8.1.3. Membran Zülallarının və Membran Lipidlərinin Sintezi Hüceyrədə ifrazat zülallarından başqa endoplazmatik şəbəkənin də daxil olduğu və membrana malik orqanellərin membran zülalları sərbəst və ya bitişik ribasomlarda sintez oluna bilir. Sitoplazmaya baxan membran zülalları həm sitoplazmadakı sərbəst ribasomlarda həm də endoplazmatik şəbəkə zarına bağlı ribasomlarda sintez olarkən endoplazmatik şəbəkə zarının kanalının içində qalan zülalları isə sadəcə endoplazmatik şəbəkəyə bağlı ribasomlar sintez edir. Bu zülallar zara yapışaraq periferial, inteqral və ya transmembran membran zülallarını əmələ gətirirlər (şəkil 8.6).
Membran lipidləridə aqranulyar endoplazmatik şəbəkə zarlarında sintez olunur və hər zaman sitazol tərəfindən zarın quruluşuna qarışır. Daha sonra flipaza adlanan ferment sitazol tərəfə qarışan membran lipidlərini 1800 döndürərək membranın kanala baxan tərəfinə çatdırılır.
Şəkil 8.6. Endoplazmatik şəbəkə kanalı daxilində membran zülallarının sintezi