Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə131/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   127   128   129   130   131   132   133   134   ...   141
sitologiya

10.3.2.2. Mitoz bölünmə
Somatik hüceyrələrdə gedən bölünmə formasıdır. Bu baxımna mitoz bölünməyə somatik hüceyrə bölünməsidə deyilir. Xromosomlar bərabər olaraq iki hüceyrəyə bölünür və bir hüceyrədən iki hüceyrə formalaşır. Təkhüceyrəli eukariotik canlılarda mitoz bölünmədən sonra bir canlıdan iki canlı hüceyrə yaranır, yəni cinsiyyətsiz coxalma baş verir. Cohüceyrəli calılarda isə ziqotun bir-birinin ardınca coxlu sayda mitoz bölünmələr keçirtməsi nəticəsində orqanizmanın böyüməsi baş verir.

Mitoz bölünmə bəzi sadə fərqlərdən başqa bütün canlılarda eyni formada gedir. Bitki ilə heyvan hüceyrəsi arasında isə bitkilərdə sentrosomun olmaması baxımından fərqlər var, lakin mikroborucuq formasının heyvan hüceyrələrində olduğu kimi bitki hüceyrələrində də olan γ-tubulin zülalları tərəfindən reallaşdırıldığı məlumdur.

Mitoz bölünmə bütün canlılarda DNT-nin replikasiyasından sonra başlıyır. Duplikasiya olunmuş DNT profaza, metafaz, anafaza və telofaza mərhələlərinin nəticəsində iki hüceyrə arasında bölünərək yenidən normal miqdarına qayıdır. (şəkil 10.12). Bu mərhələlər ard-arda gedir, aralarında zamanlama yoxdur. Bu mərhələrin nəticəsində nüvə bölünməsi (kariokinez) baş verir. Bunu isə sitoplazmanın bölünməsi (sitokinez) davam etdirir. Sitokinez sonrakı mövzularda qeyd olunacağı kimi bitki hüceyrələrində hüceyrə divarının olmasıyla əlaqədar olaraq heyvan hüceyrələrindən fərqli reallaşır.

Canlılarda böyümə tamamlandıqdan sonra hücerələr artiq bölünmürlər və hüceyrə tsiklinin G0 fazasına girərlər. Heyvanlarda sinir və əzələ hüceyrələri bir daha G0 mərhələsindən cıxıb təkrar bölünməzlər. Bitkilərdə isə daim toxuma hüceyrələri bu vəziyyətdədirlər. Lakin bəzi hüceyrələr G0 fazasında olsalar belə ehtiyac duyulduğu hallarda yenidən G1 fazasına girər və mitoz bölünə reallaşar. Bunlar yaralanma hallarında yaranın örtülməsi və ya hüceyrənin ölümü nəticəsində itirilənhüceyrələrin yerinə yenilərinin yaranması üçün gedə bilər. Heyvanlarda dəri fibroblast hüceyrələri, saya əzələ hüceyrələri, qan damarlarının daxili divarını əhatə edən endotel hüceyrələri və qaraciyər kimi bəzi daxiliorqanların epitel hüceyrələri, bitkilərdə isə zədələnən qabığın bərpa üçün yenidən bölünən kambi hüceyrələri misal olaraq göstərilə bilər. Bəzi hüceyrələr isə canlılarda daim bölünə bilirlər və hec bir zaman G0 fazasına girməzlər. Heyvanlarda qan hüceyrələri kimi parcalanmaya məruz qalan hüceyrələrin yerinə daim yenilərini bərpa etmək üçün sümük iliyi hüceyrələri ilə birlikdə meristem toxuması hüceyrələri daim bölünən hüceyrələrə tipik misaldır.


Şəkil 10.12. Boyanmış soğanın kök ucu hüceyrələrində mitoz bölünmə mərhələləri: A) profaza, B) metafaza C) anafaza, D) telofaza


Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin