Hüceyrə xarici matriks.
Heyvan hüceyrələri hüceyrə divarı ilə örtülməmələrinə qarşı coxhüceyrəli canlıların toxumalarındakı hüceyrələrin bir çoxu ifraz olunan zülallardan və polisaxaridlərdən ibarət bir hüceyrə xarici matriks içərisinə batmışdır və ya bir tərəfləri ilə təmas halındadırlar. Hüceyrə xarici matriks hceyrə arası boşluqları doldurur, hüceyrələri və toxumaları bir-birilərinə bağlayırlar. Hüceyrə xarici matriksin nazik bir təbəqə şəklində yerləşmiş quruluşuna bazal lamin adı verilir. Epiteli hüceyrələrinə dəstək olmaqla yanaşı bazal lamina əzələ hüceyrələrini, yağ hüceyrələrini və periferik sinir hüceyrələrini əhatə edirlər (şəkil 4.7). Epitel hüceyrələrinin altında yerləşən gevşək toxuma içərisində fibroblastların olduğu quruluş ən cox rast gəlinən bir hüceyrə xarici matriksdir. Sümük və qığırdaq hüceyrələrinin ətrafını bürüyən quruluş xüsusiləşmiş hüceyrə xarici matriksə misaldı.
Dostları ilə paylaş: |