4.İzopren törəməli lipidlər: Ümumi formulu C5H8 olan bu törəmələr izopren birləşmələrinin kondensasiyası ilə yaranmışlar. Izopren törəmələrindən yaranan maddələrə izoprenoidlər adlanır.
Steroidlər, ortaq qurluşları steran halqası adlanan üç dənəsi altılı, bir dənəsi beşli olan dört halqalı bir sistemdir. Steran hələqsində həlqələr A,B,C,D ilə işarə olunur. Adətən üçüncü karbonda hidroksil ya da keto qrupu olur. Sterolların ən vacib nümayəndəsi xolesteroldur. (şəkil 3.22) Xolesterol amfoter qurluşludur və ən cox sinir toxumasında olur. Bəzi pataloji hallarda xolesterol öd daşının yaranmasına səbəb və areteriaların iç divarlarında toplanaraq damar sertliyi adlanan xəstəliyin yaranmasına səbəb olurlar.
Şəkil 3.21 Qlükolipidlərin quruluşu
Karatinoidlər bitki mənşəli rəngli lipidlərdir. Karatinoidlərin oksigen daşımayan şəkilləri karotenlərdir. Karotenlərin α,β,δ-şəkilləri vardır. Likopen insan bədənində olan ən geniş yayılmış və ən güclü karatinoid antioksidantlarından biridir. (şəkil 3.23). kasantofillər karatinoidlərin hidroksil ya da keto törəmələridir.
Şəkil 3.23 β-karoten (A) və likopen (B)
Dostları ilə paylaş: |