2.Peptid qurluşundakı hormonlar: heyvanlarda ən geniş müxtəliflik göstərən siqnal ötürən molekullardır. Quruluşları bir neçə amin turşu ilə yüzlərcə amin turşu arasında ola bilən çox fərqli böyüklüyə sahib peptidlərdir. Bunlar hormonlar peptidləri (məsələn, insulin, prolaktin), neyropeptidlər (məsələn, endorfin) və bir cox fərqli böyümə hormonlarını (məsələn, sinir böyümə faktoru, epidermal böyümə faktoru) daşıyırlar.
3.Steroid qurluşundakı hormonlar:kiçik molekul ağırlığına malik olan hormonlardır. Bunlar hüceyrə zarından keçəbilən molekullardır. Steroid hormonların hamısı (testosteron, esterogen, progesteron, kortikosteroidlər və ekdizon) xolesteroldan sintez olunur.