4.2.1.2. Aktiv daşınma. Passiv daşınmanın tam tərsi olan aktiv daşınmada molekullar seyrək olduqları mühitdən cox sıx olduqları mühitə enerji sərf edərək daşınırlar. Aktiv daşıma daşıyıcı zülallar vasitəsilə həyata keçir. Daşıyıcı zülallar membranın bir tərəfindən digər tərəfinə bir molekul keçirirsə bu tək tərəfli funksiyaya uniport daşınma adı verilir. Əgər daşıyıcı zülal iki molekulu birlikdə daşıyırsa buna da kotransport (birlikdə daşınma) adı verilir. Birlikdə daşınmada iki molekul eyni tərəfdə (simport) və ya fərqli tərəfdə (antiport) daşına bilirlər (şəkil 4.11).
Şəkil 4.11. Daşıyıcı zülallar vasitəsilə daşınma yönləri
Ion nasosları olan Na+-K+nasosu ilə Ca++ nasosu aktiv daşınmanın vacib nümunələrini yaradırlar. Bundan əlavə ion nasosları ilə yaranan ion qradientindən istifadə edərək də molekulları aktiv bir şəkildə daşımaq olur.