Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir


HİSSƏ 9 HÜCEYRƏ İDARƏETMƏ MƏRKƏZİ: NÜVƏ VƏ NÜVƏCİK



Yüklə 149,68 Kb.
səhifə113/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   109   110   111   112   113   114   115   116   ...   141
sitologiya

HİSSƏ 9
HÜCEYRƏ İDARƏETMƏ MƏRKƏZİ: NÜVƏ VƏ NÜVƏCİK
9.1. NÜVƏ
Hüceyrə daxilində olan və irsi məlumatı daşıyan, ikiqat membranla örtülü hüceyrə orqaneli nüvə adlanır. Hüceyrədə ilk dəfə 1831-ci ildə Braun tərəfindən kəşf edilmiş lakin irsi informasiya daşıdığı və bu səbəbdən də nüvənin vacib funksiyaya malik olması illər sonra müəyyən edilmişdi. 1878-ci ildə Hertviq döllənmə zamanı oosit nüvəsinin sperm nüvəsi ilə birləşdiyini müəyyən etmişdir. Daha sonra aparılan təcrübələr nəticəsində mayalanmanın nüvəyə irsiyyət funksiyası verdiyinin və rüşeymi inkişafda nüvənin mühüm əhəmiyyət kəsb etməsinin meydana gəlməsinə səbəb olmuşdur. Mendel qanunlarının təkrar kəşfi və irsiyyətdə xromosom nəzəriyyəsinin yaranması nüvənin vacibliyini bir daha sübut etmişdir.

İrsi materialın zar ilə əhatə olunub sitoplazmadan ayrılması eukariot hüceyrələri prokariot hüceyrələrdən ayıran əsas xüsuxiyyətlərdən biridir. Nüvə içərisində DNT-nin replikasiyası, RNT-nin transkripsiyası və s. hadisələr baş verir. Sintezlənən RNT-lər ( mRNT və tRNT ) isə nüvə məsamələrindən sitoplazmaya ötürülərək translyasiyada iştirak etmələri təmin edilir.

Cavan hüceyrələrin mərkəzində və işıq mikroskopunda asanlıqla qədər böyük olan nüvə yaşlı hüceyrələrdə əksəriyyət halda hüceyrənin bir kənarına itələnmiş kimi görünür. Məməlilərin eritrositləri xaric olmaqla bütün hüceyrələrdə rast gəlinir.

Nüvənin şəkli hüceyrədən hüceyrəyə dəyişməklə bərabər, əksəriyyət halda hüceyrənin şəklinə uyğundur. Yəni, nüvə kubşəkilli hüceyrələrdə dairəvi, yastı hüceyrələrdə yastı, uzun hüceyrələrdə isə silindrik bir şəkil alır. Bəzi hüceyrələrdə isə nüvənin şəkli çox fərqli ola bilir. Məsələn, ağ qan hüceyrələrindən ( leykosit ) euzonofil, bazofil və neytrofillərdə nüvə buğumlu formada olur.

Nüvənin böyüklüyü də hüceyrədən hüceyrəyə dəyişə bilir. Nüvənin ölçüsü ümumiyyətlə, 1-10 mk arasında olur, bəzi hallarda və xüsusilə oositlərdə nüvə 600 mk-a qədər ola bilir. Ümumiyyətlə, böyük ölçülü nüvələrə oosit hüceyrələrində rast gəlinir. Daha meyoz bölünmə keçirməmiş və germinal vezikül olaraq adlandırılan yumurta hüceyrəsinin nüvəsi maksimum böyüklükdə olarkən, meyoz bölünməni tamamlayan və pronukleus adlanan yumurta nüvəsi daha kiçik görünür. Oositlərdə nüvənin böyük olmasının səbəbi oosit nüvənin metabolik olaraq aktiv olması və həddindən çox zülala sahib olmasıdır. Limfositlərdə olduğu kimi, nüvənin içərisindəki xromatin yoğundursa,nüvə çox kiçikdir.

Hər hüceyrədə adətən bir nüvə olur. Bəzi patoloji hallarda nüvənin sayı artır. Məsələn, yaşlı insanların qaraciyər və qığırdaq hüceyrələrində birdən artıq nüvəyə rast gəlinir. Hüceyrədə çox nüvəlilik kariokinezin (nüvənin bölünməsi) sitokinezlə növbələşməməsi zamanı yaranır. Bu hal sadəcə olaraq patoloji və anormal hallarda rast gəlinir. Bəzi hallarda, xüsusilə də bir-birlərinə sıx sarılan eninəzolaqlı əzələ dəstələrində plazma zarı görünmədiyindən hüceyrələr birdən çox nüvəyə sahib olmuş kimi görünürlər. Buna sinsitium adı verilir.

Nüvənin daxilində rast gəlinən xromatinin bəzi bölgələri birləşərək nüvəciyi əmələ gətirirlər. (şəkil 9.1)
Şəkil 9.1. Nüvənin elektron mikroqrafı


Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin