Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə126/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   122   123   124   125   126   127   128   129   ...   141
sitologiya

S (Sintez) fazası: G1 fazasından sonra gələn fazadır. Formalaşmasını və böyüməsini tamamlamış hüceyrə DNT replikasiyasını bu fazada reallaşdırır. DNT bu mərhələdə iki qat çoxalar lakin bunlar sentromer adlanan sahələrdən bir-birilərinə tutulmuş olaraq qalarlar.

  • G2 (Gap) fazası: DNT-nin replikasiya fazasından (S) sonra gələn bu fazada hüceyrə bölünmə üçün lazımlı hazırlıqları edər, yəni bölünmə üçün lazımi zülalların esas sintez olunduğu yerdir.

  • M (mitoz) fazası: sitokinez ilə nəticələnən hüceyrə bölünməsinin reallaşdığı mərhələdir. Bu mərhələdə mitoz və ya meyoz bölünmə nəticəsində S fazasından bəri iki qat çoxalmış olan DNT iki hücyrədə paylanılır və ardıycada sitokinez ilə iki qız hüceyrə əmələ gəlir.

    Hüceyrə tsiklinin müddəti hüceyrədən hüceyrəyə və hüceyrələrin formalaşma müdətlərinə görə dəyişir. Insanın normal bir hüceyrəsinin tsikli 24 saat olaraq qəbul edilir. Bu zamanın 11 saatını hüceyrə G1 fazasında keçirərkən, DNT-nin replikasiyası 8 saata gedir. G2 fazası təxminən 4 saat çəkir və mitoz 1 saata tamamlanır. Bəzi canlılarda hüceyrə tsikli çox qısadır. Məsələn təkhüceyrəli eukariot olan mayalarda tsikl 100 dəqiqədə tamamlanır. Siçan və siçovullarda 12 saat, soğan bitkisində isə 20 saat çəkir.

    Embrionik hüceyrələr çox sürətlə bölünə bilir. Bunlarda G1 və G2 mərhələləri yoxdur bu baxımnan hüceyrə böyüməsi reallaşmaz. DNT-nin replikasiyasının reallaşdığı qısa bir S fazasından sonra M fazsı gəlir və sitoplazma iki hüceyrə bölüşdürülmüş olur.



    Yüklə 149,68 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   122   123   124   125   126   127   128   129   ...   141




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin