Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə130/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   126   127   128   129   130   131   132   133   ...   141
sitologiya

10.3.2. Eukariotlarda hüceyrə bölünməsi
Eukariotlarda hüceyrə bölünməsi nəticəsində yaranan bütün hüceyrələrin tam genoma sahib olmalarının reallaşması üçün hüceyrənin böyüməsi və xüsusilə DNT replikasiyası diqqətlə izlənilir. Bu nəzarət formalaşmış eukariotlarda böyümə faktorları tərəfindən aparılır. Prosesdə yaranacaq hər hansı bir anormallıq hüceyrələrin kontrolsuz və kəskin bir şəkildə coxalmalarına fürsət verir. Eukariot canlılarda isə üç fərqli hüceyrə bölünməsi mövcuddur:
10.3.2.1. Amitoz bölünmə
Təkhüceyrəli eukariot canlılarda rast gəlinən bir bölünmə formasıdır. Amitoz bölünmə nüvə membranı itmədən reallaşır. DNT replikasiyası gederek nüvə membranı uzanar, ortadan boğular və ikiyə bölünərək üvə bölünməsi reallaşar. Bununla paralel olaraqda hüceyrə boğulmasının ardınca sitoplazmada bölünür və beləliklə bir hüceyrədən iki hüceyrə formalaşır (şəkil 10.11). Sitoplazma hardan geldi boğulduğu üçün yaranan qız hüceyrələrin ölçüsü fərqli ola bilir. Bununla əlaqədar olaraq bu cür bölünmə şəklinə tumurcuqlanma ilə bölünmədə deyilir.
Şəkil 10.11. Saccharomyces cerevisiae (maya) amitoz bölünmə A) nüvə bölünməsinin sxematik şəkli, B) tumurcuqlanan mayanın işıq mikroskopunda görünüşü
Bu bölünmə formasında nüvə membranı itmədiyi kimi, DNT xromatin şəklində qalır yəni xromosomlar müəəyən olunmaz və formalaşmış eukariotik canlılar kimi sentrosom iy sapları yaranmaz.

Bəzi yüksək quruluşlu canlıların hüceyrələrində də normal olmayan bir vəziyyət nəticəsində amitoz bölünmə gedə bilir. Bu vəziyyətdəki hüceyrələr daha sonra təkrar normal mitoz bölünmə keçirtmədikəri üçün ölürlər. Amitoz bölünmə aclıq səbəbi ilə deqenerasiya olan hüceyrələrdə, qocalmış qığırdaq hüceyrələrində, quş embrionu blastomerləri kimi sürətlə bölünən hüceyrələrdə rast gəlinir. Quş embrionu blasdoterm hüceyrələri daha sonra təkrar normal mitoz bölünməyə keçirlər.



Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin