Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə21/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   17   18   19   20   21   22   23   24   ...   141
sitologiya

b.Polisaxaridlər: Çoxlu sayda şəkərin birləşməsi nəticəsində polisaxaridlər yaranır. Ən çox rast gəlinən depo polisaxaridləri qlükogen və nişastadır. Bununla yanaşı struktur polisaxaridləri olan sellüloza və xitin bitkilərdə və bəzi heyvanlarda vacib rola malikdirlər.

1.Qlükogen və nişasta: Qlükogen və nişasta heyvan və bitki hüceyrələrində karbohidratların depo formasıdır. Hər ikisidə çox sayda qlükoza molekulunun α-1,4 qlikozid əlaqəsi ilə birləşməsi nəticəsində formalaşırlar. (şəkil 3.14) Bəzən amilopektin deyilən və həm qlükogenin həm də nişastanın bir forması olan karbohidrat bəzi nöqtələrdə α-1,6 qlikozid əlaqə ilə bağlanaraq quruluşa şaxəli bir şəkil qazandırır. α-1,6 qlikozid əlaqə bir qlükozanın birinci karbon atomu ilə digər qlükozanın altıncı atomu arasında yaranır. Nişastanın başqa bir forması olan amilaza şaxələnməyən düz zəncir şəklində bir quruluşa sahibdir.

Şəkil 3.14. Nişasta və qlükogenin quruluşu (A-Amilopektin, B-Amiloz)




Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin