Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə114/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   110   111   112   113   114   115   116   117   ...   141
sitologiya

9.1.1. Nüvənin kimyəvi tərkibi

Nüvənin içərisini dolduran və karioplazma adlanan nüvə şirəsində ən çox zülallar olur. Nisbətən az DNTvə çox az miqdarda RNT-yə rast gəlinir. Nüvə çox müxtəlif çeşitdə və sayda zülal molekuluna sahibdir. Ancaq, onları 3 böyük qrupda birləşdirmək olur:



  1. Quruluş zülalları – Bu zülallar DNT-nin xromatin quruluşunu almasında, daha sonra hüceyrə bölünməsində xromatinin paketlənməsində və sıxlaşdırılmasında iştirak edən zülalllardır.

Bunlar arasında histon zülallarını, histon olmayan (turş) zülalları və digər quruluş zülallarını göstərmək olar. Bundan başqa quruluş zülallar nüvə zarının qurulmasında da iştirak edirlər.

  1. Requlyator (nizamlayıcı) zülallar – Bunlar gen requlyasiyasına nəzarət edən zülal qrupudur. Xüsusilə, genlərin transkripsiyasını nizamlayan, onun sürətini artıranvə ya azaldan, yaxud da geni qapayaraq gen transkripsiyasına mane olan transkripsiya faktorları bu qrupa daxil edilə bilir.

  2. Enzimlər - Nüvə enzimləri arasında DNT və RNT polimerazalarla DNT-nin təmirində, RNT - nin işlənməsində və nüvəciyin qurulmasında iştirak edən enzimlər sayıla bilir. Bu enzimlər replikasiya və transkripsiyasını həyata keçirir. DNT - dəki mutasiyaları düzəldərək mutasiya hadisəsini çox aşağı faizə salırlar.

Nüvədə rast gəlinən DNT irsi material olaraq fəaliyyət göstərir. RNT isə sintez olunan, lakin sərf olunmayan mRNT, nRNT ilə nüvəcikdə ribosom əmələ gəlməsində iştirak edən rRNT - ləri və RNT-lərin işlənməsində iştirak edən bəzi kiçik nüvə RNT - ləri də ( sn RNT ) nüvədə olan RNT – lər arasında sayıla bilir. İşləndikdən sonra mRNT və nRNT sitoplazmaya ötürülərkən, rRNT - si nüvəcikdə ribosom subvahidlərini əmələ gətirmək üçün saxlanılır. snRNT - lər isə adətən nüvədə rast gəlinir.

Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin