqə ziyandır, – de-
yərdi. Bu dəfə də Cahanşir otağa girdikdə dağ
otlarının qarışıq ətirləri otağı bürümüşdü. Cahanşir
salamlaşdıqdan sonra keçib masanın yanında boş
stulda əyləşdi. Qərargah rəisi Cahanşirə baxıb
sifətinin ifadəsindən sanki deyəcəyi cümləni qa-
baqlayırmış kimi:
100


– Bilirəm, tünd otlardan dəmlənmiş çay zi-
yandır, təzyiqi çox aşağı salır, – dedi və hər ikisi
gülüşdülər. Cahanşirin əlində futlyarı görən Əvəz
bir daha onu keçirdiyi əməliyyat və hədiyyə
üçün təbrik etdi. Cahanşir Əvəzin səmimiliyinə
inanırdı. O həm səmimi idi, həm də sadiq insan
idi. Qərərgah rəisi Cahanşiri çaya dəvət etsə də
Cahanşir:
– Yox, sağ ol, tələsirəm. Sadəcə qapının qar-
şısından keçirdim. İçəri keçdim deyəm ki, general
həqiqətən də qocalıb. Son vaxtlar aranızda nə
baş verib bilmirəm, ancaq qərərgahın işindən və
ən əsası da onun rəisinin işindən o qədər də razı
deyil. Çaya görə isə çox sağ ol, tünd çay təzyiqə
ziyandır, – deyib gülümsəyərək otaqdan çıxmaq
üçün ayağa qalxdı. Qərərgah rəisi isə bu sözdən
gülmək halında deyildi. Onsuz da generalın
əlindən zəncir çeynəyən Əvəz Cahanşirin sözündən
sonra sifəti qəzəbdən pörtmüşdü. Onun bu halını
görən Cahanşir:
– Çox da ciddiyə alma. Dedim ki, sadəcə
ehtiyatlı olasan, – deyərək otağı tərk etsə də qə-
rərgah rəisi heç cür rahatlıq tapa bilmirdi.
101


...Son vaxtlar dünya mediasının əsas məlu-
matına çevrilən narkomaniya geniş yayılmaqda
idi. Gündən-günə isə bu maddələrin yeni növləri
ortaya çıxırdı. Son vaxtların “dəbi”ndə olan
“patı”, “şüşə” adlanan maddələr isə getdikcə
daha çox yayılırdı...
102



Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin