3.2.4. Nuklein turşular
Nuklein turşular (DNT və RNT) hüceyrənin əsas və ən vacib informasiya molekullarıdır.
Dezoksiribonuklein turşusu (DNT) eukariot hüceyrələrdə nüvədə, prokariot hüceyrələrdə sitoplazmanın nüvə sahəsində yerləşmiş genetik materialı yaratma kimi xüsusi bir rola sahibdirlər. DNT genetik materialı daşıyır. Ikiləşmə (replikasiya), informasiya toplama, informasiyanı köçürmə (transkripsiya).
Ilk dəfə nuklein turşuları 1869-cu ildə Mişer tərəfindən kəşf edilmişdir. Lakin o vaxt Mişerə məlum olan təkcə o idi ki, bu maddə turşu xüsusiyyətinə malikdir. Belə ki, o qələvi rəngləyicilərlə rənglənir. Bu turşunu Mişer nüvədə kəşf etdiyindən ona nuklein turşusu adı verdi.
Hazırda 2 cür nuklein turşusu məlumdur: dezoksiribonuklein (DNT) turşusu və ribonuklein turşusu (RNT). Hər bir nuklein turşusu polinukleotiddir.
Ilk dəfə 1953-də Uotson və Krik DNT molekulu quruluşunun modelini vermişlər. onlar müəyyən etmişlər ki, DNT bir-birinə sarılıb spiral əmələ gətirən iki polinukleotid zıncirindən ibarətdir. Dnt-nin tərkibi dezoksiriboz şəkəri, fosfor turşusu və nitrit əsaslarından ibarətdir. Nitrit əsasları 4-tipdir, iki purin əsası- adenin, quanin və primidin əsadı-sitozin, timin, urasil.
Bir-birinə spiral şəklində sarılmış polinukleotidlər zəncirindən ibarət olan DNT molekulunda fosfor-şəkər qaliqları iki zəncirinin kənarında: purin və primidin əsasları isə ortalığa düşür. Bu zaman həmişə adenin-timinlə, quanin isə sitozinlə qoşa vəziyyətdə hidrogen vasitəsilə birləşmiş olur. Heç vaxt normada adenin-quaninlə, sitozin isə timinlə birləşə bilməz. A=T ikiqat hidrogen rabitəsi S Q üçqat hidrogen rabitəsilə birləşmiş olur. Beləliklə S Q rabitəsi, A=T rabitəsinə nisbətən daha möhkəmdir. Beləliklə A=T, S Q rabitəsində A T-ni Q S-ni tamamlayır. Buna komplementarlıq prinsipi və ya tamamlama prinsipi deyilir.
DNT-nin tərkibindəki müxtəlif tipli nukleotidlər öz aralarında yalnız nitrit əsasının quruluşuna görə fərqlənir. Molekulun qalan hissəsi bütün nukleotidlərdə eynidir. Buna görə də nukleotidləri onlardakı nitrit əsaslarının adına görə adlandırırlar. Nukleotidlər DNT zəncirinə birləşən zaman aralarındakı ilişmələr, fosfat turşusu və dezoksiriboza vasitəsilə olur.
Bu nukleotidin fosfat turşusundakı hidroksili və qonşu nukleotidin dezosiribozanın hidroksili birləşərək bir molekul su ayrılır və nukleotidlərin qalıqları möhkəm kovalent rabitə ilə birləşirlər. İki nukleotiddən-dinukleotid, üç nukleotiddən-trinukleotid, çox nukleotiddən-polinukleotid alınır. Beləliklə, DNT-nin hər bir zənciri uzun bir polinukleotid zəncirdən ibarət olur. Hər bir DNT-də müəyyən, daimi və eyni ardıcıllıqla düzülmüş nukleotidlər olur. DNT-nin qurulmasında cəmi 4 nukleotid iştirak etməsinə baxmayaraq, hər bir DNT zəncirində onların cox böyük miqdarda və müxtəlif ardıcıllıqda olduğu üçün nə qədər cox sayda DNT molekulası olduğunu təsəvvür etmək cətinlik törətmir. Nukleotidlərin miqdarına və molekul çəkisinə görə dezoksiribonuklein turşuları müxtəlif olur. Ele dezoksiribonuklein turşuları var ki, orada cəmi 77 nukleotid olur, elələri də var ki, onlarda nukleotidlərin miqdarı 10 milyonlarla olur. Hesablamışlar ki, bir nukleotidin molekul çəkisi orta hesabla 345-dir. Onda 30000 nukleotiddən ibarət olan DNT-nin molekul çəkisi 10 milyona bərabər olar. 50 mln molekul çəkisinə malik olan DNT-də rast gəlinir. Bir spesifik zülal molekulunun ilkin strukturu haqqında informasiya verən DNT sahəsinə gen deyilir. DNT üzərində on minlərlə gen yerləşir. Odur ki, DNT molekulu təbiətdə mövcud olan molekullardan ən nəhəngidir və kimyəvi cəhətdən mövcud olan maddələrin hec birinə oxşamır.
Əvvəllər belə güman edirdilər ki, nuklein turşuları tərkibindəki 4 nukleotid bu turşuda ekvimolyar miqdarda iştirak edərək tetranukleotid struktur əmələ gətirir. Lakin sonrakı daha dəqiq tədqiqatlar göstərdi ki, purin və primidin əsaslarının nisbəti müxtəlif DNT-lərdə müxtəlif olur. Məsələn quşlarda vərəm törədən mikroblarda =0,42-dirsə, insanda =1,53-dür. Bu sahədə aparılan tədqiqatlardan alınan ən qiymətli dəlillərdən biri DNT-də (A+Q) purin əsaslarının cəminin (S+T), primidin əsaslarının cəminə bərabər olmasının müəyyənləşməsidir. Molyar nisbətinə görə isə = =1. Həmçinin müəyyən DNT molekulunda A,T cütləri digərində S,Q cütləri digərində S,Q cütləri üstünlük təşkil edir.
Dostları ilə paylaş: |