Tapşırıq. Suallara cavab verin.
Akademik yazı ilə digər yazı növləri arasındakı fərqlər hansılardır?
Akademik yazı yazarkən daha çox nələrə diqqət yetirməliyik?
İstinadetmə və sitatgətirmə nədir?
Akademik yazının quruluşu hansılardır?
Akademik kommunikasiyanın etiket qaydaları hansılardır?
Tapşırıq. Sitat bir başqasının yazdığı və ya söylədiyi sözlərin sözbəsöz dəqiq köçürülməsidir. Sitat dırnaq işarələri “ ” içərisində yazılır. Başqa müəllifin soyadını və yazının nəşr ilini göstərməklə yanaşı, həm də sitatın yerləşdiyi səhifəni də qeyd etmək lazımdır. Aşağıdakı nümunələr əsasında yeni sitatlar hazırlayın.
Nümunə “Kompüter oyunlarından istifadə çox güman ki, uşaqların media təcrübələrinin bir hissəsi kimi qalacaq və eyni zamanda, yeni texnoloji yeniliklərlə əlaqədar olaraq, onlardan (kompüter oyunlarından) istifadə dərəcəsi xeyli arta da bilər.” Durkin, K. (1995). Kompüter oyunlarının gənc insanlara təsiri: İcmal. Sidney, NSW: Film and Ədəbiyyat Təsnifatı Ofisi, səh. 70.
Tapşırıq. Bəzi aparıcı fikirlər, anlayışlar və frazalardan siyahı hazırlayın. Onların hər biri üçün sinonimlər və ya alternativ frazalar tapmağa çalışın.
Tapşırıq. Aşağıdakı nümunədə müəllifin fikirləri nümayiş etdirilmişdir. Bunlardan hansılardır?
Leydenin (1985) göstərdiyi kimi, məktəb uşaqların əsas vaxtlarını keçirdikləri yerdir. Uşaqlar məktəbə akademik informasiya əldə etmək üçün getmirlər. Leyden həm də iddia edir ki, öyrənmə daha geniş bir kontekstdə baş verir, çünki uşaqlar həm də kim olduqlarını, yerli icmalar və eyni zamanda, əhatə olunduqları daha geniş dünya barədə də öyrənirlər. Nəticədə, məktəb uşaqların bir çox hadisə və əşyalar barədə öyrənməsinə imkan verən şərait yaradır.
Mövzu 22 Elmi-tədqiqat mövzusu üzrə icmal məqalələrin hazırlasnması və növləri.