8.2. HOLCİ APARATI Hüceyrədə endomembran ikinci elementidir və ilk dəfə 1898-ci ildə Holci tərəfindən pişik və bayquşun sinir hüceyrələrinin sitoplazmasında müəyyən edilmişdir. Mürəkkəb quruluşlu bir şəbəkə kimi görüldüyü üçün müxtəlif adlarla adlandırılmış və daha sonra holci aparatı olaraq qəbul edilmişdir.
Holci aparatının quruluşu elektron mikraskopu ilə müəyyən olunmuşdur. Lakin canlı hüceyrələrdə və işıq mikroskopunda çox kiçik cismlər kimi görünür (Şəkil 8.7). Işıq mikraskopunda holci aparatını müəyyən edə bilmək üçün ağır metal ilə kölgələndirmə edilməsi lazımdır. Canlı hüceyrənin gümüş nitrat və ya osmium tetraoksid ilə fiksasiyası nəticəsində holci aparatı nüvənin ətrafında bir tərəfi qara parlaq cismlər olaraq görünür.
Şəkil 8.7. Pişik onurğa iliyi sinir hüceyrəsində holci aparatının işıq mikroskopunda görünüşü