3.Mürəkkəb lipidlər: Tərkiblərində spirt və yağ turşuları ilə birlikdə başqa qruplarda olan lipidlərdir. Fosfolipidlər və qlikolipidlər adı altında iki əsas qrup olaraq öyrənilir.
Fosfolipidlərdən qliserofosfolipidlər – qliserin, ali yağ turşuları, fosfat turşusu, azot əsasının mürəkkəb efirləridir. Bundan əlavə fosfolipidlər diqliserol qrupu lipidləridirlər. (şəkil 3.20) Yağ turşusu zəncirinin meydana gətirdiyi qrup hidrofob, fosfatın meydana gətirdiyi baş tərəfi isə hidrofil quruluşa sahibdir. Bu baxımdan fosfolipidlər amfoter xassəlidirlər. Fosfolipidlər membranın əsas quruluş strukturudur, ödündə ən vacib tərkibidir. Sintezdə və ya öd sallanmasında pozğunluq xolestrol daşlarının yaranmasına səbəb olur. Digər fosfolipid olan sfinqofosfolipidlər (sfinqomiyelinlər), qliserol yerinə sfinqozin daşıyırlar. Sfinqozin amin qrupunun bir yağ turşusu ilə amid əlaqəsi (biokimyada peptid əlaqəsi adlanır) vasitəsilə birləşməsi nəticəsində seramid yaranır.
Qlikolipidlər karbohidrat daşıyan lipidlərdir. Tərkiblərində qliserol və fosfat olmaz. (şəkil 3.21) Qalaktozaya bağlı seramidlər sinir toxuması hüceyrələrinin plazma membranlarında olurlar. Qlukozaya bağlı seramidlər sinir toxuması xaricindəki hüceyrələrin plazma membranlarında olurlar. Insan beynindəki boz maddədəki hüceyrələrin təxminən 6%-ni təşkil edirlər.
Dostları ilə paylaş: |