9.1.2. Nüvə zarları, məsamə kompleksi və laminası. Nüvə zarı elektron miroskopunda bir-birinə paralel uzanan 2 zarlı quruluşdan, məsamə kompleksindən və nüvənin daxilində daxili zara bitişik olaraq rast gəlinən daxili laminadan (nüvə laminası) təşkil olunan mürəkkəb bir quruluş olaraq görünür.(şəkil.9.2.)
Şəkil 9.2. Nüvə membran kompleksi və birləşmiş ribasomlar
Nüvə zarı – Nüvə zarı bir-birinə paralel və 10 ilə 50nm (nanometr) arasında uzanan 2 zar quruluşundan təşkil olunmuşdur. Daxildə olan zara daxili zar, xaricdə olan zara isə xarici zar adı verilir. Zarlar arasındakı sahəyə isə perinuklear sahə deyilir. Nüvənin daxili zarı nüvəyə xasdır və nüvəyə xas zülallara sahibdir. Nüvənin xarici zarı isə qranulyar endoplazmatik retikulum ilə bağlıdır və ona oxşar şəkildə üzərində ribosomlar olur.(şəkil 9.3.). Nüvənin ribosom bağlaya bilməsi, endoplazmatik retikulum ilə nüvənin xarici zarının bir-birindən düzgün ayrıla bilməməsi ilə izah olunur. Nüvə ilə endoplazmatik retikulum zarları arasındakı birləşmə dinamik bir quruluşdur və zarlar birləşə bildiyi kimi, lazım gəldikdə ayrıla da bilirlər. Bu ayrılma sırasında nüvə öz zar quruluşunun bir qismini endoplazmatik retikuluma verərkən, endoplazmatik retikulum zarını öz tərkibinə qata bilir. Bundan başqa nüvənin xarici zarı SRP reseptorlarına malik olmaqla bərabər, ribosomu özünə bağlaya bilməkdədir.
Şəkil 9.3. Nüvə xarici membranı və endoplazmatik şəbəkə əlaqəsi elektron mikroqrafı
Nüvəni tamamilə əhatə edən zar hüceyrənin irsi materialını sitoplazmadan ayırır və makromolekulların nuleoplazma ilə sitoplazma arasında sərbəst hərəkət etməsinə mane olur. Digər hüceyrəvi zarlar kimi cüt fosfolipid təbəqəsindən ibarətdir. Sadəcə polyar olmayan kiçik molekullar üçün keçirici bir quruluşa malikdir. Böyük molekullar isə sadəcə məsamə kompleksindən keçə bilirlər.