Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir


Lizasomların formalaşması və Holci aparatı ilə əlaqəsi



Yüklə 149,68 Kb.
səhifə111/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   107   108   109   110   111   112   113   114   ...   141
sitologiya

8.3.3. Lizasomların formalaşması və Holci aparatı ilə əlaqəsi
Lizasomlar holci aparatının trans holci tərəfindən formalaşırlar. Lakin lizasomal fermentlərin zülalları qranulyar endoplazmatik şəbəkə membranlarına bağlı ribasomlarda sintez olunur. Buna gorede lizasomlarin formalaşması endoplazmatik şəbəkə ilə holci aparatının birge fəaliyyeti ilə həyata keçir.

Sintez olunacaq zülal kodunu daşıyan mRNT endoplazmatik şəbəkə membranına birləşmiş ribasomlarda zülallara çevrilir və sintez olunan zülal endoplazmatik şəbəkə kanalına çatdırılaraq orada müxtəlif proseslərdən keçirilir. Daha sonra keçid vakuolları ilə bu ifrazat zülalı sis holci terefinden holci aparatına catdırılır. Ifrazat zülalı burada modifikasiya edilərək qruplaşdırılır və trans holci aparatından ətrafı bir qat zarla əhatə olunmuş sərbəst vakuollar olaraq cixarılır. Bu ifrazat qranulları praymer lizasomlardır və inaktiv bir ferment daşıyırlar.

Ifrazat qranulu lizasom yaratmadan əvvəl içərisində daşıdığı fermenti endosom adlanan hüceyrə daxili kisələrə çatdırır. Endosomlar, holci aparatından gələn və geri donməsi lazım gələn daşıyıcı zülalları geri göndərərkən digər tərəfdən turşu hidrolaza fermentləri turş mühitdə lizasom daxilinə paketləyərək lizasom formalaşmasını təmin edərlər. Onsuzda hidrolazaların holci aparatından süzülə bilməsi üçün trans holci aparatında pH dəyəri 5,5-ə düşməlidir.
Şəkil 8.14. Lizasomun formalaşması və endosomların funksiyası


Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin