Hüceyrənin ehtiyac duyduğu makro və mikromolekulları hüceyrə içinə və hüceyrə xaricinə çatdırması lazımdır. hüceyrənin hüceyrə pərdəsi son dərəcə seçici keçirici xüsusiyyətə malikdir və bu sayədə tərkibi qorunur. Daşınma hüceyrə pərdəsinin bir tərəfindən o biri tərəfinə ola bildiyi kimi hüceyrə xaricindən hüceyrə içinə və ya tam tərsi hüceyrə içindən hüceyrə xaricinə ola bilməkdə, hətta hüceyrə içində yer dəyişdirmə şəklində də daşınma həyata keçirilir. (şəkil 4.8) Qida olaraq bağırsaqda olan qlükozanın bağırsaq epiteli hüceyrələri tərəfindən hüceyrə içinə alınması və ya qaraciyər hüceyrələrində sintez olunan qlükozanın hüceyrə xaricinə atılaraq dövriyyəyə verilməsi hüceyrə daxili daşımaq üçün nümunə verilə bilər. Həmçinin tullantı maddələri hüceyrə xaricinə atılar. Kiçik və böyük molekulların hüceyrə pərdəsindən daşınması fərqli mexanizmlərlə həyata keçirilir.