3.2.5.2.Hormonlar Endokrin adlandırdığımız daxili ifraz vəziləri tərəfindən ifraz olunub qana və bədən mayesinə verilən və bu baxımnanda bütün bədənə yayılaraq orada hüceyrə hüceyrə qruplarını fəaliyyətə keçirən fərqli üzvi molekullardan ibarət quruluşlardır. Hormonlar quruluşlarına görə dördə ayrılır.
1.Amin quruluşundakı hormonlar:Aminlər azot atomuna bağlı kök sayına görə sinifləndirirlər. NH3 amonyak, NH2-R primer amin, NH-2R sekonder amin və N-3R isə tersiyer amin adını alırlar. Amin quruluşdakı hormonlar ya da amin törəməsi hormonlar katekolaminlər (məsələn, adrenalin, dopamin, noradrenalin), triptofan törəmələri (məsələn, melatonin, seratonin) və tirozin törəməsi (məsələn, tiroksin, triyodotironin) hormonlardır. Suda həll olurlar.