8.1. ENDOPLAZMATİK ŞƏBƏKƏ (EŞ)
Endoplazmatik şəbəkə sitoplazmada olan plazma membran quruluşuna bənzər lakin ondan bir az daha incə olan bir zar ilə əhatə olunan boru və kisələrdən ibarət bir şəbəkə quruluşundadır. Ilk dəfə 1945-ci ildə Porter və əməkdaşları tərəfindən siçan fibroblastlarının endoplazması daxilində tapılmışdır. Daha sonra hüceyrənin ektoplazmasında da olması müəyyən olunmuşdur. Bütün endoplazmatik şəbəkə kəsilməz bir membran ilə əhatə olunub və bir cox eukariotik hüceyrədə ən böyük endomembran sisteminin hissəsidir (Şəkil 8.2). Endoplazmatik şəbəkənin kanal sistemi bəzən genişlənir (700A0), bəzən daralır (400A0), çəngəl formasını ala bilir, bir-biri ilə, nüvənin xarici membranı və plazma membrani ilə birləşə bilir.
Endoplazmatik şəbəkə yumurta hüceyrələrində, embrion hüceyrələrində, nüvə daşımayan eritrositlərdə və hələ mürəkkəbləşməmiş hüceyrələrdə ya heç tapılmaz ya da bəsit kisəciklər şəklində olurlar. Bunlardan başqa qalan bütün hüceyrələrdə olduqca yaxşı formalaşmışdır.
Hüceyrədə üç tip endoplazmatik şəbəkə vardır. Qranulyar endoplazmatik retikulum (QER), aqranulyar (qransiz) endoplazmatik retikulum (AER) və transisyonel endoplazmatik retikulum (TER). Bunlar eyni quruluşun fərqli adlarla adlandırılmasıdır və bir-biri ilə birləşmiş bütöv bir membrana malikdirlər.
Şəkil 8.2. Balığın hipofiz vəzisində bir-birilərinə paralel uzanan endoplazmatik şəbəkənin elektron mikroqrafı (A) və sxematik quruluşu (B)
Endoplazmatik retikulum membranının sitoplazmaya baxan tərəfinə ribosom birləşməsinəticəsində qranulyar endoplazmatik retikulum formalaşır. Əgər membrana ribasom birləşməyibsə bu endoplazmatik şəbəkə aqranulyar endoplazmatik şəbəkə adlanır. Endoplazmatik şəbəkədən ayrılan və holci aparatına ifrazat məhsulunu daşıyan keçid vakoulları isə transisyonel endoplazmatik şəbəkə adlanır. QER və TER birlikdə protein sintezində rol oynarkən AER isə lipid metabolizmasında vəzifə daşıyır.
Dostları ilə paylaş: |