c.Ferment aktivliyini inhibisiya edən faktorlar: inhibitorlar ferment aktivliyini yox edən maddələrdir. Bir çox dərman və zəhərli maddələr ferment inhibitoru olaraq vəzifə daşıyırlar. Ferment inhibitorları ya geri dönən (reversible) ya da geriye dönməyən (irreversible) olaraq reallaşmaqdadır.
1.Geri dönən inhibisyonlar:inhibisiya bitdikdən sonra ferment təkrar katalitik aktivlik qazanır. Geri dönən inhibisiya kompetitif, nonkompetitif və unkompetitif olmaqla üç fərqli şəkildə reallaşır.
Kompetitif inhibisiya: kimyəvi olaraq fermentin substratına cox oxşayan bir maddə fermentin aktiv mərkəzinə birləşərək fermentin öz substratına birləşməsinin qarşısını alarsa bu cür inhibisyona “kompetitiv inhibisyon” deyilir. Məsələn suksinat dehidrogenaza fermentinə substrat yerinə malon turşusunun birləşməsi belə bir inhibisyona səbəb olur.
Nonkompetitif inhibisyon: inhibitor maddə aktiv mərkəzin xaricində bir nöqtədən fermentə birləşərək fermentin, substratı ilə reaksiyaya girmə sürətini azaldır. Bunların bir qismi bəzən geriyə dönməyəndir.