8.1.2. Aqranulyar Endoplazmatik Şəbəkə və Lipid sintezi
Qranulyar endoplazmatik şəbəkənin zülal sintezi və işlənməsi ilə əlaqəli olmasına baxmayaraq aqranulyar endoplazmatik şəbəkə membran lipidlərinin sintez olunduğu başlıca merkez olaraq bilinir. Lipidlər hidrofob quyruq hisseye malik olduqlarından sitoplazmanın su daşıyan quruluşunda sintez olmaları mumkun deyil. Bu səbəbdən bəzi lipidlər aqranulyar endoplazmatik şəbəkə membranlarında sintez olunur. Diger bəzi lipidlərdə endoplazmatik şəbəkə kanalları içində sintez olunur və daha əvvəldə də qeyd olunduğu kimi hədəflərinə ifrazat qranulları və ya daşıyıcı zülallar ilə çatdırılır.
Aqranulyar endoplazmatik şəbəkə lipid metabolizması aktiv olan hüceyrələrdə cox yaxşı formalaşmış olaraq rast gəlinir. Testis və yumurtalıqlarda olan endoplazmatik şəbəkə steroid hormonlarının sintezini həyata keçirir. Aqranulyar endoplazmatik şəbəkə qaraciyərdə əd cox yaxşı inkişaf etmişdir çünki, yağda əriyən maddələr qaraciyərdə olan enzimlərin köməkliyi ilə metabolizə edilir. Qaraciyər maddələrin zəhərdən təmizlənməsində (detoksifikasiya) təsirlidir. Çünki qaraciyərdə olan toksin uzaqlaşdırıcı enzimler dərmanları suda həll olacaq hala gətirərək bədəndən atılmasını təmin edirlər. Bu baxımdan aqranulyar endoplazmatik şəbəkə lipidlərin və lipidlərdə həll olan maddələrin metabolizmasında iştirak edirlər.
Aqranulyar endoplazmatik şəbəkə bu funksiyalarla yanaşı əzələ hüceyrələrində kalsium toplanmasındada iştirak edirlər. Əzələdə olan endoplazmatik şəbəkə xüsusi olaraq sarkoplazmik retikulum adlanır. Sitoplazmada olan kalsium ionları Ca nasosları ilə sarkoplazmik retikulumun içinə nasoslanır və orada toplanılır. Əzələ sıxılması zamanı kalsium sitoplazmaya ötürülərək əzələ sıxılmasına yardımçı olur.
Dostları ilə paylaş: |