Tədqiqatın məqsədi və obyekti haqqında ətraflı məlumat verir;
Problemi və ya vəziyyəti təhlil edir;
Mövcud tədqiqatları təhlil edir. Boşluqlar qeyd olunur;
Tədqiqat sualı qeyd olunur;
Tədqiqat metodu göstərilir;
Tədqiqatın çətinliklərini və imkanlarını ifadə edir;
Lazım gəldikdə, mövzuya dair tarixi məlumat verilir.
Fəsillər - arqumentlər və əsaslandırmalar:
Mövzu fəsillərə və yarım-fəsillərə bölünməlidir.
Arqumentlərinizin məntiqi ardıcıllığı gözlənilməlidir.
Əsaslandırma olaraq cədvəl və diaqramlar qoyulmalı və izah edilməlidir.
Hər bir cədvəl və ya diaqram nömrələnməlidir.
Yekun Hissə:
Əsas hissədə təhlil olunan fikirlər ümumiləşdirilir.
Arqumentlərə əsasən hansı addımıların atılmasının zəruri olması haqqında tövsiyələr edilir.
Akademik Yazıya əlavələr:
Mənbələr - istifadə olunan resurslar, kitablar, məqalələr və s.
Qoşmalar - əlavə statistik məlumat, qrafiklər, diaqramlar, xəritələr və s.
Akademik yazı elmin və ali təhsilin ayrılmaz atributlarından biridir. Daha dəqiq ifadə etmək lazım gələrsə, onun özəlliyini müəyyənləşdirən meyarlardan biridir. Universitetdə təhsil alarkən tələbə və magistrantlar kurs işi, diplom işi (hazırda əsasən buraxılış işi adlanır) və bu tipli oxşar yazı işləri yazmalı olurlar.
Bu zaman aşağıdakı məqamlara diqqət yetirilməsi vacibdir:
Doğru mövzunu seçin.
Həyatımızdakı hər bir şeyin başlaması kimi akademik yazı da seçimlərdən başlayır. Yazacağınız mövzu istər, esse, məqalə və ya diplom işi, istərsə də, geniş həcmli dissertasiya işi olsun, aktual olmalıdır. Yəni, dövrün suallarına cavab verməlidir. Əlbəttə, çox işlənmiş mövzuları da yazmaq mümkündür, ancaq unutmayın ki, akademik yazınızın məqsədi, qiymət almaq, ya da bir nəticəyə nail olmaq, diplom əldə etməkdən daha çox və daha vacib, elmə fayda verməlidir. Ona görə də, yazacağınız mövzudan əvvəl, sizin sahənizdə hal-hazırda elmi ən çox maraqlandıran, üzərində az baş sındırılmış mövzuların qısa siyahısını hazırlayın və birini seçin. Seçdiyiniz mövzunun akademik işinizin (esse, məqalə yoxsa, dissertasiya işi) həcminə mütənasib olmasına diqqət edin. Mövzunu olduqca spesifik, ancaq dar olmamaq şərtilə, seçin.