2.Neytral yağlar: Neytral yağlardan triqliseridlər qliserolun üç yağ turşusu ilə birləşməsi nəticəsində formalaşıblar. (şəkil 3.17) Yağ turşuları karboksil qruplarından azad olarkən bir mənfi yük itirərək neytral hala keçirlər. Yağ turşularının əsas anbar şəklidir, hidrofob molekullardır. Qliserol sadəcə bir yağ turşusu ilə birləşirsə monoqliserol, iki yağ turşusu ilə birləşərsə diqliserol yaranır. Qliserolun spirt qrupları ilə birləşən yağ turşularının üçü eyni isə sadə triqliserollar, yağ turşuları fərqli isə qarışıq triqliserollar yaranır. Bitki yağları, süt məhsulları və heyvani yağların tərkibində olan neytral yağlar neytral yağlar sadə və qarışıq triqliserollardan təşkil olunublar.