Humanitar fənər


Yazılı işgüzar kommunikasiya və onların aparılması qaydaları



Yüklə 1,13 Mb.
səhifə53/109
tarix07.01.2024
ölçüsü1,13 Mb.
#201868
1   ...   49   50   51   52   53   54   55   56   ...   109
Humanitar f n r

Yazılı işgüzar kommunikasiya və onların aparılması qaydaları.

  • Sənəd yazılı işgüzar ünsiyyətin əsas məhsulu kimi və onun xüsusi funksiyaları. Kommunikativ məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər.



    Yazılı işgüzar ünsiyyət. Yazılı işgüzar üslubdan idarə, müəssisə və təşkilatlarda işgüzar yazışmaların aparılması prosesində daha çox isifadə olunur. Bu üslub dilçilər tərəfindən müxtəlif formalarda adlandırılır: yazılı işgüzar üslub, rəsmi üslub, qanunların dili, işgüzar dil, rəsmi sənəd dili və s. Bunların hamısı mahiyyət etibarı ilə eyni mənanı daşıyır. Yazılı işgüzar üslubun formalaşması XVI əsrdən başlamışdır. Azərbaycanda dövlətçiliyin təşəkkül tapdığı Xətai dövründə müxtəlif sənəd nümunələri yaranmış, dövlətlərarası yazışmalardan istifadə olunmuşdur. Sonralar bu üslub daha da inkişaf etmiş və mükəmməlləşmişdir. Yazılı işgüzar ünsiyyətin həyata keçirilməsində əsas məqsəd sağlam ünsiyyət yaratmağa, daxildə və beynəlxalq aləmdə dövlətin imicinin yüksəlməsinə xidmət edir. Bu ünsiyyət işgüzar aləmdə fiziki və hüquqi şəxslər arasında münasibətlərin qurulmasında böyük rol oynayır. Yazılı işgüzar ünsiyyət hər hansı sənədin səlis, aydın, savadlı və məzmunlu tərtib edilməsi üçün istifadə olunan qayda və vasitələrin məcmusudur. Bu qayda və vasitələr nə qədər düzgün tətbiq olunarsa, bir o qədər sənədlərin məzmunu, mənası əhəmiyyətli görünər. Yazılı işgüzar ünsiyyətdəki sənədlərin məqsədi odur ki, müəllif öz mövqeyini ünvanladığı şəxsə çatdıra bilsin. Ona görə də sənəd savadlı və inandırıcı olmalıdır ki, məqsədə nail olmaq mümkün olsun. Eyni zamanda sənəddə qrammatik, etik və digər qaydalar yüksək səviyyədə olmalıdır.
    Rəsmi-işgüzar yazılı dilə aid sənədlər, onların xüsusiyyətləri. Rəsmi işgüzar yazılı dil aşağıdakı sənədləri əhatə edir: konstitusiya; qanunlar; Prezidentin fərmanları; sərəncamları; Nazirlər Kabinetinin qərarları; diplomatik sənədlər; rəsmi yazışmalar; müvafiq məcəllələr; təhsilə və tibbə aid sənədlər; məhkəmə sənədləri; ticarət müqavilələri; rabitə sənədləri; hərbi sənədlər; sahə nizamnamələri; əsasnamələri; qaydalar; göstəriş və təlimatlar; müxtəlif idarə və nazirliklərin yazışmaları; tövsiyyələr; məktublar; ərizələr; əmr və protokollar; aktlar; tərcümeyi-hal; etibarnamələr; arayışlar; təqdimatlar; iltizamnamələr; müqavilələr və s. Qeyd oluanan bu sənədlərin hər biri müxtəlifliyi, leksik və qrammatik xüsusiyyətləri baxımından bir-birindən fərqlənir. Beləliklə, müəyyən yarımüslublara – qollara ayrılırlar: diplomatiya, hüquq, təhsil, rabitə, ticarət və s. Bunların hər birinin özünəməxsus xüsusiyyətləri olsa da, ümumi cəhətləri odur ki, işgüzar yazılı üslubun tələblərinə cavab verirlər. İşgüzar yazılı dilin özünəməxsus leksik, morfoloji və sintaksis xüsusiyyətləri vardır.

    Yüklə 1,13 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   49   50   51   52   53   54   55   56   ...   109




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin