Qlükoproteinlər(mukoproteinlər): Qlükoproteinlər 4%-dən daha az karbohidrat daşıyan zülal qrupudur. Hidroliz olunduqları zaman mühiddə amin turşularla bərabər karbohidratlarda olur. Fibrinogen, heparin, hiyalorin turşusu, qan qrupu antigenləri, xondriotin sulfat misal olaraq göstərilə bilər.
Lipoproteinlər:Proteinlərin lipidlərlə birləşməsidir. Lipoproteinlər hüceyrə zarlarında və qanda olurlar.
Fosfoproteinlər: Fosforik turşu daşıyan zülallardır. Mədədə (pepsin), süddə (kazein), yumurta sarısında (vitellin) olurlar.
Metaloproteinlər (xromoproteinlər):bunlar Fe, Mg, Mn, Co, Zn və s. kimi metal ionlarını daşıyan zülallardır. Hemoqlobin, mieloqlobin, ferritin misal göstərilə bilər. Xromoprotein adı rəngli olduqlarından adlandırılır. (məsələn hemoqlobin Fe ilə birləşərək qana qirmizi rəng verir).
Nukleoproteinlər:Ən cox hücəyrənin nüvə və mitaxondri sahələrində olurlar. Prostetik qrup olaraq nuklein turşularına çevrilirlər. bunların zülali hissəsi histon və protaminlərdir.